Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1077/2022 11.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə 19.08.2019-cu il tarixli, 06.11.2019-cu il tarixli və 14.01.2020-ci il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********36517 X2 7 markalı telefon, «Acer» markalı kompüter, «Microsoft Windows 10» Pro disk və İMEİ kodu **********94535 X2 8 markalı telefon almış və nəticədə 1732 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 19.08.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 245,5 manat (9 ay x 24,55 manat + 24,55 manat ilkin ödəniş) olan İMEİ kodu **********36517 X2 7 markalı telefon üçün ümumilikdə 243 manat olmaqla, ondan 220,95 ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22,05 manat cərimə; - 06.11.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1378,32 manat (23 ay x 57,43 manat + 57,43 manat ilkin ödəniş) olan «Acer» markalı kompüter, «Microsoft Windows 10» Pro disk üçün ümumilikdə 1344 manat olmaqla, ondan 1221,02 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 122,98 manat cərimə; - 14.01.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 149,84 manat (7 ay x 18,73 manat + 18,73 manat ilkin ödəniş) olan İMEİ kodu **********94535 X2 8 markalı telefon üçün ümumilikdə 145 manat olmaqla, ondan 131,11 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 13,89 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2347 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı İMEİ kodu **********36517 X2 7 markalı telefon üçün 220,95 əsas borc, 22,05 manat cərimə, «Acer» markalı kompüter, «Microsoft Windows 10» Pro disk üçün 1221,02 manat əsas borc, 122,98 manat cərimə, İMEİ kodu **********94535 X2 8 markalı telefon üçün 131,11 manat əsas borc, 13,89 manat cərimə, ümumilikdə 1732 manat borc, 37,32 manat dövlət rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 19 avqust 2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC Ə.X1 Note 7 markalı telefon 9 ay müddətinə ödənilmək şərti ilə (ayda 24,55 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 245,5 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 06 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh «Acer» markalı kompüter, «Microsoft Windows 10» Pro disk 23 ay müddətinə ödənilmək şərti ilə (ayda 57,43 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 1378,32 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 14 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Ə.X1 Note 8 markalı telefon 7 ay müddətinə ödənilmək şərti ilə (ayda 18,73 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 149,84 manat təşkil edir. İş üzrə "xxxx" tərəfindən verilmiş 16.04.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 19.08.2019-cu il tarixli müqavilə üzrə 220,95 əsas, 22,05 manat cərimə, 06.11.2019-cu il tarixli müqavilə üzrə 1221,02 manat əsas, 122,98 manat cərimə, 14.01.2020-ci il tarixli müqavilə üzrə 131,11 manat əsas, 13,89 manat cərimə, cəmi 1732 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında 19.08.2019-cu il tarixdə, 06.11.2019-cu il tarixdə və 14.01.2020-ci il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 245,5 manat olan X2 7 markalı telefon, alqı-satqı qiyməti 1378,32 manat olan «Acer» markalı kompüter, «Microsoft Windows 10» Pro disk və alqı-satqı qiyməti 149,84 manat olan X2 8 markalı telefon pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni alınmış mobil telefonlar, kompüter və Pro disk Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən 19.08.2019cu il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 220,95 əsas borc, 22,05 manat cərimə, 06.11.2019cu il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 1221,02 manat əsas borc, 122,98 manat cərimə, 14.01.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 131,11 manat əsas borc, 13,89 manat cərimə, cəmi 1732 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 19.08.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 16.04.2022-ci il tarixə yaranmış 220,95 borc, 22,05 manat cərimə, 06.11.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 16.04.2022-ci il tarixə yaranmış 1221,02 manat borc, 122,98 manat cərimə, 14.01.2020-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 16.04.2022-ci il tarixə yaranmış 131,11 manat borc, 13,89 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 37,32 manat, cəmi 1769,32 (bir min yeddi yüz altmış doqquz manat, otuz iki qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1077/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1077/2022
11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver