Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7307/2024 05.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Samsung 25W compact charger, case, glass, İMEİ kodu **********86978 Samsung Galaxy A14 markalı telefon üçün 379,53 manat ödənilməmiş hissə, 37,47 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********36763 olan İphone 13 markalı telefon üçün 2262,33 manat ödənilməmiş hissə, 226,67 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********23641 olan İphone 13 markalı telefon üçün 1661,04 manat ödənilməmiş hissə, 166,96 manat cərimə olmaqla, cəmi 4734 manat borcun, 67,34 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Samsung 25W compact charger, case, glass, İMEİ kodu **********86978 Samsung Galaxy A14 markalı telefon üçün 379,53 manat ödənilməmiş hissə, 37,47 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********36763 olan İphone 13 markalı telefon üçün 2262,33 manat ödənilməmiş hissə, 226,67 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********23641 olan İphone 13 markalı telefon üçün 1661,04 manat ödənilməmiş hissə, 166,96 manat cərimə olmaqla, cəmi 4734 manat borcun, 67,34 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı həmin tələbini belə əsaslandırmışdır ki, cavabdeh xx.xx.2023-cü, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli müqavilələrlə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və nəticədə borcu yaranmışdır. Hazırkı iddianın qiyməti beş min manatdan az olduğuna görə məhkəmədə işə sadələşdirilmiş qaydada baxıldı. Məhkəmə tərəfindən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi ona təklif edilmiş, lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı etiraz verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. İşdə olan, iddiaçı "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 04005370 nömrəli "Müqavilə"dən görünür ki, cavabdeh iddiaçıdan Samsung 25W compact charger, case, glass, İMEİ kodu **********86978 Samsung Galaxy A14 markalı telefon alaraq 12 ay müddətinə hissə-hissə olmaqla, cəmi 654,03 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan, iddiaçı "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 13686336 nömrəli "Müqavilə"dən görünür ki, cavabdeh iddiaçıdan İphone 13 markalı telefon alaraq 18 ay müddətinə hissə-hissə olmaqla, cəmi 2545,92 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan, iddiaçı "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 05912812 nömrəli "Müqavilə"dən görünür ki, cavabdeh iddiaçıdan İphone 13 markalı telefon alaraq 18 ay müddətinə hissə-hissə olmaqla, cəmi 1737,04 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli "Maliyyə və ödəniş cədvəli"ndən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 379,53 manat ödənilməmiş hissə, 37,47 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2262,33 manat ödənilməmiş hissə, 226,67 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1661,04 manat ödənilməmiş hissə, 166,96 manat cərimə olmaqla, cəmi borcu 4734 manat təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli "Xəbərdarlıq"dan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsində deyilir ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə görə isə, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Müəyyən edilir ki, cavabdeh xx.xx.2023-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü il tarixli müqavilələrlə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş, bununla da həmin müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh ona nisyə satılmış malların dəyərini iddiaçıya ödəməlidir. Cavabdehdən tələb olunan dəbbə pulu ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını, kreditorun əmlak mənafelərini, cavabdehin maddi vəziyyətini, o cümlədən hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində inşaat fəhləsi işləməklə əmək haqqının 442 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulunun miqdarı tənasübsüz surətdə yüksəkdir, ona görə də azaldılmalıdır. Məhkəmə dəbbə pulunun miqdarının əsas borcun 5 faizi miqdarında müəyyən olunmasını tərəflərin bütün əsaslı mənafelərinə uyğun hesab edir. Belə olan halda, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 379,53 manat ödənilməmiş hissə və 18,97 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2262,33 manat ödənilməmiş hissə və 113,11 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1661,04 manat ödənilməmiş hissə və 83,05 manat dəbbə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 67,34 manat, məbləğində dövlət rüsumu ödənilmişdir. Cəmi 4734 manat məbləğində iddianın 4518,03 manat hissəsi (95,43 faiz) təmin olunduğuna görə bu məbləğə mütənasib olaraq dövlət rüsumunun 95,43 faizi, yəni 64,34 manatı cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 3 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh borcu xx.xx.2023-cü il tarixli müqavilə üzrə 379,53 manat ödənilməmiş hissə, 18,97 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2262,33 manat ödənilməmiş hissə, 113,11 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1661,04 manat ödənilməmiş hissə, 83,05 manat cərimə, həmçinin 64,34 manat dövlət rüsumu, cəmi 4582,68 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun qalan 3 manat hissəsi iddiaçı "xxxx" MMC-yə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X3.
Məhkəmə qərarları › İş №e-2(008)-7307/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-7307/2024
05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver