Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1091/2022 16.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC 03.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 01 saylı əlavə 12.04.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********73272 Nokia 3310 markalı telefon üçün 67.43 manat ödənilməmiş hissə, 6.57 manat cərimə; 28.01.2020-ci il tarixli müqaviləyə əsasən 01 saylı əlavə olan 12.04.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********87046 Samsung Galaxy A51 markalı telefon üçün 494 manat ödənilməmiş hissə, 49 manat cərimə borcu, ümumilikdə 617 manat borcun və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq «ABC Telekom» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin iki min manatdan az olduğu üçün hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin maddənin tələblərinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən qeyd olunan mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh Azərpoçt vasitəsi ilə məktub göndərilmiş, cavabdeh həmin məktubu 29.04.2022-ci il tarixdə xəbərnaməyə imza etməklə qəbul etmiş və iddiaya qarşı etirazını məhkəməyə göndərməmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 03.11.2019-cu il və 28.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********73272 Nokia 3310 markalı telefon, İmei Kodu **********87046 Samsung Galaxy A51 markalı telefon almışdır. Cavabdehin 28.01.2020-ci il, 03.11.2019-cu il tarixli müqaviləsinə 12.04.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, restrukturizasiya edilmişdir. Cavabdeh "xxxx" MMC 03.11.2019cu il, 28.01.2020-ci il tarixli müqaviləsinə 01 saylı əlavə olan 12.04.2021-ci il tarixli müqaviləsinə əsasən 617 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 03.11.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə 12.04.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 79.32 manat ( 11 ay x 6.61 manat +6.61 manat ilkin ödəniş), İmei Kodu **********73272 Nokia 3310 markalı telefon üçün ümumilikdə, 74 manat olmaqla ondan 67.43 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6.57 manat cərimə: 28.01.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 12.04.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 659.4 manat (19 ay x 32.97 manat ilkin ödəniş) İmei Kodu **********87046 Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə 543 manat olmaqla ondan 494 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 49 manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 177.29 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış 03.11.2019-cu il və 28.01.2020-ci il tarixli müqavilələrinin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 02.02.2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndi ödənişlərdə kecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan cavabdeh, "xxxx" MMC ilə 03.11.2019-cu il və 28.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********73272 Nokia 3310 markalı telefon, İmei Kodu **********87046 Samsung Galaxy A51 markalı telefon almışdır. Cavabdehin 28.01.2020-ci il, 03.11.2019-cu il tarixli müqaviləsinə 12.04.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, restrukturizasiya edilmişdir. Cavabdeh "xxxx" MMC 03.11.2019-cu il, 28.01.2020-ci il tarixli müqaviləsinə 01 saylı əlavə olan 12.04.2021-ci il tarixli müqaviləsinə əsasən 617 manat borc yaranmışdır. İş materiallarından görünür ki, cavabdehə borcunun ödənilməsi, əks halda həmin borcun məcburi qaydada ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq göndərilmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, 03.11.2019-cu il və 28.01.2020-ci il tarixli müqavilələrinə əsasən Cavabdeh cəmi 617 manat məbləğində borc təşkil edir. Məhkəmə hesab edir ki, tərəflər arasında Kredit Müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada Kredit Müqaviləsi bağlanılmış, həmin Müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xeyrinə 03.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 01 saylı əlavə 12.04.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********73272 Nokia 3310 markalı telefon üçün 67.43 manat ödənilməmiş hissə, 6.57 manat cərimə; 28.01.2020-ci il tarixli müqaviləyə əsasən 01 saylı əlavə olan 12.04.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********87046 Samsung Galaxy A51 markalı telefon üçün 494 manat ödənilməmiş hissə, 49 manat cərimə borcu, ümumilikdə 617 manat borcu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 03.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 01 saylı əlavə 12.04.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********73272 Nokia 3310 markalı telefon üçün 67.43 (altmış yeddi manat qırx üç qəpik) manat ödənilməmiş hissə, 6.57 (altı manat əlli yeddi qəpik) manat cərimə; 28.01.2020-ci il tarixli müqaviləyə əsasən 01 saylı əlavə olan 12.04.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********87046 Samsung Galaxy A51 markalı telefon üçün 494 (dörd yüz doxsan dörd) manat ödənilməmiş hissə, 49 (qırx doqquz) manat cərimə borcu, ümumilikdə 617 (altı yüz on yeddi) manat borcun və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz ) manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-1091/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1091/2022
16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver