Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-761/2025 28.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı hüquqi varisi X1 iştirakı ilə, İddiaçı hüquqi varisi X1 Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 12.679,20 (on iki min altı yüz yetmiş doqquz manat iyirmi qəpik) manat məbləğində borcun silinməsi; pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi xərcin - 300 manat məbləğində pulun Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olsa da, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Yeni yaşayış massivində özünə məxsus fərdi yaşayış evində yaşayır. Həmin ünvanda abonent kodu onun adınadır. Abonent kodu **********00721-dir. Bu yaxınlarda abonent kodu üzrə adına yüksək məbləğdə borc yazılmasının şahidi olmuş və bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Müraciəti əsasında ona cavabdeh təşkilat tərəfindən müvafiq sənədlər təqdim edilmişdir. Ona təqdim edilmiş sənədlərə əsasən barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 16 akt tərtib edilmişdir. Belə ki, 2021-ci ilin oktyabr ayında 1533,60 manat, 2022-ci il iyun ayında 1399,68 manat, 2022-ci ilin noyabr ayında 2557,44 manat, 2023-cü ilin fevral ayında 2203,20 manat, 2023-cü ilin aprel ayında 1468,80 manat, 2023-cü ilin may ayında 362,88 manat, 2023-cü ilin iyun ayında 362,88 manat, 2023-cü ilin iyul ayında 181.44 manat, 2023-cü ilin avqust ayında 181,44 manat, 2023-cü ilin sentyabr ayında 181,44 manat, 2023-cü ilin oktyabr ayında 241,92 manat, 2023-cü ilin dekabr ayında 604,80 manat, 2024-cü ilin yanvar ayında 302,40 manat, 2024cü ilin fevral ayında 367,20 manat, 2024-cü ilin aprel ayında 367,20 manat, 2024-cü ilin may ayında 362,88 manat cərimə hesablanmışdır. Tərtib edilmiş aktlara əsasən guya mənzildə təbii qazdan sayğacsız qeyri-qanuni istifadə aşkarlanmışdır. Həmin aktlar əsasında dəymiş ziyanın hesablanması göstərilmişdir. Lakin həmin aktlarla razı deyil. Çünki həmin aktlar tamamilə əsassızdır. Belə ki, cavabdeh əgər 2021-ci ilin oktyabr ayında təbii qazdan sayğacsız qaz xəttindən qeyri-qanuni istifadə halını aşkar etmişdirsə, bəs niyə görə bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırmırdı. Çünki “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi, qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsi qoymuşdur. Cavabdeh “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-1-ci maddəsinin tələblərinə uyğun olaraq qanunsuz qoşulma halları aşkar etdiyi təqdirdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin yeni redaksiyasına görə də qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin aktlar tərtib edilərkən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənəd borc məbləğinin yaranması üçün əsaslı hesab edilə bilməz. Əvvəla, bu aktlar məhz sayğacsız qeyri-qanuni təbii qazdan istifadə edilməyini bilavasitə təsdiq etmir. Çünki bu aktlar yalnız cavabeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Tərtib edilmiş əsassız aktlar ucbatından 12.679,20 manat borc yazılmışdır. Bundan başqa, o, pozulmuş hüquqlarının bərpası ilə bağlı vəkillə hüquqi yardımın göstərilməsinə dair xx.xx.2024-cü il tarixdə müqavilə bağlamış, 300 manat ödəniş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə ölmüş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən iddiaçı, hüquqi varisi-arvadı X2 ilə əvəz edilmişdir. Məhkəmə iclasında İddiaçı hüquqi varisi X2 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan sayğacsız istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan sayğacsız istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan sayğacsız istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacsız qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacsız qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacsız qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacsız qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacsız qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacsız qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacsız qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacsız qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacsız qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacsız qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacsız qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacsız qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacsız qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1533.60 manat, 2022-ci ilin iyun ayında akt əsasında 1399.68 manat, 2022-ci ilin noyabr ayında akt əsasında 2557.44 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 2203.20 manat, 2023-cü ilin aprel ayında akt əsasında 1468.80 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 362.88 manat, 2023-cü ilin iyun ayında akt əsasında 362.88 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181.44 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181.44 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181.44 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 241.92 manat, xx.xx.2023cü il tarixli ******* saylı akt əsasında 604.80 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 302.40 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 367.20 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 367.20 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 362.88 manat olmaqla, cəmi 12.679,20 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca baxış keçirilən zaman cavabdeh tərəfindən abonentin təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. Buna görə cavabdeh, iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1533.60 manat, 2022-ci ilin iyun ayında akt əsasında 1399.68 manat, 2022-ci ilin noyabr ayında akt əsasında 2557.44 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 2203.20 manat, 2023-cü ilin aprel ayında akt əsasında 1468.80 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 362.88 manat, 2023-cü ilin iyun ayında akt əsasında 362.88 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181.44 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181.44 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181.44 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 241.92 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 604.80 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 302.40 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 367.20 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 367.20 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 362.88 manat olmaqla, cəmi 12.679,20 manat məbləğində ziyan tələb edir. