Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7775/2023 06.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X4, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "150 manat məbləğində vurulmuş zərərin və 30 manat məbləğində dövlət rüsumunun tutulması" barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "150 manat məbləğində vurulmuş zərərin və 30 manat məbləğində dövlət rüsumunun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı həmin tələbini belə əsaslandırmışdır ki, "QAZ 31105 120" markalı **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmış və sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. Cavabdeh xx.xx.2021-ci ildə idarə etdiyi "QAZ 31105 120" markalı **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində "Mercedes Benz C220" markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Sabunçu Rayon DYPŞ-in xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Sabunçu Rayon DYPŞ-in xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2021-ci ildə verilmiş qüsur aktına əsasən, hadisə nəticəsində "Mercedes Benz C220" markalı **- TG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 150 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2021-ci ildə 150 manat məbləği zərərçəkmiş şəxs X2 ödəmişdir. Hazırkı iddianın qiyməti beş min manatdan az olduğuna görə məhkəmədə işə sadələşdirilmiş qaydada baxıldı. Məhkəmə tərəfindən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi ona təklif edilmiş, lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı etiraz verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. İşdə olan, "İcbari sığorta müqaviləsinə dair məlumat"dan görünür ki, xx.xx.2020-ci il tarixli PXA********** nömrəli sığorta şəhadətnaməsi ilə "QAZ" markalı "31105 120" modelli **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək sığortalanmışdır. İşdə olan, "xxxx" ASC tərəfindən tərtib olunan PXA89736 nömrəli "Sığorta aktı"ndan görünür ki, xx.xx.2021-ci ildə "QAZ-31105" markalı **-MN- *** dövlət qeydiyyat nişanlı avtomobil "Mercedes Benz C220" markalı **-TG- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və iddiaçı tərəfindən zərərçəkmiş şəxs X2 150 manat məbləğində sığorta ödənişi edilmişdir. İşdə olan, Sabunçu Rayon DYPŞ Axtariş üzrə inspektoru leytenant X5 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli "İnzibati xəta haqqında protokol"dan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2021-ci ildə İXM-nin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətalar törədilmişdir. İşdə olan, xx.xx.2021-ci il tarixli "İnzibati tənbeh vermə haqqında" protokoldan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2021-ci ildə İXM-nin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətalar törədilmişdir. İşdə olan, "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış"dan görünür ki, xx.xx.2021-ci ildə "QAZ 31105 120" minik markalı **- MN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə "Mercedes Benz C220" markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi baş verən zaman "QAZ 31105 120" markalı **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh, həmin avtomobilin mülkiyyətçisi isə X3r. Hadisə nəticəsində X1 idarə etdiyi "Mercedes Benz C220" markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İşdə olan, "xxxx" ASC tərəfindən tərtib olunan xx.xx.2021-ci il tarixli "Qüsur aktın"dan görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində "Mercedes Benz C220" markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 150 manat məbləğində zərər dəymişdir. İşdə olan, xx.xx.2020-ci il tarixli "Təhvil-təslim aktı"dan görünür ki, iddiaçı "xxxx" ASC-dən sığorta ödənişini almaq üçün X2 plastik kartlar və zərflər təhvil verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 150 manat məbləğində sığorta ödənişinin 7 iş günü ərzində ödənilməsi cavabdehə təklif edilmişdir. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə görə, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Müəyyən edildi ki, Cavabdeh idarə etdiyi "QAZ 31105 120" markalı **- MN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci ildə "Mercedes Benz C220" markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə "Mercedes Benz C220" markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Cavabdeh yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və onun barəsində İXM-nin 327.1-ci və 327.6cı maddələrinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə sadalanan normalara əsaslanaraq bu qənaətə gəldi ki, iddiaçı zərərin aradan qaldırılması üçün ödədiyi 150 manat məbləğində sığorta ödənişini cavabdehdən tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin edilməli, Cavabdeh 150 manat vurulmuş zərər alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün məhkəmə xərcləri cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 150 manat vurulmuş zərər, 30 manat dövlət rüsumu, cəmi 180 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən apellyasiya şikayəti, şikayətin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməklə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. X9.
Məhkəmə qərarları › İş №e-2(008)-7775/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-7775/2023
06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver