Məhkəmə qərarları › İş №e-2(008)-7616/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-7616/2025

26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7616/2025 26.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 Seyfəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İşin halları:

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 2 ədəd PLAYSTATİON 5, 2 ədəd ZƏMANƏT + 3 İL xidməti üçün 3262.14 (üç min iki yüz altmış iki manat, 14 qəpik) manat ödənilməmiş hissə, 326.21 (üç yüz iyirmi altı manat, 21 qəpik) manat dəbbə. xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, 2 ədəd SAMSUNG TV üçün, 2068.08 (iki min altmış səkkiz manat, 8 qəpik) manat ödənilməmiş hissə, 206.81 (iki yüz altı manat, 81 qəpik) manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 üçün 1381.53 (min üç yüz səksən bir manat, 53 qəpik) manat ödənilməmiş hissə, 138.15 (yüz otuz səkkiz manat, 15 qəpik) manat dəbbə pulu, ümumilikdə 7382.93 manat borc, 93.83 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı "xxxx" MMC ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, 2 ədəd PLAYSTATİON 5, 2 ədəd ZƏMANƏT + 3 İL xidməti, 2 ədəd SAMSUNG TV, PLAYSTATİON 5 almış və nəticədə 7382.93 (yeddi min üç yüz səksən iki manat, 93 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3262.14(üç min iki yüz altmış iki manat, 14 qəpik) manat (18 ay x 181.23 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd PLAYSTATİON 5, 2 ədəd ZƏMANƏT + 3 İL xidməti üçün ümumilikdə, 3588.35 (üç min beş yüz səksən səkkiz manat, 35 qəpik ) manat olmaqla ondan, 3262.14 (üç min iki yüz altmış iki manat, 14 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 326.21 (üç yüz iyirmi altı manat, 21 qəpik) manat dəbbə. xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2198.08 (iki min yüz doxsan səkkiz manat, 8 qəpik) manat (12 ay x 172.34 manat + 130 manat ilkin ödəniş) olan 2 ədəd SAMSUNG TV üçün ümumilikdə, 2274.89 (iki min iki yüz yetmiş dörd manat, 89 qəpik) olmaqla ondan, 2068.08 (iki min altmış səkkiz manat, 8 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 206.81 (iki yüz altı manat, 81 qəpik) manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1463.04 (min dörd yüz altmış üç manat, 4 qəpik) manat (18 ay x 81.28 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATİON 5üçün ümumilikdə, 1519.68 (min beş yüz on doqquz manat, 68 qəpik) manat olmaqla ondan, 1381.53 (min üç yüz səksən bir manat, 53 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 138.15 (yüz otuz səkkiz manat, 15 qəpik) manat dəbbə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 211.51 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025, xx.xx.2025 tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır Mülki proses iştirakçılarının izahatları

3. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddaçı məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, işin onların iştirakı olmadan təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, maddi imkanı aşağı olduğundan borcu ödəyə bilmir və iddiaçı razılaşarsa, hər ay 60-70 manat məbləğində borcunu ödəyə bilər. Mülki işin materialları:

5. - Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, 2 ədəd PLAYSTATİON 5, 2 ədəd ZƏMANƏT + 3 İL xidməti, 2 ədəd SAMSUNG TV, PLAYSTATİON 5 almış və nəticədə 7382.93 (yeddi min üç yüz səksən iki manat, 93 qəpik) manat borc yaranmışdır

6. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3262.14(üç min iki yüz altmış iki manat, 14 qəpik) manat (18 ay x 181.23 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd PLAYSTATİON 5, 2 ədəd ZƏMANƏT + 3 İL xidməti üçün ümumilikdə, 3588.35 (üç min beş yüz səksən səkkiz manat, 35 qəpik) manat olmaqla ondan, 3262.14 (üç min iki yüz altmış iki manat, 14 qəpik) manat ödənilməmiş hissə, 326.21 (üç yüz iyirmi altı manat, 21 qəpik) manat dəbbə. xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2198.08 (iki min yüz doxsan səkkiz manat, 8 qəpik) manat (12 ay x 172.34 manat + 130 manat ilkin ödəniş) olan 2 ədəd SAMSUNG TV üçün ümumilikdə, 2274.89 (iki min iki yüz yetmiş dörd manat, 89 qəpik) olmaqla ondan, 2068.08 (iki min altmış səkkiz manat, 8 qəpik) manat ödənilməmiş hissə, 206.81 (iki yüz altı manat, 81 qəpik) manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1463.04 (min dörd yüz altmış üç manat, 4 qəpik) manat (18 ay x 81.28 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATİON 5 üçün ümumilikdə, 1519.68 (min beş yüz on doqquz manat, 68 qəpik) manat olmaqla ondan, 1381.53 (min üç yüz səksən bir manat, 53 qəpik) manat ödənilməmiş hissə, 138.15 (yüz otuz səkkiz manat, 15 qəpik) manat dəbbə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 211.51 manat təşkil edir.

7. -"xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesablanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir.

8. -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025, xx.xx.2025 tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

9. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

12. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

13. Maddə 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər.

14. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

15. Maddə 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

16. Maddə 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

17. Maddə 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

18. Maddə 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

19. Maddə 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmənin mövqeyi: 20.İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. 21.Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alqı-satqı müqavilələri bağlanmışdır ki, həmin müqavilələrə əsasən cavabdeh müqavilə üzrə şərtləşdirilmiş əşyaları almış və həmin müqavilə üzrə müəyyənləşdirilmiş şərtlər üzrə əşyaların qiymətini ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh öz öhdəliyini vicdanlılığın tələb etdiyi tərzdə həyata keçirməyərək pozmuşdur. Odur ki, məhkəmə hesab edir ki, öhdəliyin şərtləri cavabdeh tərəfindən pozulduğundan iddiaçı iddia qaldırmağa haqlı olmuşdur. 22.Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 3262.14 manat ödənilməmiş hissə, 326.21 manat cərimə; xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, 2068.08 manat ödənilməmiş hissə, 206.81 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 1381.53 manat ödənilməmiş hissə, 138.15 manat cərimə olmaqla, ümumilikdə 7382.93 manat borc Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 23.Maddə 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 24.Maddə 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 25.Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 93,83 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Nəticə hissəsi: 26.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 3262.14 (üç min iki yüz altmış iki manat, on dörd qəpik) manat ödənilməmiş hissə, 326.21 (üç yüz iyirmi altı manat, iyirmi bir qəpik) manat dəbbə pulu, xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, 2068.08 (iki min altmış səkkiz manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 206.81 (iki yüz altı manat, səksən bir qəpik) manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 1381.53 (min üç yüz səksən bir manat əlli üç qəpik) manat ödənilməmiş hissə, 138.15 (yüz otuz səkkiz manat on beş qəpik) manat cərimə olmaqla, ümumilikdə 7382.93 (yeddi min üç yüz səksən iki manat, doxsan üç qəpik) manat borc və 93,83 (doxsan üç manat səksən üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar