Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-930/2024 01.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, Liplay kamera, Pedallar, Robot tozsoran Samsung üçün 2765,1 manat ödənilməmiş hissə, 699,9 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, Uşaq arabası Anex, Vanna cam Cambio üçün 2386,3 manat ödənilməmiş hissə, 561,7 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, X6 üçün 895 manat ödənilməmiş hissə, 254 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, Samsung Whatch 4 qol saatı üçün 720,96 manat ödənilməmiş hissə, 198,04 manat dəbbə; ümumilikdə 8481 manat borc və 104,81 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, Liplay kamera, Pedallar, Robot tozsoran Samsung, Uşaq arabası Anex, Vanna cam Cambio, X6, Samsung Whatch 4 qol saatı almış və nəticədə 8481 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə: xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3828,6 manat olan Liplay kamera, Pedallar, Robot tozsoran Samsung üçün ümumilikdə, 3465 manat olmaqla ondan, 2765,1 manat ödənilməmiş hissə, 699,9 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3068,1 olan Uşaq arabası Anex, Vanna cam Cambio üçün ümumilikdə, 2948 manat olmaqla ondan 2386,3 manat ödənilməmiş hissə, 561,7 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1081,44 manat olan X6 üçün ümumilikdə, 1149 manat olmaqla ondan, 895 manat ödənilməmiş hissə, 254 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1081,44 manat olan Samsung Whatch 4 qol saatı üçün ümumilikdə, 919 manat olmaqla ondan, 720,96 manat ödənilməmiş hissə, 198,04 manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 2996,78 manat təşkil edir. Cavabdehlə olan telefon danışığı, həmçinin xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdehə olan əsas borcunu etiraf etdi və qətnamənin çıxarılmasını məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı cavabdehə: xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 5455.8 manat olan Liplay kamera, Pedallar, Robot tozsoran Samsung; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3068,1 olan Uşaq arabası Anex, Vanna cam Cambio; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1081,44 manat olan X6; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1081,44 manat olan Samsung Whatch 4 qol saatı satmışdır. İş materiallarında olan maliyyə aryışına əsasən cavabdehin iddiçıya dörd müqavilə üzrə 6767,36 manat əsas, 1713,64 manat dəbbə, ümumilikdə 8481 manat borcu yaranmışdır. Borcun ödənilməsinə dair cavabdehə bildiriş göndərilmişdir. Hazırda iddiaçı 8481 manat borcun cavabdehdən tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə iddiaçıya borcu yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində tam təmin olunmalıdır. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddiaçı tərəfindən cərimənin 1713,64 manat məbləğində hesablanmasının yüksək olmasını nəzərə alaraq hesab edir ki, cavabdehlərdən iddiaçı tərəfindən hesablanmış qeyd olunan cərimə məbləğinin 10 %-i həcmində, yəni 171 manat məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə dörd müqavilə üzrə 6767,36 manat ödənilməmiş hissə, 171 manat dəbbə, cəmi 6938,36 manat borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia 6938,36 manat hissədə təmin edildiyindən, 89,38 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 15,43 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, Liplay kamera, Pedallar, Robot tozsoran Samsung üçün 2765,1 manat ödənilməmiş hissə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, Uşaq arabası Anex, Vanna sam Cambio üçün 2386,3 manat ödənilməmiş hissə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, X6 üçün 895 manat ödənilməmiş hissə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, Samsung Whatch 4 qol saatı üçün 720,96 manat ödənilməmiş hissə, cəmi 6767,36 manat ödənilməmiş hissə, 171 manat dəbbə, cəmi 6938,36 manat borc və 89,38 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 15,43 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-930/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-930/2024
01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver