Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-738/2025 22.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Cavabdeh XXX Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər XXX Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh XXX Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1476.99 (bir min dörd yüz yetmiş altı manat, doxsan doqquz qəpik) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 35 (otuz beş) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində, saat 18:10 radələrində Bakı şəhəri, Heydər Əliyev prospekti ərazisində Cavabdeh idarə etdiyi "xxxx" markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də CSB100136546 saylı sığorta şəhadətnaməsi ilə kasko sığorta növü ilə sığortalanmış “Mitsubishi Eclipse” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər vurmuşdur. DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP ******* №-li İnzibati tənbeh vermə haqqında qərara əsasən,Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddəsində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Araşdırma zamanı həmçinin müəyyən olunmuşdur ki zərərvuran nəqliyyat vasitəsinin icbari sığortası mövcud olmamışdır. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Qüsur aktında göstərilmişdir ki,“Mitsubishi Eclipse” markalı, **-SZ-*** dövlət nömrə nişanlıavtomobilə vurulmuş maddizərər 1726,99 manat təşkiledir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrəCSB134908 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə azadolma çıxılmaqla 1476.99 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh XXX Cavabdeh izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə 18:10-da Maştağa qəsəbəsində etibarnaməsiz idarə etdiyi MMZ 4502” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə geriyə hərəkət edən zaman “Mitsubish” markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissədən dəyərək maddi ziyan vurmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək iddia tələbinin təmin edilməsini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. CSB134908 nömrəli siğorta aktından görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliiya hadisəsi zamanı "xxxx" markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil vaistəsi ilə Xalq Siğorta ASC-də avtomobil siğortası növündə siğortalanmış X3 mülkiyyətində olan Mitsubishi Eclips minik markalı **-SZ-*** dönlət qeydiyyat nömrəli avtomonilə diamond Motors MMC tərərfindən ATXS-nın təqdi8m etdiyi akta əsasən 1726.99 manat zərər dəymiş olduğu müəyyən edilir. Şərtsiz azadolma məbləği 250 manat müəyyən edilmiş, X1 məbləğ 1476.99 manat müəyyən edilmişdir. TP seriyalı, ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, XXX Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 18:10 radələrində baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş, və İXM-nin 332.1-ci və 327.1-ci maddəsində nəzərdə tutulmuş 40 manat məbləğində inzibati cərimə edilmişdir. xx.xx.2023-cü il tarixli bildirşin surətində görünür ki, XXX Ağa X2 ödəniş tələb etmişdir. "xxxx" MMC tərəfindən təqdim edilən arayışdan görünür ki, Mitsubishi Eclips minik markalı **-SZ-*** dönlət qeydiyyat nömrəli avtomonilə dəymiş ziyanın məbləği 1726.99 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzinin surətindən görünür ki, 35 manat dövlət rüsumu ödənilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2023cü il tarixində, saat 18:10 radələrində Bakı şəhəri, Heydər Əliyev prospekti ərazisində Cavabdeh idarə etdiyi "xxxx" markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də CSB100136546 saylı sığorta şəhadətnaməsi ilə kasko sığorta növü ilə sığortalanmış X3 mülkiyyətində olan “Mitsubishi Eclipse” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X4 maddi zərər vurmuşdur. İzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, sözügedən hadisə zamanı "xxxx" markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Ağa X10 olmuşdur. İş matriallarına əlavə edilmiş aktdan hadisə zamanı X3 mülkiyyətində olan “Mitsubishi Eclipse” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə 1726.99 manat zərər dəymiş olduğu müəyyən edilir. Zərər dəymiş atomobil iddiaçı ASC-də kasko siğorta ilə siğortalı olduğundan avtomobilə dəymiş ziyandan azad olma məbləği çıxdıqan sonra siğortaçı iddiaçı tərəfindən yerdə qalan məbləğ ödənmişdir. İzibati tənbeh vermə haqqında qərarın surətindən habelə, iddiaçının vermiş olduğu izahatdan məlum olurki, sözügedən hadisə baş verərkən cavabdehin avtonəqliyyat vaistəsini idarə etmək səlahiyyəti olmadığından hazırda iddiaçı ödəmiş olduğu məbləği təqsrili sürücüdən geri tələb etməkdə haqlı olmuşdur. Odur ki, qeyd edilənlər nəzərə alınmalı iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 35 (otuz beş) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh XXX Cavabdeh 1476,99 (bir min dörd yüz yetmiş altı manat doxsan doqquz qəpik) manat məbləğində pul və 35 (otuz beş) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-738/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-738/2025
22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver