Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-8183/2025 10.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Mehtiyev Əli Fikrət oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 oğlunun iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: l. İşin mahiyyəti: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, APPLE AİRPODS MAX üçün 1550.32 (bir min beş yüz əlli manat 32 qəpik) manat ödənilməmiş hissə, 155.03 (yü zəlli beş manat 3 qəpik) manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********57741 İPHONE 13 üçün 1264.05 (bir min iki yüz altmş dörd manat 5 qəpik) manat ödənilməmiş hissə, 126.41 (yüz iyirmi altı manat 41 qəpik) manat dəbbə pulu, xx.xx.2024ci il tarixli müqaviləyə əsasən, APPLE WATCH 9 qol saatı üçün 1125.24 (bir min yü ziyirmi beş manat 24 qəpik) manat ödənilməmiş hissə, 112.52 (yü zon iki manat 52 qəpik) manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********63099 SAMSUNG GALAXY A25, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti üçün 617.42 (altı yüz on yeddi manat 42 qəpik) manat ödənilməmiş hissə, 61.74 (altmış bir manat 74 qəpik) manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********58699 SAMSUNG GALAXY A35 üçün 566.37 (beş yüz altmış altı manat 37 qəpik) manat ödənilməmiş hissə, 56.64 (əlli altı manat 64 qəpik) manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********49181 XİAOMİ REDMİ NOTE 13 PRO üçün 479.2 (dörd yüz yetmiş doqquz manat 20 qəpik) manat ödənilməmiş hissə, 47.92 (qırx yeddi manat 92 qəpik) manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, PALTARYUYAN HOFFMANN üçün 141.35 (yüz qırx bir manat 35 qəpik) manat ödənilməmiş hissə, 14.14 (on dörd manat 14 qəpik) manat dəbbə, ümumilikdə 6318.35 manat borc və 83.19 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, APPLE AİRPODS MAX, İMEİ kod **********57741 İPHONE 13, APPLE WATCH 9 qol saatı, İMEİ kod **********63099 SAMSUNG GALAXY A25, “X3 1 il” xidməti, İMEİ kod **********58699 SAMSUNG GALAXY A35, İMEİ kod **********49181 XİAOMİ REDMİ NOTE 13 PRO və HOFFMANN markalı paltaryuyan maşın almış və nəticədə 6318.35 (altı min üç yüz on səkkiz manat 35 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1854 (bir min səkkiz yüz əlli dörd) manat (18 ay x 103 manat + 0 manat ilkin ödəniş) olan APPLE AİRPODS MAX üçün 1705.35 (bir min yeddi yüz beş manat 35 qəpik) manat, o cümlədən 1550.32 (bir min beş yüz əlli manat 32 qəpik) manat ödənilməmiş əsas borc, 155.03 (yüz əlli beş manat 3 qəpik) manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1600 (bir min altı yüz) manat (12 ay x 127.50 manat + 70 manat ilkin ödəniş) olan İMEİ kod **********57741 İPHONE 13 üçün 1390.46 (bir min üç yüz doxsan manat 46 qəpik) manat, o cümlədən 1264.05 (bir min iki yüz altmış dörd manat 5 qəpik) manat ödənilməmiş əsas borc, 126.41 (yüz iyirmi altı manat 41 qəpik) manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1418.40 (bir min dörd yüz on səkkiz manat 40 qəpik) manat (18 ay x 78.80 manat + 0 manat ilkin ödəniş) olan APPLE WATCH 9 qol saatı üçün 1237.76 (bir min iki yüz otuz yeddi manat 76 qəpik) manat, o cümlədən 1125.24 (bir min yüz iyirmi beş manat 24 qəpik) manat ödənilməmiş əsas borc, 112.52 (yüz on iki manat 52 qəpik) manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 822 (səkkiz yüz iyirmi iki) manat (12 ay x 68.50 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kod **********63099 SAMSUNG GALAXY A25 və “X3 1 il” xidməti üçün 679.16 (altı yüz yetmiş doqquz manat 16 qəpik) manat, o cümlədən 617.42 (altı yüz on yeddi manat 42 qəpik) manat ödənilməmiş əsas borc 61.74 (altmış bir manat 74 qəpik) manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 800.04 (səkkiz yüz manat 4 qəpik) manat (12 ay x 66.67 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kod **********58699 SAMSUNG GALAXY A35 üçün 623.01 (altı yüz iyirmi üç manat 1 qəpik) manat, o cümlədən 566.37 (beş yüz altmış altı manat 37 qəpik) manat ödənilməmiş əsas borc, 56.64 (əlli altı manat 64 qəpik) manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 800.40 (səkkiz yüz manat 40 qəpik) manat (12 ay x 66.70 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kod **********49181 XİAOMİ REDMİ NOTE 13 PRO üçün 527.12 (beş yüz iyirmi yeddi manat 12 qəpik) manat, o cümlədən 479.20 (dörd yüz yetmiş doqquz manat 20 qəpik) manat ödənilməmiş əsas borc, 47.92 (qırx yeddi manat 92 qəpik) manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 424.02 (dörd yüz iyirmi dörd manat 2 qəpik) manat (6 ay x 66.67 manat + 24 manat ilkin ödəniş) olan HOFFMANN markalı paltaryuyan maşın üçün 155.49 (yüz əlli beş manat 49 qəpik) manat, o cümlədən 141.35 (yüz qırx bir manat 35 qəpik) manat ödənilməmiş əsas borc, 14.14 (on dörd manat 14 qəpik) manat dəbbə pulu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1974.91 manat təşkil edir. ll. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edilir. lll. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1854 (bir min səkkiz yüz əlli dörd) manat olan APPLE AİRPODS MAX 0 manat ilkin ödəniş ödəməklə 18 ay müddətinə ayda 103 manat ödəmək şərti ilə əldə edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1600 (bir min altı yüz) manat olan İMEİ kod **********57741 İPHONE 1370 manat ilkin ödəniş ödəməklə 12 ay müddətinə ayda 127.50 manat ödəmək şərti ilə əldə edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1418.40 (bir min dörd yüz on səkkiz manat 40 qəpik) manat olan APPLE WATCH 9 qol saatı 0 manat ilkin ödəniş ödəməklə 18 ay müddətinə ayda 78.80 manat ödəmək şərti ilə əldə edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 822 (səkkiz yüz iyirmi iki) manat olan İMEİ kod **********63099 SAMSUNG GALAXY A25 və “X3 1 il” xidməti 0 manat ilkin ödəniş ödəməklə 12 ay müddətinə ayda 68.50 manat ödəmək şərti ilə əldə edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 800.04 (səkkiz yüz manat 4 qəpik) manat olan İMEİ kod **********58699 SAMSUNG GALAXY A35 0 manat ilkin ödəniş ödəməklə 12 ay müddətinə ayda 66.67 manat ödəmək şərti ilə əldə edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 800.40 (səkkiz yüz manat 40 qəpik) manat olan İMEİ kod **********49181 XİAOMİ REDMİ NOTE 13 PRO 0 manat ilkin ödəniş ödəməklə 12 ay müddətinə ayda 66.70 manat ödəmək şərti ilə əldə edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 424.02 (dörd yüz iyirmi dörd manat 2 qəpik) manat olan HOFFMANN markalı paltaryuyan maşın 24 manat ilkin ödəniş ödəməklə 6 ay müddətinə ayda 66.67 manat ödəmək şərti ilə əldə edilmişdir. İş materiallarına əlavə olunmuş 10 dekabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçıya ümumilikdə 6318,35 manat borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliklərin icrasını vaxtında yerinə yetirməmişdir. lV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddənin tələbinə görə isə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə araşdırması nəticəsində iddiaçının nümayəndəsinin vermiş olduğu izahatını, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq, məhkəmə hesab edir ki, İddia tələbi təmin edilməli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1550.32 manat ödənilməmiş əsas borc, 155.03 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1264.05 manat ödənilməmiş əsas borc, 126.41 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1125.24 manat ödənilməmiş əsas borc, 112.52 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 617.42 manat ödənilməmiş əsas borc, 61.74 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 566.37 manat ödənilməmiş əsas borc, 56.64 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 479.20 manat ödənilməmiş əsas borc, 47.92 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 141.35 manat ödənilməmiş əsas borc, 14.14 manat dəbbə pulu olmaqla, ümumilikdə 6318.35 manat məbləğində borc cavabdehdən tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə görə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 78,72 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Qeyd olunanları və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1550.32 manat ödənilməmiş əsas borc, 155.03 manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1264.05 manat ödənilməmiş əsas borc, 126.41 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1125.24 manat ödənilməmiş əsas borc, 112.52 manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 617.42 manat ödənilməmiş əsas borc, 61.74 manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 566.37 manat ödənilməmiş əsas borc, 56.64 manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 479.20 manat ödənilməmiş əsas borc, 47.92 manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 141.35 manat ödənilməmiş əsas borc, 14.14 manat dəbbə pulu olmaqla, ümumilikdə 6318.35 manat məbləğində borc və 83.19 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq, iddiaçı "xxxx" MMC-ə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-8183/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-8183/2025
10.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver