Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-750/2025 13.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclasının katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor yerüstü neft kəmərinin 1.4-cü kmdə, 39T 0408970; ******* saylı koordinat üzrə, kəmərə paralel, 2-ci sırada kəmərdən təqribən 20 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh məxsus fərdi yaşayış evinin, hasarın və darvazanın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı İstismarında olan Sabunçu-Böyükşor yerüstü neft kəmərinin 1.4-cü km-də, 39T 0408970; ******* saylı koordinat üzrə, kəmərə paralel, 2-ci sırada kəmərdən təqribən 20 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh məxsus fərdi yaşayış evi, hasar və darvaza faktları aşkar edilmişdir. Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 118.2-ci km-də, 39 T 0398883; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar, 2-ci sırada, kəmərdən təqribən 30 metr aralı məsafədə, (qaz sayğacı ********) neft boru kəmərinin mühafizə zonasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında fərdi yaşayış evi, hasar və çardaq tikililəri faktları aşkar edilmişdir. Sözügedən fərdi yaşayış evinə quraşdırılmış 12520167 nömrəli qaz sayğacının kimin adına sənədləşdirilməsi ilə bağlı “Azəriqaz” İB-yə sorğu edilmiş və müəyyən edilmişdir ki, sözügedən fərdi yaşayış evi və digər tikililər cavabdeh X5 məxsusdur. Məhkəmə iclasında iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə 6 saylı qarovulun 1ci iş növbəsində saat 15:40-da 15-16 saylı postların ərazisində (ünvan 1) Sabunçu- Böyükşor yerüstü neft kəmərinin 1.4-cü km-də, 39T 0408970; ******* saylı koordinat üzrə, kəmərə paralel, 2-ci sırada kəmərdən təqribən 20 metr aralı məsafədə, köhnədən inşa edilmiş, hasarlanmış içərisidə yaşayış olan evin ön hissəsində darvaza quraşdırmaq məqsədilə mövcud hasarın sökülərək 2 ədəd sütun inşa edilməsi aşkar edildi. Mühafizə zonası daxilində görülən işlərin qanunazidd olduğu özünü evin sahibəsi kimi təqdim edən X3 aid olduğu iddia edilən şəxsə izah edilərək əlavə işlərin aparılmamamsına dair həmin şəxs tərəfindən şəxsiyyətini təsdiq edən sənəd təqdim edilmədiyi üçün şifahi xəbərdarlıq edildi və bununla bağlı ərazi üzrə icra nümayəndəsi Ceyhun adlı (əlaqə nömrəsi 055 206- 79-69) şəxsə saat 15:30-da məlumat verildi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-31297/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, vahid elektron kadastr baza məlumtlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt Sahəsi” nin hüdudları daxilində yerləşir. Sahə bütövlükdə neft kəmərinin mühafizə zolağında yerləşir. Sahənin ətrafında ləğv edilmiş neft quyularının baza məlumatı mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/5329/2025 nömrəli rəyə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-31297/2025 saylı mütəxəssis rəyində göstərilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbayca Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması istifadəsində olan “kontrakt sahəsi” hüdudları daxilində neft kəmərinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Sahənin ətrafında ləğv edilmiş neft quyularının baza məlumatı mövcuddur. Aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı tərfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən Dövlət mülkiyyətində olan torpaqlara dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları daxildir. Həmin Məcəllənin 46-cı maddəsinin 2-ci hissəsinə əsasən göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativhüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, SOCAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor yerüstü neft kəmərinin 1.4-cü km-də, 39T 0408970; ******* saylı koordinat üzrə, kəmərə paralel, 2-ci sırada kəmərdən təqribən 20 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh məxsus fərdi yaşayış evinin, hasarın və darvaza cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcələsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia qaldırılması üçün iddiaçı Azərbayjan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Azərbaycan Respublikasındakı filialı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. SOCAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor yerüstü neft kəmərinin 1.4cü km-də, 39T 0408970; ******* saylı koordinat üzrə, kəmərə paralel, 2-ci sırada kəmərdən təqribən 20 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh məxsus fərdi yaşayış evi, hasar və darvaza cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı hesabına ödənilsin. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-750/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-750/2025
13.11.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver