Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1001/2022 26.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı çəkilmiş xərclərinin miras əmlakdan cavabdehin payından tutulması və miras paylarının çəkilmiş xərcləri nəzərə alınmaqla yenidən müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.000 manat tutulub ona ödənilməsi, tutmanı Cavabdeh ünvan 1 yerləşən 39 saylı mənzilə yönəldilməsi və həmin mənzilin ümumi dəyəri münasibətdə 20 000 manat məbləğini nəzərə almaqla miras payların yenidən müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 yerləşən 39 saylı mənzili mülkiyyət hüququ ilə cavabdehlə anaları X3 məxsus olmuşdur. X6 30 mart 2019-cu il tarixdə xroniki böyrək xəstəliyindən vəfat etmiş və bu barədə Səbail rayon Qeydiyyat şöbəsinin müvafiq akt qeydləri kitabına 04 mart 2019-cu il tarixdə 52 nömrəli qeydlər aparılmışdır. Fatma Süleymanovanın sağlığında onun bütün müalicə xərcləri onun tərəfindən çəkilmiş və bütün zəruri qulluğunu o göstərmişdir. Eyni zamanda Fatma Süleymanovanın dəfn xərcləri də onun tərəfindən təkbaşına çəkilmişdir. Mübahisəli miras əmlaka dair 28 saylı notariat kontorunun notariusu tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 05 oktyabr 2019-cu il tarixli şəhadətnaməsinə əsasən, X1 miras əmlaka onunla cavabdeh arasında bərabər pay hüquqları tanınmışdır. Halbuki həmin mənzildə daimi olaraq o, ailəsi ilə birlikdə yaşayır, mənzilin bütün zəruri təmir-abadlaşdırma işləri onun tərəfindən aparılır. Həmin mənzili təkcə qanun üzrə yox, eyni zamanda faktiki əsaslarla da qəbul etmişdir. Cavabdehin həmin mənzilə olan pasport qeydiyyatı isə formal xarakter daşıyır. Fatma Süleymanovanın müalicəsi ilə bağlı 10.000 manat, daha sonra dəfni ilə bağlı da 10.000 manat məbləğində təkbaşına xərclər çəkmişdir. Cavabdeh isə bu halları nəzərə almır. Ona görə də, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, mirasqoyan X2 müalicəsi və dəfni ilə bağlı cəmi 20.000 manat məbləğində çəkilmiş xərclərin əvəzi Cavabdeh tutulub ona ödənilməli və tutma miras əmlakının cavabdehin payına yönəldilməli, bununla bağlı mübahisəli miras əmlaka dair aralarında yeni paylar müəyyən olunmalıdır. 22 aprel 2022-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, ünvan 1 yerləşən 39 saylı mənzilə dair cavabdeh Tatarayev Məhəm məd Telman oğluna məxsus miras payından ona borclu olduğu 20.000 manat məbləğində ekvivalent (əbrabər) hissəsini alınıb ona verilməsi, ünvan 1 yerləşən 39 saylı mənzilin ümumi dəyəri münasibətdə 20.000 manat məbləği nəzərə alınmaqla həmin mənzilə dair ona Cavabdeh məxsus miras payların həcminin yenidən müəyyən edilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndə və vəkilini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il tarixli, ********* saylı çıxarışdan görünür ki, ünvan 1 yerləşən 39 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə X2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan İV-JQ 275422 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki,İddiaçı xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, atası X4, anası X5r. İş materiallarında olan AZ-İ 962321 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 30 mart 2019-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt şeydləri kitabına 2019-cu ili naprel ayının 04 günündə 52 № ilə qeyd edilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il tarixli, ********* saylı çıxarışa əsasən ünvan 1 yerləşən 39 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə X2 adına qeydiyyata alınmışdır. Hazırkı iddia tələbində İddiaçı miras payların yenidən müəyyən edilməsini mübahisələndirsə də, iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki sübutetmə yükü baxımından iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur. Məhkəmə hazırkı mübahisəyə də məhz sübutetmə aspektindən yanaşaraq qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. "Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq affmnanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qanunun yuxarıda qeyd olunan tələblərinə zidd olaraq iddiaçı iddia tələbini təsdiq edən sübutları təqdim etmədi. Onun dəlilləri əsassızdır, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən isə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsassızdır və ona görə də, təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında (prosesində) tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı çəkilmiş xərclərinin miras əmlakdan cavabdehin payından tutulması və miras paylarının çəkilmiş xərcləri nəzərə alınmaqla yenidən müəyyən olunması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-1001/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1001/2022
26.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver