Məhkəmə qərarları › İş №e-2(008)-73/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-73/2025

27.01.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-73/2025 27.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor Dş 200 mm-lik yerüstü neft kəmərinin 0.7-ci km-də, 2-cü sırada, kəmərə paralel, kəmərdən təqribən 25 metr aralı məsafədə, 39 T 0409169; ******* saylı koordinat üzrə neft boru kəmərinin mühafizə zonasında, Sabunçu rayonu Şəhər şossesi Balaxanı qəsəbəsi 2-ci mədən ərazisi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və həyətyanı sahədə yardımçı tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor Dş 200 mm-lik yeraltı neft kəmərinin 0.7-ci kmdə, 39 T 0409169; ******* kordinatlar üzrə, 2-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 25 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında Sabunçu rayonu Şəhər şossesi Balaxanı qəsəbəsi 2-ci mədən ərazisi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və həyətyanı sahədə yardımçı tikilinin aşkar edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan qarovul rəisi P.Ç.İskəndərov, mühafizəçilər A.X. Yusifov və K.Ə. Balakişiyev tərəfindən xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Sabunçu rayonu, Şəhər şossesi Balaxanı qəsəbəsi 2-ci mədən ərazisində Sabunçu-Böyükşor DŞ 200 mmlik yerüstü neft kəmərinin 0.7-ci km-də, 2-cü sırada, kəmərə paralel olmaqla, kəmərdən təqribən 25 metr aralı məsafədə, 39 T 0409169; ******* saylı koordinat üzrə, köhnədən inşa edilmiş içərisində yaşayış olan evin ön hissəsində, evə bitişik, 1.6 metr enində, 2 metr uzunluğunda köhnədən olan yarımtikili sanitar qovşağının üzərinə əlavə 1 metr hündürlüyündə yeni hörgü işlərinin aparılması aşkar edilmişdir. Mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğunu özünü ev sahibi kimi təqdim edən Cavabdeh izah edilərək sökülməsi tələb edildi, lakin o, edilən qanuni tələblərə məhəl qoymayaraq sökməkdən imtina etmişdir. Qeyd olunanlarla əlaqədar həmin şəxsə yazılı xəbərdarlıq edilmiş, faktla bağlı ərazi üzrə Balaxanı kənd sovetliyinin nümayəndəsi Samir adlı (əlaqə nömrəsi 070 254-60-39) şəxsə saat 15:30-da məlumat verilmiş və o, qeyri-iş günü olduğunu bildirərək sözügedən ünvana iş günlərində baxış keçirəcəyini bildirmişdir. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/4629 nömrəli rəyindən görünür ki, Sabunçu-Böyükşor DŞ 200 mm-lik yerüstü neft kəmərinin, 2-ci sırada kəmərə perpendikulyar, kəmərdən təqribən 15 metr aralı məsafədə x-409169; y-4477932 saylı koordinatlarda, neft boru kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən yaşayış evi, köməkçi tikililər və hasar inşa edilmişdir (tikililərin sahəsi 90 kv.m təşkil edir). Vahid elektron kadastr baza məlumatlarına əsasən, göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Balaxanıneft NQÇİ). Sahə bütövlükdə neft kəmərinin mühafizəsində yerləşir, dövlət mülkiyyəti torpağıdır, qeydiyyatı barədə məlumat yoxdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlara dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları daxildir. Həmin Məcəllənin 46-cı maddəsinin 2-ci hissəsinə əsasən göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativhüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, SOCAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor Dş 200 mm-lik yerüstü neft kəmərinin 0.7-ci km-də, 2-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 25 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında Sabunçu rayonu Şəhər şossesi Balaxanı qəsəbəsi 2-ci mədən ərazisi ünvanında kəmərin mühafizə zonasında inşa edilmiş tikili özbaşına tikinti sayıldığından və mövcud magistral neft kəmərinin istismarında və həmçinin texniki xidmətin göstərilməsi işlərində iddiaçı üçün maneə yaratmaqla onun maraqlarına toxunduğundan, həmin tikili özbaşına tikili sayılaraq, cavabdehin hesabına sökülməli və sahə iddiaçının istifadəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcələsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olduğundan, ekspertiza rəyinin verilməsinə çəkilən 50 manat ekspertiza xərci cavabdehdən oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** köçürülməlidir. Eyni zamanda 100 manat rüsum cavabdehdən alınaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Neft Kəmərləri” İdarəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Socar-ın İddiaçı istismarında Sabunçu-Böyükşor Dş 200 mm-lik yerüstü neft kəmərinin 0.7-ci km-də, 2-cü sırada, kəmərə paralel, kəmərdən təqribən 25 metr aralı məsafədə, 39 T 0409169; ******* saylı koordinat üzrə neft boru kəmərinin mühafizə zonasında, Sabunçu rayonu Şəhər şossesi Balaxanı qəsəbəsi 2-ci mədən ərazisi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və həyətyanı sahədə yardımçı tikili cavabdehin öz hesabına sökülsün və cavabdeh həmin ərazidən çıxarılsın. Həmin ərazi SOCAR İddiaçı qanuni istifadəsinə qaytarılsın. Ekspertiza rəyinin verilməsinə çəkilən 50 manat ekspertiza xərci Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar