Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-781/2024 11.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini təmin edərək Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 1771 (bir min yeddi yüz yetmiş bir) manat 20 (iyirmi) qəpik məbləğində borcun silinməsinə, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi xərcin - 150 manat məbləğində pulun Cavabdehndən tutularaq ona ödənilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında ailə ilə birlikdə yaşayır. Həmin ünvanda da təbii qazdan istifadəyə görə abonent istifadəçisidir. Abonent kodu **********00001-dir. Sayğac isə küçədə quraşdırılıb və xüsusi mühafizə olunmur. xx.xx.2021-ci ildə ünvanına quraşdırılmış sayğacı onun iştirakı və məlumatı olmadan çıxarmış əvəzində yeni sayğac quraşdırmışlar. Bununla bağlı akt tərtib edilmişdir. Bundan başqa, 2023-cü ilin mart ayında ünvanına quraşdırılmış sayğac yenidən onun iştirakı olmadan çıxarılmışdır. Bu yaxınlarda ona əsassız olaraq borc yazıldığı məlum olmuşdur. Bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Müraciəti əsasında ona cavabdeh təşkilat tərəfindən müvafiq sənədlər təqdim edildi. Belə ki, xx.xx.2021-cü il tarixli, akt № MSK-29/1710-00335-1 saylı aktla müəyyən edilir ki, ünvanından çıxarılmış sayğac 02 fevral 2023-cü il tarixdə dövlət yoxlamasından keçirilmiş və yoxlamanın nəticəsi olaraq göstərilmişdir ki, 20114217 nömrəli plomb kəsilərək G-4 SM/1066 saylı qutu açıldı. Sayğaca baxış keçirildi. Sayğacın klapanı işlək deyil. Yivli birləşmələr korroziyaya uğrayıb. Sayğac mənfiyə işləyib. Sayğacın çıxış plastmas borusu deşilib. Sayğac istismara yararsızdır. Barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ”xx.xx.2021-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Akta əsasən, laboratoriya aktına istinad edilməklə dəymiş ziyanın hesablanması göstərilmidir. Bu əsasla ona 216 manat borc yazılmışdır. Üstəlik, həmin aktı imzalamaqdan imtina etməyi göstərilmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixli, akt № MSK-14-2-2/3-5-2807-1 saylı aktla müəyyən edilir ki, ünvanından çıxarılmış sayğac 10 mart 2023-cü il tarixdə dövlət yoxlamasından keçirilmiş və yoxlamanın nəticəsi olaraq göstərilmişdir ki, G-4 SM/1066 saylı qutu açıldı. Sayğaca baxış keçirildi. Sayğacın çıxış plastmas borusunda yad əşya aşkar olundu. Membranın iş prinsipinə maneə törədilib. Belə olan halda qaz keçir, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ”xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Akta əsasən, laboratoriya rəyinə əsasən dəymiş ziyanın hesablanması göstərilmişdir. Bu əsasla ona 1555,20 manat borc yazılmışdır. Halbuki, bəhsi keçən aktlardan onun xəbəri bu vaxta qədər olmayıb və yalnız cavabdeh təşkilata müraciət etdikdən sonra bu barədə məlumat əldə etmişəm. Sözügedən aktlar tamamilə əsassız və saxtadır. Sayğac xüsusi mühafizə altında olmayıb, küçədə quraşdırılıb. Bəlkə, elə sayğacda göstərilən qüsurlar sayğacı çıxaran zaman Cavabdeh İB-nin əməkdaşları tərəfindən edilmişdir?! Küçədə kənar şəxs tərəfindən də sayğaca hər hansı bir kənar təsir ola bilərdi. Cavabdeh onun tərəfindən sayğaca təsir edildiyini sübut etməli idi. Halbuki, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqınd Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Cavabdehin ona təqdim etdiyi aktlardan görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, istehlakçının (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktın bir surəti istehlakçıya təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki, Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Şurasının xx.xx.2011 -ci il tarixli 11 №-li qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz. Tərtib edilmiş əsassız aktlar ucbatından ona 1771,20 manat borc yazılmışdır. Bundan başqa, o, pozulmuş hüquqlarımın bərpası ilə bağlı vəkillə hüquqi yardımın göstərilməsinə dair xx.xx.2023-cü il tarixdə 626 nömrəli müqavilə bağlamış, 150 manat ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhəkəmə tərəfin vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, **********00001 nömrəli abonent İddiaçı məxsus sayğacın 14-2-2/3-5-2807-1 nömrəli rəyə əsasən **********303 zavod nömrəli sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, ******* nömrəli, xx.xx.2023-cü il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 12960 m3 olması hesablanmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, abonent İddiaçı məxsus 1202A**********17 nömrəli sayğaca baxış keçirilərkən sayğacın klapanı işlək olmaması, yivli birləşmənin koroziyaya uğradığı müəyyən edilmiş, sayğacın çıxış plastmas borusu deşilmişdir. xx.xx.2021-ci il dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, ******* nömrəli akta əsəsan itirilmiş qaz sərfiyyatının 2160 m3 olması hesablanmışdır. **********00001 saylı abonentin saldosunun surətindən görünür ki, İddiaçı 2021-ci ilin fevral ayında qalıq və aktlar üzrə 216 manat, 2023-cü ilin mart ayında isə qalıq və aktlar üzrə 1555.20 manat borc hesablanmışdır. xx.xx.2023-cü il tarixli 20386 nömrəli qəbzdən görünür ki, 7 saylı vəkil bürosunun hesabına 626 nömrəli müqaviləyə əsasən 150 manat pul ödənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli və xx.xx.2021-ci il tarixli ******* nömrəli aktlara əsasən iddiaçıya məxsus sayğaclara keçirilmiş baxış zamanı sayğaclarda nazaslıq olmaq müəyyən edilmiş, xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən **********00001 nömrəli abonent İddiaçı 1555.20 manat və xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən **********00001 nömrəli abonent İddiaçı 216 manat dəymiş ziyan hesablanmışdır. Məhkəmə hesab edir ki, sayğacda yarnmış nasazlıq iddiaçının təqsiri səbəbindən olması öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması cavabdehliyinin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli və ******* nömrəli, xx.xx.2021-ci il tarixli akta əsasən **********00001 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 1771.2 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın 150 manat vəkil xərcinin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi əsaslı olduğundan məhkəmə xərci hesab edilən 150 manat vəkil xərcidə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli və ******* nömrəli, xx.xx.2021-ci il tarixli aktlara əsasən **********00001 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 1771.2 (bir min yeddi yüz yetmiş bir manat, iyirmi qəpik) manat borc silinsin. 150 (bir yüz əlli) manat vəkil xərci Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-781/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-781/2024
11.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver