Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-831/2025 16.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ HakimCəfərliNilufərArifqızınınsədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən **********00000 saylı abonent kodu üzrə təbii qazdan istifadəyə görə əsassız hesablanmış 4030,56 (dörd min otuz manat əlli altı qəpik) manat məbləğində borcun silinməsinə və pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat məbləğində xərcin Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 15 aprel 2025-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh tərəfindən **********00000 saylı abonent kodu üzrə təbii qazdan istifadəyə görə əsassız hesablanmış 3304,80 (üç min üç yaz dörd manat səksən qəpik) manat məbləğində borcun silinməsinə və pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat məbləğində xərcin Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin həcminin azaldılmasına dair ərizə məhkəmə tərəfindən mümkün hesab edilmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda qeydiyyatda olsa da, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus ünvan 2 ünvanında (yeni qaydalarla: ünvan 3 ünvanda quraşdırılan sayğac mərhum babası Fərzəli Cəfərovun adına olmuş və daha sonra isə onun adına keçmişdir. Abonent kodu **********00000 –dir. Ünvana quraşdırılan sayğac elektron sayğac olduğundan karta pul yükləməklə təbii qazdan istifadə edilir. Abonent kodu babasının adına olan zaman mərhum babasının adına Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ”xx.xx.2023-cü il tarixli, ”xx.xx.2021-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il aktlar tərtib edilmişdir. Həmin aktlarla hesablanmış borcun silinməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5050/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbim qismən təmin edilmiş, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 10,422 (on min dörd yüz iyirmi iki) manat məbləğində borcun silinməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti və kassasiya şikayəti verilsə də şikayətlər təmin edilməmişdir. Hətta, Apellyasiya Məhkəməsinin qərardadı ilə Azəriqazın əməkdaşları barədə xüsusi qərardad çıxarılmışdır. Bu yaxınlarda o, karta pul yükləyən zaman yenidən ödənilən puldan tutulmanın şahidi olmuşdur. Bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Cavabdeh təşkilat tərəfindən ona müvafiq sənədlər təqdim edilmişdir. Həmin sənədlərlə tanış olan zaman aydın olmuşdur ki, mərhum babası barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ”xx.xx.2024-cü il tarixli ******* saylı, tərtib edilmişdir. Həmin akta əsasən, guya mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlanmışdır. Həmin akt əsasında, dəymiş ziyanın hesablanması göstərilmişdir. Dəymiş ziyanın hesablanması barədə tələbnamə isə yuxarıda adıkeçən aktdan 2 gün əvvəl (xx.xx.2024-cü il) tərtib edilmişdir. Lakin həmin aktlarla razı deyildir. Çünki həmin aktlar tamamilə əsassızdır. Belə ki, cavabdeh əgər 2024-cü ilin mart ayında təbii qaz xəttini talanmasını aşkar etmişdirsə, bəs niyə görə bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırmırdı. Çünki, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi, qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsi qoymuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında çıxarılmış aktda 2006-cı ildə vəfat etmiş babasının imzadan imtina etməsi göstərilmişdir. Halbuki, o, daha öncə məhkəmədə iddia qaldırdığı zaman cavabdehə artıq məlum idi ki, babası vəfat edib və həmin ünvanda istehlakçı odur. Lakin cavabdeh buna məhəl qoymayaraq, mərhum babası barəsində yenidən akt tərtib etmişdir. Göründüyü kimi həmin akt formal olmaqla bərabər ölmüş şəxsin adına çıxarıldığı üçün həmdə qanunsuz və etibarsızdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. **********00000 saylı abonentin saldosunun surətindən görünür ki, İddiaçı 2024-cü ilin aprel ayında qalıq və aktlar üzrə 3304,80 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, **********00000 nömrəli abonent Cəfərov Fərzəliyəyə məxsus mənzilə baxış keçirilən zaman qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. 29 mart 2024-cs il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, ******* nömrəli xx.xx.2024-ci il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 27540 m3 olması hesablanmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5050/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı istifadəsində olan **********00000 saylı abonent koduna əsassız olaraq hesablanmış 10,422 (on min dörd yüz iyirmi iki) manat məbləğində borc Cavabdeh tərəfindən silinməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-1607/2024 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5050/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-1607/2024 nömrəli qərardadından görünür ki, Cavabdeh səlahiyyətli (vəzifəli) şəxslərinin və ya digər şəxslərin hərəkətlərində (hərəkətsizliyində) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 189-1, 308-310, 313, 314, 322 və digər maddələrinin tərkibinə dair cinayət əlamətləri üzrə müvafiq araşdırma aparılmasının təşkili üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2041/2024 nömrəli 25 iyun 2024-cü il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1607/2024 nömrəli, 19 fevral 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik Hüquqi şəxsin çıxarışından görünür ki, ünvan 2 ünvanında (yeni qaydalarla: Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi İlqar Quliyev küçəsi 95) mənzilin mülkiyyətçisi İddiaçıdur. Bakı şəhəri Sabunçu rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2006-ci il tarixdə verilmiş AZ-İ seriyalı 210451 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2006-cı ildə kəskin ürək çatışmamazlığından ölmüşdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 25 .02.2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa 13.8-1-ci maddəsi əlavə edilmiş və sözügedən maddə xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktların bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsəlsəinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısını vurulmuş zərəin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurumuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta günlük qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Beləliklə məhkəmə ******* nömrəli xx.xx.2024-cü il tarixli akta əsasən **********00000 saylı İddiaçı hesablanmış 3304.80 manat cərimə borcunun silməsinə münasibə bildirərək qey d edir ki, sözügedən akt xx.xx.2022-ci il tarixdən sonrakı dövrə aid olduğundan və akt tərtib edildikdən sonra istehakı barəsində hər hansı məsuliyyət tədbirinin görülməsi ilə bağlı hər hansı məlumat cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən iddia tələbi təmin edilməli, ******* nömrəli xx.xx.2024-cü il tarixli akta əsasən **********00000 saylı abonent İddiaçı hesablanmış 3304.80 manat cərimə borcu silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə görə, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə görə, Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Dölət rüsumu haqqında Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iddia istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verildiyinə görə iddiaçı tərəfindən dövlət rüsumu ödənilməsə də, ödənilməli olan dövlət rüsumu 53,04 manat pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin məhkəmə xərci olan 300 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbitəmin edilsin. **********00000 saylı abonentə ******* nömrəli xx.xx.2024-cü il tarixli akt üzrə hesablanmış 3304,80 (üç min üç yüz dörd manat səksən qəpik) manat borc məbləği silinsin. Cavabdehndən 53,04 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş 300 manat məbləğində pulun Cavabdehndən alınaraq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-831/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-831/2025
16.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver