Məhkəmə qərarları › İş №e-2(009)-1019/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1019/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1019/2025 19.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı MMC-nin - Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC-nin - Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 üçün 554 (beş yüz əlli dörd) manat ödənilməmiş hissə, 55.40 (əlli beş manat qırx qəpik) manat cərimə, ümumilikdə, 609,40 (altı yüz doqquz manat qırx qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq «ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: cavabdeh ilə «ABC TELECOM” MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 almış və nəticədə 609.40 (altı yüz doqquz manat qırx qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1553.94 (bir min beş yüz əlli üç manat doxsan dörd qəpik) manat (yəni 18 ay x 86.33 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATİON 5 üçün ümumilikdə 609.40 (altı yüz doqquz manat qırx qəpik) manat olmaqla ondan, 554 (beş yüz əlli dörd) manat ödənilməmiş hissə, güzəşt olunaraq 55.40 (əlli beş manat qırx qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 999.94 manat təşkil edir.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması üçün üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-1019/2025 saylı qərardadı ilə İddiaçı MMC-nin - Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı MMC-nin Problemli Kreditlər Departamentinin Rəhbəri Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiyini, eləcə də işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 almışdır. İşdə olan İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 554 (beş yüz əlli dörd) manat ödənilməmiş hissə, 55.40 (əlli beş manat qırx qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə, 609,40 (altı yüz doqquz manat qırx qəpik) manat borcu vardır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, cavabdeh iddiaçıya olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. Əsaslandırıcı hissə: Müəyyən edilmişdir ki, cavabdehlə «ABC TELECOM” MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1553.94 (bir min beş yüz əlli üç manat doxsan dörd qəpik) manat (yəni 18 ay x 86.33 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATİON 5 üçün ümumilikdə 609.40 (altı yüz doqquz manat qırx qəpik) manat olmaqla ondan, 554 (beş yüz əlli dörd) manat ödənilməmiş hissə, güzəşt olunaraq 55.40 (əlli beş manat qırx qəpik) manat cərimə pulu borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-dən alqı-satqı müqaviləsi üzrə aldığı əşyaların dəyərini hissəhissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC-nin cavabdehdən həmin müqavilə üzrə 554 (beş yüz əlli dörd) manat ödənilməmiş hissə, 55.40 (əlli beş manat qırx qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə, 609,40 (altı yüz doqquz manat qırx qəpik) manat yaranmış borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün 30 manat ödənilmiş dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli,xx.xx.2023-cü il tarixli müqavilə üzrə 554 (beş yüz əlli dörd) manat ödənilməmiş hissə, 55.40 (əlli beş manat qırx qəpik) manat cərimə olmaqla, ümumilikdə 609,40 (altı yüz doqquz manat qırx qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli müqavilə üzrə 554 (beş yüz əlli dörd) manat ödənilməmiş hissə, 55.40 (əlli beş manat qırx qəpik) manat cərimə olmaqla, ümumilikdə 609,40 (altı yüz doqquz manat qırx qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar