Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-714/2024 10.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1440 (min dörd yüz qırx) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 34.80 (otuz dörd manat səksən qəpik) manat dövlət rüsumunun, ümumilikdə 1474.80 (min dörd yüz yetmiş dörd manat qırx qəpik) məbləğin Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il, saat 18:10 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi” ilə sığortalanmış, X2 tərəfindən idarə olunan “HYUNDAİ SONATA MİNİK” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobillə “MERCEDES BENZ C180 MİNİK” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Sözügedən sığorta hadisəsi ilə bağlı dəymiş zərərin hesablanmasına dair akta uyğun olaraq “MERCEDES BENZ C180 MİNİK” markalı **-BH- *** dövlət qeydiyyat nişanlı avtomobilə 1440 (min dörd yüz qırx) manat məbləğində zərər dəydiyi müəyyən edilmiş və həmin məbləğdə sığorta ödənişi Şirkət tərəfindən zərərçəkmiş şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Lakin sonradan aydın olmuşdur ki, hadisənin baş verdiyi zaman “HYUNDAİ SONATA MİNİK” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2 ilə bağlanmış icbari sığorta müqaviləsi qüvvədə olmamışdır. Belə ki, hadisə Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan və inzibati tənbeh vermə haqqında qərardan aydın olduğu üzrə hadisə xx.xx.2020-ci il saat 18:10-da baş vermişdir. Lakin sığortalı ilə bağlanmış icbari sığorta müqaviləsi xx.xx.2020-ci il saat 19:05-də qüvvəyə minmişdir. Beləliklə, aydın olur ki, hadisə baş verdiyi saatda zərərvuran nəqliyyat vasitəsi icbari qaydada sığortalanmadığından həmin nəqliyyat vasitəsinin sahibinin vurduğu zərərə görə Cavabdeh əsassız olaraq vəsait ödənilmişdir. Pretenziya qaydasında əsassız ödənilmiş 1440 (min dörd yüz qırx) manat vəsaitin tələb olunmasına baxmayaraq, Cavabdeh tərəfindən hər hansı vəsait ödənilmədiyinə görə Şirkətin Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə uyğun olaraq cavabdehdən həmin məbləğdə pulun qaytarılmasını tələb etmək hüququ vardır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, yol-nəqliyyat hadisəsi nəticəsində ona maddi ziyan vurulmuşdur, bu səbəbdən o, zərərçəkmiş şəxs hesab olunur. Ona görə də iddiaçının onu əsassız varlanmış şəxs hesab etməsi qanunsuzdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - sığorta ödənişi ilə bağlı 6756 nömrəli xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 18:10-da Bakı şəhəri Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Azərsığorta” DSKŞ tərəfindən Cavabdeh 1440 manat sığorta ödənişi verilmişdir. - xx.xx.2020-ci il tarixli qüsur aktının surətindən görünür ki, “MERCEDES BENZ C180 MİNİK” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcləri 1440 manat (ehtiyat hissələri+usta pulu) təşkil edir. - inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə saat 18:10-da “HYUNDAİ SONATA MİNİK” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ara məsafəsi qaydalarını pozmuş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh tətbiq edilmişdir. - xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Cavabdeh hesabına 1440 manat sığorta ödənişi köçürülmüşdür. - xx.xx.2021-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən əsassız ödənilmiş 1440 manat vəsaitin qaytarılması xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 34.40 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, X1 idarə etdiyi və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi” ilə sığortalanmış “HYUNDAİ SONATA MİNİK” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə xx.xx.2020-ci il tarixli yolnəqliyyat hadisəsi nəticəsində “MERCEDES BENZ C180 MİNİK” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və sürücü X2 təqsirli bilinmişdir. xx.xx.2020-ci il tarixli qüsur aktına əsasən “MERCEDES BENZ C180 MİNİK” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1440 manat müəyyən edilmişdir. Sığorta ödənişi ilə bağlı 6756 nömrəli xx.xx.2020-ci il tarixli akta və xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən “MERCEDES BENZ C180 MİNİK” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 1440 manat məbləğində sığorta ödənişi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Cavabdeh hesabına köçürülmüşdür. Ödəniş edildikdən sonra məlum olmuşdur ki, yolnəqliyyat hadisəsinin baş verdiyi vaxt “HYUNDAİ SONATA MİNİK” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X2 ilə bağlanmış icbari sığorta müqaviləsi qüvvədə olmamışdır. Belə ki, yol-nəqliyyat hadisəsi xx.xx.2020-ci il tarixdə saat 18:10-da baş vermişdir. Lakin sığortalı X2 ilə bağlanmış icbari sığorta müqaviləsi xx.xx.2020-ci il saat 19:05-də, yəni yol-nəqliyyat hadisəsi baş verdikdən sonra qüvvəyə minmişdir. Bununla da müəyyən olunur ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi saatda zərərvuran nəqliyyat vasitəsinin icbari qaydada sığortalanmasına dair müqavilə olmadığından, həmin nəqliyyat vasitəsinin sahibi X1 vurduğu zərərə görə Cavabdeh əsassız olaraq vəsait ödənilmişdir. Qeyd olunanlara əsasən iddiaçı əsassız olaraq ödənilmiş 1440 manat sığorta ödənişini cavabdehdən tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Məhkəmə hesab edir ki, mövcud şəraitdə iddianın təmin edilməsinə mane olan hal yoxdur, işdə olan sübutlar əsasında qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1440 manat məbləğində pul vəsaiti və 34.80 manat dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1440 manat məbləğində pul vəsaiti və 34.80 manat dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-714/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-714/2024
10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver