Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-8067/2025 02.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış SM 64614 saylı xx.xx.2022-ci il tarixli, SM 87355 saylı xx.xx.2022-ci il tarixli, SM 78277 saylı xx.xx.2022-ci il tarixli, SM 87352 saylı xx.xx.2022-ci il tarixli, SM 86027 saylı xx.xx.2022-ci il tarixli və SM 60633 saylı xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı satqı müqavilələri üzrə yaranmış cəmi 916.00 (doqquz yüz on altı) manat əsas borc, 375,80 manat (üç yüz yetmiş beş manat səksən qəpik) cərimə, ümumilikdə 1291,80 (min iki yüz doxsan bir manat səksən qəpik) manat borcun və 32.92 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış aşağıda göstərilən 6 (altı) müddətli (nisyə) alqısatqımüqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən pozulmuşdur. 1. SM 78277 saylı xx.xx.2022-ci il tarixdə Müddətli (nisyə) alqı satqı müqaviləsivə həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 18 ay müddətinə hər ayın 9-dan gec olmamaqla 55.00 manat ödəməyicavabdeh öhdəsinə götürmüşdür. 2. SM 64614 saylı xx.xx.2022-ci il tarixdə Müddətli (nisyə) alqı satqı müqaviləsivə həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 18 ay müddətinə hər ayın 25-dən gec olmamaqla 16.00 manat ödəməyicavabdeh öhdəsinə götürmüşdür. 3. SM 87352 saylı xx.xx.2022-ci il tarixdə Müddətli (nisyə) alqı satqı müqaviləsivə həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 24 ay müddətinə hər ayın 28-dən gec olmamaqla 11.00 manat ödəməyicavabdeh öhdəsinə götürmüşdür. 4. SM 87355 saylı xx.xx.2022-ci il tarixdə Müddətli (nisyə) alqı satqı müqaviləsivə həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 24 ay müddətinə hər ayın 06-dan gec olmamaqla 6.00 manat ödəməyicavabdeh öhdəsinə götürmüşdür. 5. SM 60633 saylı xx.xx.2022-ci il tarixdə Müddətli (nisyə) alqı satqı müqaviləsivə həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 18 ay müddətinə hər ayın 11-dən gec olmamaqla 20.00 manat ödəməyicavabdeh öhdəsinə götürmüşdür. 6. SM 86027 saylı xx.xx.2022-ci il tarixdə Müddətli (nisyə) alqı satqı müqaviləsivə həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 18 ay müddətinə hər ayın 15-dən gec olmamaqla 5.00 manat ödəməyicavabdeh öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Cavabdehin qeydiyyat ünvanına məktub göndərilmişdir. Lakin cavabdeh məktubu çatdırmaq mümkün olmamışdır. Belə ki, xx.xx.2025-ci il tarixli borca dair arayış və çıxarışlardan görünür ki: 1. SM 64614 saylı xx.xx.2022-ci il tarixdə Müddətli (nisyə) alqı satqı müqaviləsiüzrə 18 ay ərzində cəmi 224.00 manat məbləğində ödəniş etmişdir. Beləliklə,cavabdehin 64.00 manat əsas, 28.80 manat cərimə, ümumilikdə 92,80 manat borcu qalmışdır; 2. SM 87355 saylı xx.xx.2022-ci il tarixdə Müddətli (nisyə) alqı satqı müqaviləsiüzrə 24 ay ərzində cəmi 42.00 manat məbləğində ödəniş etmişdir. Beləliklə,cavabdehin 102.00 manat əsas, 75,00 manat cərimə, ümumilikdə 177,00 manat borcu qalmışdır; 3. SM 78277 saylı xx.xx.2022-ci il tarixliMüddətli (nisyə) alqı satqı müqaviləsiüzrə 18 ay ərzində cəmi 517.00 manat məbləğində ödəniş etmişdir. Beləliklə,cavabdehin 473.00 manat əsas, 139,00 manat cərimə, ümumilikdə 612,00 manat borcu qalmışdır; 4. SM 87352 saylı xx.xx.2022-ci il tarixli Müddətli (nisyə) alqısatqımüqaviləsi üzrə ilkin olaraq 200,00 manat ödəniş etmiş, 24 ay ərzində isə cəmi 77.00 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin 187.00 manat əsas, 85,00 manat cərimə, ümumilikdə 272,00 manat borcu qalmışdır; 5. SM 86027 saylı xx.xx.2022-ci il tarixli Müddətli (nisyə) alqı satqı müqaviləsiüzrə 18 ay ərzində isə cəmi 40.00 manat məbləğində ödəniş etmişdir. Beləliklə,cavabdehin 50.00 manat əsas, 18.00 manat cərimə, ümumilikdə 68,00 manat borcu qalmışdır; 6. SM 60633 saylı xx.xx.2022-ci il tarixliMüddətli (nisyə) alqı satqı müqaviləsiüzrə 18 ay ərzində isə cəmi 320.00 manat məbləğində ödəniş etmişdir. Beləliklə,cavabdehin 40.00 manat əsas, 30.00 manat cərimə, ümumilikdə 70,00 manat borcu qalmışdır. İddiaya etiraz: MPM-nin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır. Mülki işin materialları: -SM 78277 saylı xx.xx.2022-ci il tarixdə müddətli (nisyə) alqı satqı müqaviləsi və həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 18 ay müddətinə hər ayın 9-dan gec olmamaqla 55.00 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. -SM 64614 saylı xx.xx.2022-ci il tarixdə Müddətli (nisyə) alqı satqı müqaviləsivə həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 18 ay müddətinə hər ayın 25-dən gec olmamaqla 16.00 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. -SM 87352 saylı xx.xx.2022-ci il tarixdə Müddətli (nisyə) alqı satqı müqaviləsivə həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 24 ay müddətinə hər ayın 28-dən gec olmamaqla 11.00 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. -SM 87355 saylı xx.xx.2022-ci il tarixdə Müddətli (nisyə) alqı satqı müqaviləsivə həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 24 ay müddətinə hər ayın 06-dan gec olmamaqla 6.00 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. -SM 60633 saylı xx.xx.2022-ci il tarixdə Müddətli (nisyə) alqı satqı müqaviləsivə həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 18 ay müddətinə hər ayın 11-dən gec olmamaqla 20.00 manat ödəməy icavabdeh öhdəsinə götürmüşdür. -SM 86027 saylı xx.xx.2022-ci il tarixdə Müddətli (nisyə) alqı satqı müqaviləsivə həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 18 ay müddətinə hər ayın 15-dən gec olmamaqla 5.00 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. -SM 64614 saylı xx.xx.2022-ci il tarixdə Müddətli (nisyə) alqı satqı müqaviləsi üzrə 18 ay ərzində cəmi 224.00 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin 64.00 manat əsas, 28.80 manat cərimə, ümumilikdə 92,80 manat borcu qalmışdır; -SM 87355 saylı xx.xx.2022-ci il tarixdə Müddətli (nisyə) alqı satqı müqaviləsiüzrə 24 ay ərzində cəmi 42.00 manat məbləğində ödəniş etmişdir. Beləliklə,cavabdehin 102.00 manat əsas, 75,00 manat cərimə, ümumilikdə 177,00 manat borcu qalmışdır; -SM 78277 saylı xx.xx.2022-ci il tarixliMüddətli (nisyə) alqı satqı müqaviləsiüzrə 18 ay ərzində cəmi 517.00 manat məbləğində ödəniş etmişdir. Beləliklə,cavabdehin 473.00 manat əsas, 139,00 manat cərimə, ümumilikdə 612,00 manat borcu qalmışdır; -SM 87352 saylı xx.xx.2022-ci il tarixli Müddətli (nisyə) alqısatqımüqaviləsi üzrə ilkin olaraq 200,00 manat ödəniş etmiş, 24 ay ərzində isə cəmi 77.00 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin 187.00 manat əsas, 85,00 manat cərimə, ümumilikdə 272,00 manat borcu qalmışdır; -SM 86027 saylı xx.xx.2022-ci il tarixli Müddətli (nisyə) alqı satqı müqaviləsiüzrə 18 ay ərzində isə cəmi 40.00 manat məbləğində ödəniş etmişdir. Beləliklə,cavabdehin 50.00 manat əsas, 18.00 manat cərimə, ümumilikdə 68,00 manat borcu qalmışdır; -SM 60633 saylı xx.xx.2022-ci il tarixliMüddətli (nisyə) alqı satqı müqaviləsiüzrə 18 ay ərzində isə cəmi 320.00 manat məbləğində ödəniş etmişdir. Beləliklə,cavabdehin 40.00 manat əsas, 30.00 manat cərimə, ümumilikdə 70,00 manat borcu qalmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər;
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: İşin müəyyən edilmiş hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən iddiaçı şərtləşdirilmiş əşyaları cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə əşyanı qəbul edib müəyyənləşdirilmiş qiyməti ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı öhdəlik üzrə öz vəzifəsini icra edərək, şərtləşdirilmiş əşyanı cavabdehin mülkiyyətinə versə də, cavabdeh vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyərək, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Lakin məhkəmə müqavilə üzrə göstərilən cərimənin məbləği razılaşmayaraq qeyd edir ki, hesablanan cərimə tənasübsüz dərəcədə yüksək olmaqla, əsas borc məbləğinə adekvat deyildir. Həmçinin məhkəmə qeyd edir ki, müqavilə üzrə hesablanan cərimə borclunu intizamlandırmağa xidmət etməklə, öhdəliyinin təminat tədbiri qismində çıxış etməlidir və kreditor üçün əlavə gəlir mənbəyi qismində çıxış etməməlidir. Odur ki, məhkəmə hesablanan cərimənin tənasübsüz dərəcədə yüksək olduğunu qənaətinə gəlir və Mülki Məcəllənin 467-ci maddəsinə uyğun olaraq həmin cərimə məbləğinin 91 manat məbləğində müəyyən edilməsini daha ağlabatan və ədalətli hesab edir. Odur ki, yekun olaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən edilməli və müddətli (nisyə) alqı satqı müqavilələri üzrə yaranmış cəmi 916.00 (doqquz yüz on altı) manat əsas borc, 91 (doxsan bir) manat cərimə, ümumilikdə 1007 (min yeddi manat) manat borc Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddianın təmin olunan hissəsinə münasibətdə iddiaçı tərəfindən ödənilmiş 30,07 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Rüsumu yerdə qalan hissədə isə iddiaçıya aid edilməlidir. Nəticə hissəsi Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış SM 64614 saylı xx.xx.2022-ci il tarixli, SM 87355 saylı xx.xx.2022-ci il tarixli, SM 78277 saylı xx.xx.2022-ci il tarixli, SM 87352 saylı xx.xx.2022-ci il tarixli, SM 86027 saylı xx.xx.2022-ci il tarixli və SM 60633 saylı xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı satqı müqavilələri üzrə yaranmış cəmi 916.00 (doqquz yüz on altı) manat əsas borc, 91 manat (doxsan bir) manat cərimə, ümumilikdə 1007 (min yeddi) manat borc və 30,07 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Müseyib Bayramov