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.5.2-ci maddəsinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında 2022-ci ilin iyun ayı, 2022-ci ilin noyabr ayı üzrə aktlar, xx.xx.2023-cü il tarixli ******* saylı akt, 2023-cü ilin aprel ayı üzrə akt, xx.xx.2023-cü il tarixli ******* saylı akt, 2023-cü ilin iyun ayı üzrə akt, xx.xx.2023-cü il tarixli ******* saylı akt, xx.xx.2023-cü il tarixli ******* saylı akt, xx.xx.2023cü il tarixli ******* saylı akt, xx.xx.2023-cü il tarixli ******* saylı akt, xx.xx.2023-cü il tarixli ******* saylı akt, xx.xx.2024-cü il tarixli ******* saylı akt, xx.xx.2024-cü il tarixli ******* saylı akt, xx.xx.2024-cü il tarixli ******* saylı akt, xx.xx.2024-cü il tarixli ******* saylı akt “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsi qüvvəyə mindikdən sonra tərtib edilmişdir. Belə ki, adıçəkilən maddənin tələbinə əsasən xx.xx.2022-ci il tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşka edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin cavabdeh, iddiaçının qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsiri müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarına əsasən müəyyən edilmədən, birbaşa vurulmuş zərərin ödənilməsi ilə bağlı aktlar tərtib edərək, iddiaçının abunə koduna borc hesablamış, bununla da, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinin tələblərini pozmuşdur. Belə olan halda, 2022-ci ilin iyun ayında akt əsasında 1399.68 manat, 2022-ci ilin noyabr ayında akt əsasında 2557.44 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 2203.20 manat, 2023-cü ilin aprel ayında akt əsasında 1468.80 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 362.88 manat, 2023-cü ilin iyun ayında akt əsasında 362.88 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181.44 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181.44 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181.44 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 241.92 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 604.80 manat, xx.xx.2024cü il tarixli ******* saylı akt əsasında 302.40 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 367.20 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 367.20 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 362.88 manat vurulmuş ziyanın da istehlakçıya aid edilməsi əsassızdır. Bundan başqa, 2021-ci ilin oktyabr ayında iddiaçının qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan istifadə etməsi faktı öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında tələb olunan 1533.60 manat məbləğində borcun iddiaçının hüquqazidd hərəkətləri nəticəsində yaranmasını sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 1533.60 manat məbləğində ziyanın da iddiaçıya aid edilməsi əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən iddiaçının **********00721 saylı abunə koduna xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1533.60 manat, 2022-ci ilin iyun ayında akt əsasında 1399.68 manat, 2022-ci ilin noyabr ayında akt əsasında 2557.44 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 2203.20 manat, 2023-cü ilin aprel ayında akt əsasında 1468.80 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 362.88 manat, 2023-cü ilin iyun ayında akt əsasında 362.88 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181.44 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181.44 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181.44 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 241.92 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 604.80 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 302.40 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 367.20 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 367.20 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 362.88 manat olmaqla, cəmi hesablanmış 12.679,20 manat məbləğində borc silinməlidir. Məhkəmə hesab edir ki, Cavabdehndən 128.04 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00721 saylı abunə koduna xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1533.60 manat, 2022-ci ilin iyun ayında akt əsasında 1399.68 manat, 2022-ci ilin noyabr ayında akt əsasında 2557.44 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 2203.20 manat, 2023-cü ilin aprel ayında akt əsasında 1468.80 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 362.88 manat, 2023-cü ilin iyun ayında akt əsasında 362.88 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181.44 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181.44 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181.44 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 241.92 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 604.80 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 302.40 manat, xx.xx.2024cü il tarixli ******* saylı akt əsasında 367.20 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 367.20 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 362.88 manat olmaqla, cəmi hesablanmış 12.679,20 manat məbləğində borc silinsin. Cavabdehndən 128.04 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-761/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-761/2025
28.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver