Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1011/2025 13.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 və Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi» barədə iddiası üzrə mülki işə 13 iyun 2025-ci il tarixdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən xx.xx.2022-ci il tarixdə aldıqları çəkisi 2.53 karat olan brilyant qaşlı 750 əyarlı 1 ədəd qızıl üzüyün və çəkisi 0.90 karat olan brilyant qaşlı 750 əyarlı 1 ədəd qızıl sepin dəyəri olan 39 100 manat, xx.xx.2023-cü il tarixdə götürülmüş 750 əyarlı 1 ədəd qızıl qolbağın dəyəri olan 2550 manat, cəmi 41 650 manat məbləğində pul vəsaitinin; 2) 39 100 manat məbləğində vəsaitin ödənişinin gecikdirildiyinə görə AR Mərkəzi Bankının 2023-cü il üzrə 8 faizlik bank uçot dərəcəsi əsasında hesablanmaqla 3128 manat (12 aylıq dövr üzrə hesablanmaqla), 2024 və 2025-ci il üzrə 7.25 faizlik bank uçot dərəcəsi əsasında hesablanmaqla 3543 manat (15 aylıq dövr üzrə), 2550 manat məbləğində vəsaitin ödənişinin gecikdirildiyinə görə Mərkəzi Bankın 2023-cü il üzrə 8 faizlik bank uçot dərəcəsi əsasında hesablanmaqla 102 manat, 2024 və 2025-ci illər üzrə 7.25 faizlik bank uçot dərəcəsi əsasında hesablanmaqla 231 manat, cəmi 7004 manat məbləğində faizlərin, həmçinin vəkil üçün ödənilmiş 2000 manat məbləğində xidmət haqqı və iddianın qaldırlması üçün tərəfimdən ödənilmiş 242 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdehlər xx.xx.2022-ci il tarixdə dəyəri 33 150 manat (19 500 ABŞ dolları), çəkisi 2.53 karat olan brilyant qaşlı 750 əyarlı 1 ədəd qızıl üzüyü, dəyəri 5950 manat (3500 ABŞ dolları), çəkisi 0.90 karat olan brilyant qaşlı 750 əyarlı 1 ədəd qızıl sepi, xx.xx.2023-cü il tarixdə isə dəyəri 2550 manat (1500 ABŞ dolları) olan 750 əyarlı 1 ədəd qızıl qolbağı Mərkəzi Univermaqda yerləşən zərgərlik mağazamdan nisyə alqı-satqı müqaviləsi əsasında almışdır. Cavabdehlər qızıl – zinət əşyasının dəyərinin bir ay ərzində ödəniləcəyinə dair öhdəlik götürsələr də həmin tarixdən xeyli müddət ötməsinə baxmayaraq, mağazadan nisyə aldıqları qızıl-zinət əşyalarının dəyərinin ödənilməsini təmin etməmişdirlər. Bununla bağlı dəfələrlə mobil telefon vasitəsi ilə əlaqə saxlamağıma, ödənişi təmin etmələrini xahiş etməyimə baxmayaraq, borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə hər iki cavabdehə rəsmi qaydada xəbərdarlıq göndərməklə, alqı-satqı üzrə borcun dəyərinin ödənilməsini tələb etmişəm. Bildirmək istəyirəm ki, qızıl-zinət əşyaları alınarkən hər iki cavabdeh qanuni nikah münasibətində olmuş, onlar birgə qaydada mağazaya gələrək alqı-satqı əməliyyatı aparmışdırlar. Bu səbəbdən də həmin əşyaların əldə edilməsi və eləcə də əşyaların dəyərinin ödənilməsi öhdəliyi onların birgə nikahları dövründə yarandıqları üçün kreditor kimi mənim qarşımda hər iki cavabdeh məsuliyyət daşıyır. Cavabdehlərin mağazadan aldıqları qızıl-zinət əşyalarının dəyəri 41 650 manat təşkil edir. Bununla yanaşı bildirmək istəyirəm ki, borcun ödənilməməsi mənim sahibkarlıq fəaliyyətimə, satış dövriyəmə mənfi təsir etməklə, gəlirlərimi azaltmışdr. Bunun nəticəsində mən xeyli məbləğdə qazanc əldə etməkdən məhrum olmuşam. Odur ki, hesab edirəm əsas məbləğin ödənilməsi ilə yanaşı, eyni zamanda qızıl əşyaların dəyərini ödəmədiyi və gecikdirdiyi üçün onun bank uçot dərəcəsi ilə faizini də ödəməlidir. Mərkəzi Bankın saytına nəzər yetirdikdə 2023-cü il üzrə minimum uçot dərəcəsihttps://www.cbar.az/infoblocks/corridor_percent? year=2023 ) illik 8 faiz, 2024-cü il üzrə minimum uçot dərəcəsi ( https://www.cbar.az/infoblocks/corridor_percent?year=2024 ) illik 7.25 faiz, 2025-ci il üzrə minimum uçot dərəcəsi müəyyən olunmadığı üçün ( https://www.cbar.az/infoblocks/corridor_percent?year=2025 ), həmin dövr üzrə uçot dərəcəsi 2024-cü il üzrə müəyyən olunmuş uçot dərəcəsi əsas götürülməklə hesablanır. Məhkəmənin diqqətinə çatdırıram ki, xx.xx.2022-ci il tarixdə aldıqları çəkisi 2.53 karat olan brilyant qaşlı 750 əyarlı 1 ədəd qızıl üzüyün və çəkisi 0.90 karat olan brilyant qaşlı 750 əyarlı 1 ədəd qızıl sepin dəyəri olan 39 100 manat pul vəsaitinin gecikdirilməsinə görə Mərkəzi Bankın 2023-cü il üzrə 8 faizlik bank uçot dərəcəsi əsasında hesablanmaqla 3128 manat (12 aylıq dövr üzrə), 2024 və 2025-ci il üzrə 7.25 faizlik bank uçot dərəcəsi əsasında hesablanmaqla 3543 manat (15 aylıq dövr üzrə), xx.xx.2023-cü il tarixdə aldıqları 750 əyarlı 1 ədəd qızıl qolbağın dəyəri olan 2550 manatpul vəsaitinin gecikdirilməsinə görə Mərkəzi Bankın 2023-cü il üzrə 8 faizlik bank uçot dərəcəsi əsasında hesablanmaqla 102 manat (6 aylıq dövr üzrə), 2024 və 2025-ci illər üzrə 7.25 faizlik bank uçot dərəcəsi əsasında hesablanmaqla 231 manat (15 aylıq dövr üzrə) məbləğində faizlər də cavabdehlərin məsuliyyət dairəsinə aiddir. Beləliklə hesab edirəm ki, iddia tələbim əsaslıdır və buna görə də cavabdehlərin birgə nikahları dövründə aldıqları qızıl əşyalarının ümumi dəyəri olaraq 41 650 manat, bank uçot dərəcəsinə uyğun olaraq hesablanmaqla cəmi 7004 manat məbləğində faizlər, həmçinin vəkil üçün tərəfimdən ödənilmiş 2000 manat məbləğində xidmət haqqı və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu da cavabdehlərdən tutularaq mənə ödənilməlidir. İddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçının qızılların alış-satışı ilə məşğul olduğu mağazanın sahibkarı Nazilə xanımdır və bununla bağlı iddiaçının VÖEN-i məhkəməyə təqdim edilmişdir. Cavabdeh1 nümayəndəsi-vəkili iddia tələbini cavabdehə münasibətdə qəbul etməyərək bildirmişdir ki, sözügedən qızıl-zinət əşyalarını Azər Esmiraya hədiyyə kimi almışdır. Bu səbəbdən əşyaların pulu Azərdən tutulmalıdır. Eyni zamanda qızıl satılan məkanın əsl sahibi Şahin adında şəxsdir və bu səbəbdən iddiaçının subyektiv hüququ da yoxlanılmalıdır. Cavabdeh2 nümayəndəsi-vəkili iddia tələbini cavabdehə münasibətdə qəbul etməyərək bildirmişdir ki, Azəri Nazilə ilə Esmira tanış etmişdir. Sözügedən qızıl-znət əşyaları isə Azərin razılığı olmadan Esmira tərəfindən alınmışdır. Həmin qızıl əşyaları qadın istifadəsi üçün nəzərdə tutulmuş qızıl əşyalarıdır və Esmira xanımın sahibliyində olmuşdur. Bu səbəbdən əşyaların pulu Esmiradan tutulmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər ilə iddiaçı uzun müddətdir bir-birilərini tanıyırlar. xx.xx.2022-ci il tarixdə cavabdehlərin hər ikisi iddiaçının mağazasına gedərək dəyəri 33,150 manat olan qızıl üzüyü və dəyəri 5950 manat olan qızıl sepi almışdırlar. Cavabdeh sonradan xx.xx.2023-cü il tarixdə rəfiqəsi ilə yenidən hamın mağazaya gedərək, dəyəri 2550 manat olan qızıl qolbağı almışdır. Sözügedən əqdin mahiyyəti və onun əsasında cavabdehlərin daşımalı olduğu məsuliyyətin həcmi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 02 iyun 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə verən X1 bildirmişdir ki, tərəfləri tanıyır. İddiaçının işlədiyi mağaza faktiki onun olsa da, rəsmiyyətdə VÖEN Nazilə xanımın adınadır. Azər və Esmira ilə onun ailəvi münasibəti olduğundan aralarında etibar vardı. Bu səbəbdən o, qızıl əşyalarının cavabdehlərə nisyə satılmasına etiraz etməmiş və bundan sonra Nazilə xanım həmin qızılları cavabdehlərə satmışdır. Sözügedən qızıl üzüyü Azər və Esmira bir yerdə bəyənib almışdırlar. Azər nisyə almağa ilk öncə razı olmasa da, sonradan razılıq vermişdir. Məhkəmə cavabdehlərin iddia tələbini ayrı-ayrılıqda özlərinə münasibətdə qəbul etməməklərinə münasibətdə qeyd edir ki, hər nə qədər Cavabdeh2 qızıl əşyalarını onun razılığı olmadan Cavabdeh1 şəxsi vəsaiti hesabına ödəyəcəyi vədi ilə aldığını, digər Cavabdeh1 isə qızıl əşyalarını Cavabdeh2 ona hədiyyə olaraq aldığını bildirmələrinə baxmayaraq, cavabdehlərin bu etirazları məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Həm iddiaçının, həmçinin də şahidin bildirdiklərindən məlum olur ki, cavabdehlər iddiaçıdan artıq 8-9 ildən artıq müddətdir ki, qızıl əşya alırlar və hər zaman alınan əşyaların dəyəri birgə ailə büdcəsindən ödənir. Hazırda mübahisələndirilən qızıl əşyalar da tərəflərin birgə nikahı vaxtı və bir yerdə yaşadıqları dövrdə alınmışdır. Belə ki, cavabdehlər iddiaçıdan nisyə alqı-satqı müqaviləsi üzrə aldığı əşyaların dəyərini hissəhissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdehlər müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdirlər. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, qızıl-zinət əşyalarının dəyəri kimi ümumilikdə 41,650 manat pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “əldən çıxmış faydanın tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə qismən əsaslıdır. Belə ki, tərəflər arasında xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərdə olmaqla, 2 alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdehlər 1 ay ərzində borcu ödəyəcəkləri ilə bağlı öhdəlik götürmüşdürlər. Lakin borc ödənilməmişdir. Bu səbəbdən məhkəmə hazırki tarixə kimi xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş 39,100 manat məbləğində pulun 2025-ci ilin aprel ayına kimi illik 5 % qismində 4398,79 manat məbləğində, xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş 2550 manat məbləğində pulun 2025-ci ilin aprel ayına kimi 223,50 manat əldən çıxmış fayda cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Məcəllənin: 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında deyilir ki, “...kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına əsasən, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddiaçının iddiaya dair subyektiv hüququ ilə bağlı qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının qızıl alış-verişi üzrə fəaliyyət göstərdiyi məkan rəsmi olaraq ona məxsusdur və bununla bağlı onun № ********** fiziki şəxsin vergi uçotu haqqında şəhadətnaməsi də vardır. Buradan da görünür ki, iddiaçı sahibkar kimi fəaliyyət göstərdiyi məkanda cavabdehlərə zinət əşyaları satmış və hazırda da haqlı olaraq həmin əşyaların ödənilməyən dəyərinin cavabdehlərdən tutulmasını xahiş edir. Məhkəmə 2000 manat hüquqi yardıma görə ödənilən pulun cavabdehlərdən tutulmasına münasibətdə qeyd edir ki, iddiaçı bu faktı təsdiqləyən hər hansı bir sübutu (qəbz, hüquqi yardım haqqında müqavilə) məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən tələb bu hissədə əsassızdır. Məhkəmə qeyd edir ki, MPM-nın 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia qismən təmin olunduğu halda, məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun 130 manat məbləğində hissəsi cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 46,272.29 manat məbləğində pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 130 manat məbləğində hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-1011/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1011/2025
13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver