Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7541/2025 15.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “nisyə alğı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏ N ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “nisyə alğı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Lenovo markalı kompüter üçün 1302 manat ödənilməmiş hissə, 130,26 manat dəbbə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, X1 10 qol saatı üçün 1275,56 manat ödənilməmiş hissə, 127,56 manat dəbbə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, X1 10 qol saatı üçün 1214,3 manat ödənilməmiş hissə, 121,43 manat dəbbə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, LG markalı TV üçün 989,94 manat ödənilməmiş hissə, 98,99 manat dəbbə olmaqla, ümumilikdə 5260,64 manat məbləğində borcun və 72,61 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il tarixli müqavilələrə əsasən, cavabdeh Lenovo markalı kompüter, Qızıl zəmanət ultra 3 il xidməti, 2 ədəd X1 10 qol saatı, LG markalı TV almış və 5260,64 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2538,6 manat (18 ay x 97.7 manat + 780 manat ilkin ödəniş) olan Lenovo markalı kompüter, Qızıl zəmanət ultra 3 il xidməti üçün ümumilikdə, 1432,86 manat olmaqla ondan, 1302,6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 130,26 manat dəbbə; xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1353,06 manat (18 ay x 75.17 manat + 0 manat ilkin ödəniş) olan X1 10 qol saatı üçün ümumilikdə, 1403,12 manat olmaqla ondan 1275,56 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 127,56 manat dəbbə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı 1339.94 manat (18 ay x 68,33 manat + 110 manat ilkin ödəniş) olan X1 10 qol saatı üçün ümumilikdə, 1335,73 manat olmaqla ondan, 1214,3 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 121,43 manat dəbbə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1049,94 manat (18 ay x 58,33 manat + 0 manat ilkin ödəniş) olan LG markalı TV üçün ümumilikdə, 1088,93 manat olmaqla ondan, 989,94 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 98,99 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən Qızıl zəmanət ultra 3 il xidmətindən xx.xx.2025ci il tarixində imtina etmiş və məhsul 450 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 786 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 450 manat, ümumilikdə, 1236 manat təşkil edir. Cavabdehin digər müqvilələr üzrə cəmi ödədiyi məbləğ 263.14 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddia ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il tarixli nisyə alğı-satqı müqavilələri və onlara əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 2538,6 manat olan Lenovo markalı kompüter, “Qızıl zəmanət ultra 3 il” xidmətini 18 ay müddətinə ayda 97.7 manat ödəməklə 780 manat ilkin ödəniş etməklə, xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1353,06 manat olan X1 10 qol saatını 18 ay müddətinə ayda 75.17 manat ödəməklə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı 1339.94 manat olan X1 10 qol saatını 18 ay müddətinə ayda 68,33 manat ödəməklə 110 manat ilkin ödəniş etməklə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1049,94 manat olan LG markalı TV 18 ay müddətinə ayda 58,33 manat ödəməklə almışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin həmin tarixədək iddiaçıya yuxarıda göstərilən müqavilələr üzrə cəmi 5260,64 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMC Cavabdeh xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli nisyə alğı-satqı müqavilələri üzrə götürdüyü öhdəliyin yerinə yetirilməsi barədə təklif göndərmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəməyə təqdim olunmuş sübutlarla əsaslandırıraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1302,6 manat ödənilməmiş hissə, 130,26 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1275,96 manat ödənilməmiş hissə, 127,56 manat cərimə, xx.xx.2025ci il tarixli müqavilə üzrə 1214,3 manat ödənilməmiş hissə, 121,43 manat cərimə və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 989,94 manat ödənilməmiş hissə, 98,99 manat cərimə olmaqla, cəmi 5260,64 manat məbləğində borc və 72,61 manat dövlət rüsumu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1302,6 manat ödənilməmiş hissə, 130,26 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1275,96 manat ödənilməmiş hissə, 127,56 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1214,3 manat ödənilməmiş hissə, 121,43 manat cərimə və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 989,94 manat ödənilməmiş hissə, 98,99 manat cərimə olmaqla, cəmi 5260,64 (beş min iki yüz altmış manat, altmış dörd qəpik) manat məbləğində borc və 72,61 (yetmiş iki manat, altmış bir qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-7541/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-7541/2025
15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver