Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-970/2025 04.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi, Cavabdeh nümayəndəsi Şirəliyev Həsən Süleyman oğlunun iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı "Neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı "Neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Sabunçu- Böyükşor Dş 200 mm-lik yerüstü neft kəmərinin 0.6 ci km-də, 39 T 0409606; ******* nömrəli koordinat üzrə, kəmərə paralel, 2-ci sırada, kəmərdən təqribən 20 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında Sabunçu rayon, Sabunçu qəsəbəsi, şəhər şosesi ünvanında Cavabdeh məxsus olan və müxtəlif təyinatlar üzrə istifadə edilən qeyri-yaşayış obyektlərinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************,KOD: 200071, M/H: AZ37NABZ**********0000001944, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixinə saat 17:10-a təyin olunmuş məhkəmə baxış iclasını iştirakları olmadan keçirilməsini və iş üzrə təqdim olunmuş çıxarışın İnzibati Məhkəmədə mübahisələndirildiyini nəzərə alaraq mülki işin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X1 mülki işin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı mülki işin baxılmamış saxlanılaraq iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən məhkəmə hesab edir ki, mülki iş üzrə iddia baxılmamış saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı "Neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu büdcədən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçınə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-970/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-970/2025
04.09.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver