Məhkəmə qərarları › İş №e-2(008)-8187/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-8187/2025

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-8187/2025 11.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdehna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, ZƏMANƏT + 3 İL xidməti, YÜKSƏK TƏZYİQLİ YUYUCU APARAT TOTüAçLün , 147.6(yüz qırx yeddi manat 60 qəpik) manat ödənilməmiş hissə, 14.76 (on dörd manat 76 qəpik) manat cərimə pulu; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, TOSHİBA TVüçün 397.98 (üç yüz doxsan yeddi manat 98 qəpik) manat ödənilməmiş hissə, 39.80 (otuz doqquz manat 80 qəpik) manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, HİSENSE TVüçün 693.18 (altı yüz doxsan üç manat 18 qəpik) manat ödənilməmiş hissə, 69.32 (altmış doqquz manat 32 qəpik ) manat cərimə pulu; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, ZƏMANƏT + 2 İ xidməti, PLAYSTATİON 5üçün 1343.06 (birm in üç yüz qırx üç manat 6 qəpik) manat ödənilməmiş hissə, 134.31(yüz otuz dörd manat 31 qəpik) manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, BENK asqı, HİSENSE TüVçün 1128.78 (bir min yüz iyirmi səkkiz manat 78 qəpik) manat ödənilməmiş hissə, 112.88 (yüz on iki manat 88 qəpik) manat cərimə, ümumilikdə 4081.66 manat borc və 60.82 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, borclunun İddiaçı MMC Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərindəki müqavilələrə əsasən ZƏMANƏT + 3 İL xidməti, YÜKSƏK TƏZYİQLİ YUYUCU APARAT TOTAL, TOSHİBA TV, HİSENSE TV, ZƏMANƏT + 2 İ xidməti, PLAYSTATİON 5, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, BENK asqı, HİSENSE TValmış və nəticədə 4081.66 (dörd min səksən bir manat 66 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 219.6 (iki yü zon doqquz manat 60 qəpik) manat (18 ay x 8.2 manat + 72 manat ilkin ödəniş) olan ZƏMANƏT + 3 İL xidməti, YÜKSƏK TƏZYİQLİ YUYUCU APARAT TOTALüçün 162.36 (yüz altmlş iki manat 36 qəpik) manat olmaqla ondan, 147.6(yüz qırx yeddi manat 60 qəpik) manat ödənilməmiş hissə, 14.76 (on dörd manat 76 qəpik) manat cərimə pulu; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 532.98 (beş yüz otuz iki manat 98 qəpik) manat (18 ay x 22.11 manat + 135 manat ilkin ödəniş) olan TOSHİBA TVüçün 437.78 (dörd yüz otuz yeddi manat 78 qəpik) manat olmaqla ondan 397.98 (üç yüz doxsan yeddi manat 98 qəpik) manat ödənilməmiş hissə, 39.80 (otuz doqquz manat 80 qəpik) manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 729.18 (yeddi yüz iyirmi doqquz manat 18 qəpik) manat (18 ay x 38.51 manat + 36 manat ilkin ödəniş) olan HİSENSE TVüçün 765.20 (yeddi yüz altmış beşm anat 20 qəpik) manat olmaqla ondan 693.18 (altı yüz doxsan üç manat 18 qəpik) manat ödənilməmiş hissə, 69.32 (altmış doqquz manat 32 qəpik ) manat cərimə pulu; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1536.06 (bir min beş yüz otuz altım anat 6 qəpik) manat (18 ay x 74.67 manat + 192 manat ilkin ödəniş) olan ZƏMANƏT + 2 İ xidməti, PLAYSTATİON 5üçün 1477.37 (bir min dörd yüz yettmiş yeddi manat 37 qəpik) manat olmaqla ondan 1343.06 (birm in üç yüz qırx üç manat 6 qəpik) manat ödənilməmiş hissə, 134.31(yüz otuz dörd manat 31 qəpik) manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1178.78 (bi rmin yüz yetmiş səkkki zmanat 78 qəpik) manat (18 ay x 62.71 manat + 50 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, BENK asqı, HİSENSE TV üçün 1241.66 (bir min iki yüz qırx bir manat 66 qəpik) manat olmaqla ondan 1128.78 (bir min yüz iyirmi səkkiz manat 78 qəpik) manat ödənilməmiş hissə, 112.88 (yüz on iki manat 88 qəpik) manat cərimə miqdarında cavabdehə verməyi, cavabdeh isə həmin malların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdehna ünvanladığı xx.xx.2025-ci il tarixli xəbərdarlığa əsasən məlum olur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, ZƏMANƏT + 3 İL xidməti, YÜKSƏK TƏZYİQLİ YUYUCU APARAT TOTAL üçün ,147.6 (yüz qırx yeddi manat 60 qəpik) manat ödənilməmiş hissə, 1 manat cərimə pulu; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, TOSHİBA TV üçün 397.98 (üç yüz doxsan yeddi manat 98 qəpik) manat ödənilməmiş hissə, 3 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, HİSENSE TV üçün 693.18 (altı yüz doxsan üç manat 18 qəpik) manat ödənilməmiş hissə, 16 manat cərimə pulu; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, ZƏMANƏT + 2 İ xidməti, PLAYSTATİON 5üçün 1343.06 (birm in üç yüz qırx üç manat 6 qəpik) manat ödənilməmiş hissə, 13 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, BENK asqı, HİSENSE TV üçün 1128.78 (bir min yüz iyirmi səkkiz manat 78 qəpik) manat ödənilməmiş hissə, 11 manat cərimə, ümumilikdə 3754.6 manat borc və 57.55 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cərimə tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda müəyyən edilməlidir. Eyni zamanda məhkəmə İnnovativ Layihələr Mərkəzinə ödənilməsi qeyd edilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsumun ödənişi ilə bağlı iş materiallarında heç bir rəsmi qəbz olmadığından həmin hissədə iddianın rədd edilməli olması qənaətinə gəlir AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, ZƏMANƏT + 3 İL xidməti, YÜKSƏK TƏZYİQLİ YUYUCU APARAT TOTAL üçün ,147.6 (yüz qırx yeddi manat 60 qəpik) manat ödənilməmiş hissə, 1 manat cərimə pulu; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, TOSHİBA TV üçün 397.98 (üç yüz doxsan yeddi manat 98 qəpik) manat ödənilməmiş hissə, 3 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, HİSENSE TV üçün 693.18 (altı yüz doxsan üç manat 18 qəpik) manat ödənilməmiş hissə, 16 manat cərimə pulu; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, ZƏMANƏT + 2 İ xidməti, PLAYSTATİON 5üçün 1343.06 (birm in üç yüz qırx üç manat 6 qəpik) manat ödənilməmiş hissə, 13 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, BENK asqı, HİSENSE TV üçün 1128.78 (bir min yüz iyirmi səkkiz manat 78 qəpik) manat ödənilməmiş hissə, 11 manat cərimə, ümumilikdə 3754.6 manat borc və 57.55 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş rüsumun 3.27 manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar