Məhkəmə qərarları › İş №e-2(008)-8334/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-8334/2025

12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-8334/2025 12.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mirzəliyev Ruslan Əsəd oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********60399 İPHONE 13 markalı telefon üçün 1167,31 (min yüz altmış yeddi manat, 31 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 116,73 (yüz on altı manat,73 qəpik) manat cərimə, xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, İMEİ KODU **********60484 İPHONE 13 markalı telefon üçün 1058,61 (min əlli səkkiz manat, 61 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 105,86 (yüz beş manat, 86 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, APPLE MACBOOK AİR 13 MARKALİ KOMPÜTER üçün 911,46 (doqquz yüz on bir manat, 46 qəpik) manat ödənilməmiş hissə, 91,15 (doxsan bir manat, 15 qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********14500 İPHONE 15 PRO markalı telefon üçün 398.72 (üç yüz doxsan səkkiz manat, 72 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 39,87 (otuz doqquz manat, 87 qəpik) manat cərimə, ümumilikdə 3960,51 manat borcun, 59,61 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İMEİ KODU **********60399 İPHONE 13 markalı telefon, İMEİ KODU **********60484 İPHONE 13 markalı telefon, APPLE MACBOOK AİR 13 MARKALİ KOMPÜTER, İMEİ KODU **********14500 İPHONE 15 PRO markalı telefon almış və nəticədə 3960,51 (üç min doqquz yüz altmış manat, 51 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1378 (min üç yüz yetmiş səkkiz) manat (12 ay x 106,5 manat + 100 manat ilkin ödəniş) olan İMEİ KODU **********60399 İPHONE 13 markalı telefon üçün ümumilikdə, 1307,64 (min üç yüz yeddi manat, 64 qəpik) manat olmaqla ondan, 1167,31 (min yüz altmış yeddi manat, 31 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 116,73 (yüz on altı manat,73 qəpik) manat cərimə, xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1378 (min üç yüz yetmiş səkkiz) manat (12 ay x 106,5 manat + 100 manat ilkin ödəniş) olan İMEİ KODU **********60484 İPHONE 13 markalı telefon üçün ümumilikdə, 1188,07 (min yüz səksən səkkiz manat, 07 qəpik) manat olmaqla ondan 1058,61 (min əlli səkkiz manat, 61 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 105,86 (yüz beş manat, 86 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1908 (min doqquz yüz səkkiz) manat (12 ay x 150 manat + 108 manat ilkin ödəniş) olan APPLE MACBOOK AİR 13 MARKALİ KOMPÜTER üçün ümumilikdə, 1002,61 (min iki manat,61 qəpik) manat olmaqla ondan, 911,46 (doqquz yüz on bir manat, 46 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 91,15 (doxsan bir manat, 15 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3943 (üç min doqquz yüz qırx üç) manat (18 ay x 163 manat + 1009 manat ilkin ödəniş) olan İMEİ KODU **********14500 İPHONE 15 PRO markalı telefon üçün ümumilikdə, 462,19 (dörd yüz altmış iki manat, 19 qəpik) manat olmaqla ondan, 398.72 (üç yüz doxsan səkkiz manat, 72 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 39,87 (otuz doqquz manat, 87 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 5070,90 manat təşkil edir Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh rəsmi qaydada göndərilmiş və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilmişdir. Göstərilən müddət ərzində Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmamışdır. İş materiallarını araşdırıb, iş üzrə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəsilə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, hazırkı iddia üzrə iddianın qiyməti 3960,51 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü və 284-6.1-ci maddələrinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh alqı-satqı qiyməti 1378 (min üç yüz yetmiş səkkiz) manat olan İMEİ kod **********60399 İPHONE 13 markalı telefonu 100 manat ilkin ödəniş ödəməklə 12 ay müddətinə ayda 106,5 manat ödəmək şərti ilə əldə etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh alqı-satqı qiyməti 1378 (min üç yüz yetmiş səkkiz) manat olan İMEİ kod **********60484 İPHONE 13 markalı telefonu 100 manat ilkin ödəniş ödəməklə 12 ay müddətinə ayda 106,50 manat ödəmək şərti ilə əldə etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Cavabdeh alqı-satqı qiyməti 1908 (min doqquz yüz səkkiz) manat olan APPLE MACBOOK AİR 13 markalı kompüteri 108 manat ilkin ödəniş ödəməklə 12 ay müddətinə ayda 150 manat ödəmək şərti ilə əldə etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Cavabdeh alqı-satqı qiyməti 3943 (üç min doqquz yüz qırx üç) manat olan İMEİ kod **********14500 İPHONE 15 PRO markalı telefonu 1009 manat ilkin ödəniş ödəməklə 18 ay müddətinə ayda 163 manat ödəmək şərti ilə əldə etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin həmin tarixədək iddiaçıya xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə cəmi 3960,51 (üç min doqquz yüz altmış manat 51 qəpik) manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş 05 dekabr 2025-ci il tarixli arayışdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh, nisyə alqı-satqı müqaviləsi əsasında İmei kod **********60399 İPHONE 13 və İmei kod **********14500 nömrəli İPHONE 15 mobil telefonların açılıb bağlanması xidmətinə görə, İnnovativ Layihələr Mərkəzinə hər bir telefon üçün 23,60 manat olmaqla, ümumilikdə 70,80 manat pul ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Məhkəmə qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəməyə təqdim olunmuş sübutlarla əsaslandırıraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, 1167,31 (min yüz altmış yeddi manat, 31 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 116,73 (yüz on altı manat,73 qəpik) manat cərimə, xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, 1058,61 (min əlli səkkiz manat, 61 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 105,86 (yüz beş manat, 86 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 911,46 (doqquz yüz on bir manat, 46 qəpik) manat ödənilməmiş hissə, 91,15 (doxsan bir manat, 15 qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 398.72 (üç yüz doxsan səkkiz manat, 72 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 39,87 (otuz doqquz manat, 87 qəpik) manat cərimə, ümumilikdə 3960,51 manat borc və 59,61 (əlli doqquz manat 61 qəpik) ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10000 manatadək olduqda 30 + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, 1167,31 (min yüz altmış yeddi manat, 31 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 116,73 (yüz on altı manat,73 qəpik) manat cərimə, xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, 1058,61 (min əlli səkkiz manat, 61 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 105,86 (yüz beş manat, 86 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 911,46 (doqquz yüz on bir manat, 46 qəpik) manat ödənilməmiş hissə, 91,15 (doxsan bir manat, 15 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 398.72 (üç yüz doxsan səkkiz manat, 72 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 39,87 (otuz doqquz manat, 87 qəpik) manat cərimə, ümumilikdə 3960,51 manat borc, 59,61 (əlli doqquz manat 61 qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar