Məhkəmə qərarları › İş №e-2(008)-72/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-72/2024

02.08.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-72/2024 02.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Fərəcova Nigar Zeyni qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı (bundan sonra ARDNŞ-in İddiaçı) Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor Dş-200 mm-lik magistral neft kəmərinin 1-ci km-də, kəmərdən təqribən 25 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri, ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş bütün tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı SOCAR-ın İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor Dş-200 mm-lik magistral neft kəmərinin 1-ci km-də, kəmərdən təqribən 25 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri, ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar tikilisi faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsində aşağıdakılar göstərilmişdir: 1) “Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurguların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Qeyd olunanlara əsasən nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, sözügedən fərdi yaşayış evi, həmin fərdi yaşayış evinə bitişik inşa edilmiş otaq tikilisi və hasar magistral neft kəmərinin mühafizə zonasının hüdudlarından kənarda yerləşir. Bundan başqa, qeyd olunan tikililər onun tərəfindən inşa edilməmiş, o həmin evi başqa şəxsdən hazır formada almışdır. Cavabdeh qeyd etdiklərinə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli akt və ona əlavə edilmiş fotoşəkildən məlum olur ki, xx.xx.2021-ci tarixdə “Sabunçu-Böyükşor” Dş-200 mm-lik Dş 200 mm-lik yerüstü neft kəmərinin 1-ci km-də, kəmərdən təqribən 25 metr aralı məsafədə, 1-ci sırada kəmərə paralel vətəndaş Cavabdeh aid olduğu iddia edilən köhnədən hasara alınmış və içərisində yaşayış olmayan həyətyanı sahədə, 4 metr uzunluğunda, 4 metr enində və 2.80 metr hündürlüyündə yeni inşa edilmiş otaq, həmçinin üzərinə dam örtüyünün vurulması aşkar edilmişdir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin qərardadına əsasən verilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/5636 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş ünvan 2 ünvanında Cavabdeh inşa etdirdiyi fərdi yaşayış evi ilə İddiaçı istismarında olan yerüstü çəkilmiş “Böyükşor-Sumqayıt” Dş-200 mm-lik magistral neft kəməri arasında olan məsafə 25 m təşkil edir və həmin fərdi yaşayış evi “Böyükşor-Sumqayıt” Dş-200 mm-lik magistral neft kəmərinin mühafizə zonasında yerləməsi, cavabdehin inşa etdirdiyi fərdi yaşayış evinin, ərazidən keçən İddiaçı istismarında olan yeraltı “Böyükşor-Sumqayıt” Dş-200 mm-lik magistral neft kəmərinin mühafizə zonasına düşdüyünü nəzərə alaraq, inşa edilmiş fərdi yaşayış evinin həmin neft kəmərində baş verə biləcək hər hansı bir qəzanın qarşısının alınmasında (təmir işlərinin aparılması və s) maneçilik yarada bilməsi müəyyən edilmişdir. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evi və həmin evə əlavə edilmiş otaq tikilisi ilə Sabunçu-Böyükşor Dş-200 mm-lik magistral neft kəməri arasındakı məsafənin 25 metr, hasar tikilisi ilə qeyd olunan neft kəməri arasındakı məsafənin isə 22.50 metr təşkil etdiyini nəzərə alaraq həmin tikililərin Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin “18” dekabr 2002-ci il tarixli 45 N-li Əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “03” yanvar 2003-cü il tarixli 2951 nömrəsi ilə Dövlət qeydiyyatına alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” Qaydalarının 6.2, 6.3, 6.4, 6.7-ci bəndlərində göstərilənlərə əsasən Böyükşor Dş-200 mm-lik magistral neft kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin qərardadına əsasən verilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/7626 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evi və həmin evə əlavə edilmiş otaq tikilisi ilə Sabunçu-Böyükşor Dş-200 mm-lik magistral neft kəməri arasındakı məsafənin 25 metr, hasar tikilisi ilə qeyd olunan neft kəməri arasındakı məsafənin isə 22.50 metr təşkil etdiyini nəzərə alaraq həmin tikililərin Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin “18” dekabr 2002-ci il tarixli 45 N-li Əmri ilə təstiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “03” yanvar 2003-cü il tarixli 2951 nömrəsi ilə Dövlət qeydiyyatına alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” Qaydalarının 6.2, 6.3, 6.4, 6.7-ci bəndlərində göstərilənlərə əsasən Böyükşor Dş-200 mmlik magistral neft kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə tərəfindən iş üzrə mövcud sübutlar məcmu halında tədqiq edilərək, mübahisə predmeti olan tikili ilə SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin mühafizə zonasının hüdudları daxilində olması, bununla da özbaşına tikilinin neft kəmərinin mühafizə zonası hüdudlarında olduğu təsdiqini tapır. Halbuki Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyinin xx.xx.2000-ci il tarixli əmri ilə təsdiq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” Qaydalarının 6.2 və 6.3-cü bəndlərinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, SOCAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor Dş-200 mm-lik magistral neft kəmərinin 1-ci km-də, kəmərdən təqribən 25 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri, ünvan 1 ünvanında, kəmərin mühafizə zonasında özbaşına tikili inşa olunmuşdur. Həmin özbaşına tikili tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa edilmişdir. Zəbt olunmuş torpaq sahəsi dövlət mülkiyyətinə məxsus torpaq sahəsi olmaqla Dövlət Neft Şirkətinin ərazisinin hüdudları daxilindədir. Cavabdehin həmin torpaq sahəsinə və tikiliyə dair heç bir hüquq müəyyənedici sənədləri yoxdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh istifadəsində olan SOCAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor Dş-200 mm-lik magistral neft kəmərinin 1-ci km-də, kəmərdən təqribən 25 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri, ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, həmin fərdi yaşayış evinə bitişik inşa edilmiş otaq tikilisi və hasar cavabdehin hesabına sökülməli və o, həmin ərazidən çıxarılmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin iş materiallarından görünür ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 152 (102+50) manat təşkil edir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, həmin pul məbləği cavabdehə aid edilməlidir. Eyni zamanda məhkəmə onu da vurğulayır ki, hazırkı iddia Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384-cü maddəsinin təsiri altına düşdüyündən, bu tələbə iddia müddəti şamil edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. SOCAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor Dş-200 mm-lik magistral neft kəmərinin 1-ci km-də, kəmərdən təqribən 25 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri, ünvan 1 ünvanında Cavabdeh istifadəsində olan fərdi yaşayış evi, həmin fərdi yaşayış evinə bitişik inşa edilmiş otaq tikilisi və hasar cavabdehin hesabına sökülsün və o, həmin sahədən çıxarılaraq torpaq sahəsi idarənin istifadəsinə qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçınə ödənilsin. İş üzrə ekspertiza xərci 152 (yüz əlli iki) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar