Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-766/2024 04.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi Səlimzadə Şərif Hümbət oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC Cavabdeh qarşı “pul məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul məbləğinin tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli, 2380 nömrəli “Nisyə alqı-satqı haqqında” Müqavilə üzrə yerinə yetirilməmiş öhdəliklər olan cəmi 11.198 (on bir min yüz doxsan səkkiz) manat borcun, həmin müqavilə üzrə gecikdirilmiş ödənişin hər günü üçün gecikdirilmiş ödəniş məbləğinin 01%-ı miqdarında hesablanmış 122,82 (yüz iyirmi iki manat, səksən iki qəpik) manat cərimə məbləğinin; xx.xx.2023-cü il tarixli, 2381 nömrəli “Müqavilə” üzrə yerinə yetirilməmiş öhdəliklər olan cəmi 810 (səkkiz yüz on) manat borcun, həmin müqavilə üzrə gecikdirilmiş ödənişin hər günü üçün gecikdirilmiş ödəniş məbləğinin 01%-i miqdarında hesablanmış 20,70 (iyirmi manat, yetmiş qəpik) manat cərimə məbləğinin; ümumilikdə 12.151,52 (on iki min yüz əlli bir manat, əlli iki qəpik) manat məbləğində pul vəsaitinin və həmçinin dövlət rüsumu qismində ödənilmiş 126,46 (yüz iyirmi altı manat, qırx altı qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 2380 nömrəli “Nisyə alıq-satqı” Müqaviləsi bağlanmışdır. Sözügedən müqavilənin icrası qaydasının müəyyən edilməsi məqəsədilə tərəflər arasında xx.xx.2023-cü il tarixli “Müqavilə Əlavəsi” imzalanmışdır. Həmçinin, Tərəflər arasında xx.xx.2023-cü il tarixli, 2381 nömrəli Müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Müqavilə Əlavəsi” nə əsasən Satış obyekti olan yeni (işlənməmiş) “Elos Trio” cihazı və eyni zamanda öncədən görünüşləri razılaşdırılmış müvafiq hədiyyələr və həmçinin xx.xx.2023-cü il tarixli, 2381 nömrəli “Müqavilə”yə əsasən satış obyekti olan yeni (işlənməmiş) “Sonia G5 Medium cihazı xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktlarına əsasən Cavabdeh təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktları Cavabdeh tərəfindən şəxsən imzalanmış və həmin aktlara əsasən o, “təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını" təsdiq etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2380 nömrəli “Nisyə alıqsatqı” müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli “Müqavilə Əlavəsi”nin 2.2-ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 24 (iyirmi dörd) ay müddətinə ödənilməklə 13800 (on üç min səkkiz yüz) manat müəyyən edilmişdir. “Müqavilə Əlavəsi”nin 2.3-cü bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən ilkin ödəniş olaraq 1000 (min) manat, daha sonra ödəniş mərhələlərinə uyğun olaraq hissəhissə olmaqla cəmi 1602 (min altı yüz iki) manat, ümumilikdə isə 2602 (iki min altı yüz iki) manat ödənişlər edilmişdir. Həmçinin, xx.xx.2023-cü il tarixli, 2381 nömrəli “Müqavilə”nin 2.2-ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 12 (on iki) ay müddətinə ödənilməklə 1080 (min səksən) manat müəyyən edilmişdir. “Müqavilə”nin 2.3-cü bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən ilkin ödəniş olaraq heç bir ödəniş edilməmiş, razılaşmaya əsasən ödəniş mərhələlərinə uyğun olaraq hissə-hissə olmaqla cəmi 270 (iki yüz yetmiş) manat ödənişlər edilmişdir. Daha sonra isə qeyd edilən müqavilələr üzrə öhdəliyin icrası Cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuşdur. Belə ki, Tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli, 2380 nömrəli “Müqavilə” üzrə 534 (beş yüz otuz dörd) manat, xx.xx.2023-cü il tarixli, 2381 nömrəli “Müqavilə” üzrə 90 (doxsan) manat, ümumilikdə isə 624 (altı yüz iyirmi dörd) manat ödənilməli olduğu halda qeyd edilən ödənişlər Cavabdeh tərəfindən icra edilməmişdir. Müqavilələrdə qeyd edilmiş satış qiymətinin ödəniş mərhələlərinə uyğun bir neçə dəfə Cavabdeh xx.xx.2023-cü il tarixi üzrə ödəniş öhdəliklərinin icra edilməsi tələb edilsə də, cavabdeh tərəfindən bugünə kimi qərəzli şəkildə heç bir ödəniş edilməmişdir. Ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfində ödəniş öhdəliklərinin icra edilməməsi, müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarından görünür ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 2380 nömrəli “Nisyə alıq-satqı” müqaviləsi bağlanmışdır. Sözügedən müqavilənin icrası qaydasının müəyyən edilməsi məqəsədilə tərəflər arasında xx.xx.2023-cü il tarixli “Müqavilə Əlavəsi” imzalanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2380 nömrəli “Nisyə alıq-satqı” müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli “Müqavilə Əlavəsi”nin 2.2-ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 24 (iyirmi dörd) ay müddətinə ödənilməklə 13800 (on üç min səkkiz yüz) manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 2381 nömrəli Müqavilə bağlanmışdır. xx.xx.2023-cü il tarixli, 2381 nömrəli “Müqavilə”nin 2.2-ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 12 (on iki) ay müddətinə ödənilməklə 1080 (min səksən) manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktına əsasən Elos Trio, Kuşetka, Lampa Lupa, Alət masası, həkim stulu, həkim üçün eynək, pasient üçün eynək, reklam üçün rollup, stabilizator və distillə su Cavabdeh şəxsən imzalanmış və həmin akta əsasən “təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını" təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktına əsasən “Sonia G5 Medium” cihazı Cavabdeh şəxsən imzalanmış və həmin akta əsasən “təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını" təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş 20 oktyabr 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borca görə üzrə öhdəliklərin icrasının həyata keçirməsi qanunla müəyyən olunmuş qaydada tələb olunmuşdur. Müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciyət ediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmət göstərməli, iş görməli və sair və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2380 nömrəli və xx.xx.2023cü il tarixli 2381 nömrəli “Nisyə alqı-satqı” müqavilələri öhdəliyin yaranması faktını təstiq edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından da göründüyü kimi xx.xx.2023-cü il tarixində xx.xx.2023-cü il tarixli 2380 nömrəli müqavilə üzrə 534 manat və xx.xx.2023-cü il tarixli 2381 nömrəli müqavilə üzrə 90 manat ümumilikdə 624 manat ödənilməli məbləğ barədə Cavabdeh xəbərdarlıq məktubu göndərilsə də(xəbərdarlıq məktubu xx.xx.2023-cü il tarixdə qəbul olunub) onun tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı addım atmamışdır Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1.-ci maddəsinə uyğun olaraq, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə hesab edir ki, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, cavabdeh müqavilə əsasında iddiaçıdan müqavilə əsasında götürdüyü avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan avadanlıqları istifadə etmiş, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, faizlərin ödənilməsi tələb etməkdə haqlıdır. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, 2380 nömrəli “Nisyə alqı-satqı haqqında” müqaviləsi ürzrə 11198 (on bir min yüz doxsan səkkiz) manat borcun, 122,82 (yüz iyirmi iki manat, səksən iki qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli, 2381 nömrəli “Müqavilə” üzrə 810 (səkkiz yüz on) manat borcun, 20,70 (iyirmi manat, yetmiş qəpik) manat cərimə, ümumilikdə 12151,52 (on iki min yüz əlli bir manat, əlli iki qəpik) manat pul vəsaiti və 126,46 (yüz iyirmi altı manat, qırx altı qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-ye ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 126,46 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 238-253-cü maddələrini rəhbər tutaraq q ə t e t d i : İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 2380 nömrəli “Nisyə alqı-satqı haqqında” müqaviləsi ürzrə 11198 (on bir min yüz doxsan səkkiz) manat borcun, 122,82 (yüz iyirmi iki manat, səksən iki qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli, 2381 nömrəli “Müqavilə” üzrə 810 (səkkiz yüz on) manat borcun, 20,70 (iyirmi manat, yetmiş qəpik) manat cərimə, ümumilikdə 12151,52 (on iki min yüz əlli bir manat, əlli iki qəpik) manat pul vəsaiti və 126,46 (yüz iyirmi altı manat, qırx altı qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-ye ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-766/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-766/2024
04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver