Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7170/2025 11.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Naizm qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı Şəhər İcra Hakimiyyəti olmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı Şəhər İcra Hakimiyyəti olmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarizasiya Bürosunun 1970ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid texniki pasportun Ərizəçi (xx.xx.2003-cü il tarixli, AZE seriyalı, 0******* nömrəli, (FİN: xxxxxxx) xx.xx.2003-cü il tarixdə Sabunçu RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində göstərilən şəxsə) məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yaşayır. Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarizasiya Bürosunun 1970-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasporta əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ax.M.Əbdülkərim küçəsi ev 95a ona məxsus olmuşdur. 55 ildir ki, həmin ünvanda yaşamasına baxmayaraq, həmin fərdi yaşayış evinə çıxarış alınmamışdır. Bununla belə, sözügedən sənəddə adı X2 qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə yaşadığı fərdi yaşayış evinin vahid əmlak kimi ilkin qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlı müraciət etsə də, xx.xx.2025-ci tarixli cavab məktubu ilə müraciətindən imtina olunmuşdur. İmtinanın əsası kimi şəxsiyyətini təsdiq edən sənədə əsasən adı “Kamil” olsa da, təqdim edilmiş texniki pasportda “Kamal” kimi qeyd edilməsi əsas kimi göstərilmişdir. Bundan başqa, Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarizasiya Bürosunun 1970-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportda adı düzəldilərək Ərizəçi Abdulmanaf oğlu kimi qeyd edilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət ünvanlasa da, xx.xx.2025-ci il tarixli məkktubla texniki pasportun həmin dövrdə təqdim etdiyi sənədə istinad edərək tərtib edilməsi göstərilmişdir. Beləliklə, Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarizasiya Bürosunun 1970-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportda adının “Kamal” kimi qeyd edilməsi ona məxsus fərdi yaşayış evinə mülkiyyət hüquqlarının ilkin qeydiyyata alınaraq çıxarış əldə edə bilməməsinə səbəb olmuşdur. Nəticədə, pozulmuş hüquqlarının bərpası üçün məhkəmə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, ərizənin təmin olunmasını xahiş edir . Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək, məzmununa uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Bakı Şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında məcmu halında tədqiq edilmiş: - Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarizasiya Bürosunun “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” pasportuna əsasən, həmin sənəd 1971-ci ildə Bakı soveti icraiyyə komitəsi texniki inventarlaşdırma bürosu tərəfindən X4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmişdir. - Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 3-82/2-M-573-091/2025 saylı ərizəçiyə cavab məktubunda bildirilmişdir ki, ərizədə qeyd edilmiş sənədlər həmin dövrdə təqdim edilmiş müvafiq sənədlərə istinad edilməklə tərtib edilmişdir. Bakı Şəhər icra Hakimiyyətinin Texniki İnventarizasiya Bürosu tərəfindən verilmiş 1970-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiyası və qiymətləndirilməsinə dair texniki pasportunun məhz ərizəçiyə aid olmasına dair təsdiqedici sənəd təqdim ediləcəyi təqdirdə, məsələyə yenidən baxıla bilər. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2018-ci il tarixli №M-29 saylı arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1941-ci ilə dair Bakı şəhəri Maştağa qəsəbəsi üzrə doğum haqqıda qeydiyyat kitablarında 05 avqust (sənəddə olduğu kimi) 1941-ci ildə doğulan Ərizəçi Əbdülmanaf (sənəddə olduğu kimi) oğlunun təvəllüdü qeyd olunur. X1, anası Yaxşıxanım Ataməli qızıdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli ərizəçiyə cavab məktubunda bildirilmişdir ki, təqdim edilən sənədlər surətdir. Bundan başqa, müvafiq daşınmaz əmlaka texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bundan başqa, şəxsiyyəti təsdiq edən sənədə əsasən ərizəçinin adı “Kamil” olsa da, təqdim edilmiş texniki pasportda “Kamal” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15 -ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasmm mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Pleniumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.2-ci və 6.3-cü bəndlərinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Beləliklə, işin məhkəmə iclasında tədqiq olunan halları ilə sübuta yetirilir ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarizasiya Bürosunun 1970-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid texniki Pasportu adı texniki yanlışlıqla “Kamal” kimi qeyd edilmiş Ərizəçi məxsusdur. Belə olan halda, ərizəçinin həmin fərdi yaşayış evinə dair sənədləşdirilməsi işinin aparılması hazırkı faktın müəyyən edilməsindən asılı olduğundan, eyni zamanda, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki- Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarizasiya Bürosunun “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” texniki pasportun Ərizəçi (xx.xx.2003-cü il tarixli, AZE seriyalı, 0******* nömrəli, (FİN: xxxxxxx) xx.xx.2003-cü il tarixdə Sabunçu RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində göstərilən şəxsə) məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-7170/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-7170/2025
11.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver