Məhkəmə qərarları › İş №e-2(008)-7429/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-7429/2024

25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-7429/2024 25.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı "xx.xx.2020-ci il tarixli MRK5746428-O nömrəli nisyə borc müqaviləsinə əsasən 799 manat qalıq borc, müqavilə üzrə hesablanmış 150 manat cərimə borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 979 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi" barədə kiçik iddiasına dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "xx.xx.2020-ci il tarixli MRK5746428-O nömrəli nisyə borc müqaviləsinə əsasən 799 manat qalıq borc, müqavilə üzrə hesablanmış 150 manat cərimə borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 979 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 41-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işlərə baxılarkən iddia ərizəsi bu fəsillə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. İddia ərizəsində Cavabdeh ünvanı kimi ünvan 1sə də, "Elektron məhkəmə" informasiya sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, o, yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyatdadır. Belə olan halda, hazırkı iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yer üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə verilməli idi və həmin iş ərazi aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalı deyil. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin "Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat" adlanan 23-1-ci fəslində bu hal üçün xüsusi normalar nəzərdə tutulmadığına görə analoji münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsində deyilir ki, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 152.1.3-cü maddəsində deyilir ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də hazırkı iddia ərizəzi və ona əlavə edilmiş sənədlər, eləcə də iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı "xx.xx.2020-ci il tarixli MRK5746428-O nömrəli nisyə borc müqaviləsinə əsasən 799 manat qalıq borc, müqavilə üzrə hesablanmış 150 manat cərimə borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 979 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi" barədə kiçik iddiasına dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. X3.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar