Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-776/2023 24.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakimi Əsədova Tahirə Əlif qızının sədrliyi ilə Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizə ilə məhkəməyə müraciət edərək: xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG LED TV üçün 441.01 manat ödənilməmiş hissə, 44 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, TOZSORAN PHİLİPS üçün 129.96 manat ödənilməmiş hissə, 12.03 manat cərimə; Ümumilikdə, 627 manat borc, 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2020-ci il və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, SAMSUNG LED TV və TOZSORAN PHİLİPS almış və nəticədə 627 manat borc yaranmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə: xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1150 manat SAMSUNG LED TV üçün ümumilikdə, 485.01 manat olmaqla ondan, 441.01 manat ödənilməmiş hissə, güzəşt olunaraq 44 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 369.6 manat TOZSORAN PHİLİPS üçün ümumilikdə, 141,99 manat olmaqla ondan, 129.96 manat ödənilməmiş hissə, güzəşt olunaraq 12.03 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2021-ci il tarixində SAMSUNG LED TV-dən imtina etmiş və cavadehin borcundan 549.99 manat silinmşdir. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 159 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 549.99 manat, ümumilikdə, 708.99 manat təşkil edir. Digər tarixli müqavilə üzrə üçün isə cəmi ödədiyi məbləğ 239.64 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə rəsmi qaydada göndərilmiş və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilmişdir. Cavabdeh tərəfindən məhkəmə etiraz daxil olmuş və məhkəmə işə iddia icraatı qaydasında baxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, cavabdeh aldığı televizoru altı ay sonra geri qaytarmış, müqavilənin 3.10-cu maddəsinə əsasən iddiaçı lazımi hərəktəlrəi etmişdir. Qüsur aradan qaldırıldıqdan sonra cavabdeh televizoru aparmaqdan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək, iddianı TOZSORAN PHİLİPS hissəsində qəbul etdiyini, SAMSUNG LED TV hissəsində qəbul etmədiyini bildirdi. Cavabdeh qeyd etdi ki, aldığı televizor qüsurlu olduğuna o, televizoru bir ay sonra geri qaytarmışdır və ona görə hər-hansı pul ödəməli olduğunu düşünmür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). "xxxx" MMC ilə Cavabdeh arasında iki müqavilə bağlanmışdır: xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə SAMSUNG LED TV; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən TOZSORAN PHİLİPS satılmışdır. xx.xx.2020-ci il tarixli müqaviləyə əlavədən görünür ki, qiyməti 1150 manat olan televizor üçün cavabdeh 12 ay ərzində ayda 95 manat ödəmək öhdəliyi üzərinə götürmüşdür. Müqavilələrin 3.10-cu bəndinə əsasən müştəri ABC-nin razılığı ilə müvafiq çatdırılma, quraşdırılma, daşınma, sökülmə xərclərini qarşıladığı halda malı geri qaytara bilər, bu zaman mal ABC-nin özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ müştərinin ümumi borcundan çııxılır. Cavabdeh tərəfindən televizorun ekranı işləmədiyindən televizor geri qaytarılmışdır. Cavabdehin izahatına əsasən bir ay sonra, iddiaçının nümayəndəsini izahatına əsasən altı ay sonra. Lakin, cavabdehin texniki xidmət mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixdə televizorun texniki vəziyyət barədə akt tərtib edilmişdir. Həmin akta əsasən malda istifadə nəticəsindən yaranmış korlanma aşkar edilmiş, ekran dəyişdirilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə qiymətləndirmə aktı tərtib edilmişdir. Həmin aktdan televizorun müştərinin istifadəsində 5 ay ərzində olduğu qeyd olunmuş, televizor 549,99 manata qiymətləndirilmişdir. Sonradan həmin televizor xx.xx.2021-ci il tarixdə 705,60 manat dəyərində 18 ay ərzində ödəmək şərtilə X1. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdeh televizora görə 159 manat ödəmişdir. Həmin məbləğ və məhsul qaytarıldıqdan sonra qoyulan 549,99 manat cavabdehin borcundan silinmiş və onun 441,01 manat məbləğində borcunun qaldığı müəyyən edilmişdir (1150 manat – 159 manat - 549,99 manat = 441,01 manat). Həmin məbləği 44 manat cərimə pulu hesablanmışdır. Həmin maliyyə arayışından görünür ki, tozsoran üçün cavabdehin 129,96 manat borcu qalmış, həmin məbləğə 12,03 manat cərimə pulu hesablanmışdır. Cavabdeh tozsorana olan borcunu etiraf edir. Həmin maliyyə arayışından görünür ki, cavabdehin "xxxx" MMC-yə aralarında bağlanmış hər iki müqavilə üzrə 627 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş, borcun ödənilməsi ondan tələb edilmiş və əks təqdirdə aidiyyəti üzrə Dövlət qurumuna müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia qismən qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Qeyd edildiyi kimi, cavabdeh tərəfindən imzalanmış müqavilənin 3.10-cu bəndinə əsasən müştəri ABC-nin razılığı ilə müvafiq çatdırılma, quraşdırılma, daşınma, sökülmə xərclərini qarşıladığı halda malı geri qaytara bilər, bu zaman mal ABC-nin özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ müştərinin ümumi borcundan çııxılır. İddiaçı müqavilənin bu şərtinə əsasən televizoru birtərəfli qaydada qiymətləndirmiş və ümumi borcdan silmişdir. İddiaçı tərəfindən müəyyən edilmiş qiymət ağlabatandır, belə ki, iddiaçı həmin televizoru iki ay sonra 18 ay ödənilmək şərtilə 155 manat artığına satmışdır. Həmin Məcəllənin: 567-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə iddiaçıya borcu yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Lakin, məhkəmə hesab edir ki, cavabdeh özü də ziyana düşdüyündən televizora hesablanmış 44 manat cərimə ondan tutulmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG LED TV üçün 441.01 manat ödənilməmiş hissə; xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, TOZSORAN PHİLİPS üçün 129.96 manat ödənilməmiş hissə, 12.03 manat cərimə; Ümumilikdə, 583 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG LED TV üçün 441.01 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, TOZSORAN PHİLİPS üçün 129.96 manat ödənilməmiş hissə, 12.03 manat cərimə; Ümumilikdə, 583 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-776/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-776/2023
24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver