Məhkəmə qərarları › İş №e-2(009)-1093/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1093/2024

21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1093/2024 21.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının etibarnamə əsasında nümayəndəsi Bayramov X1 Məhkəmə sistemi vasitəsilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh müqavilə üzrə yaranmış borcunu ödəmək niyyətində olduğunu və tərəflər məsələnin məhkəmədən kənar həll edilməsi üzrə müəyyən razılığa gəldiyini bildirmişdir. Bu səbəbdən AR MPM-nin 259.0.11ci maddəsinə əsasən iddia ərizəsinin və ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə mübahisə ilə əlaqədar tərəflər arasında razılıq əldə olunmasını və iddiaçının bununla bağlı qeyd olunan ərizəsini nəzərə alaraq hesab edir ki, sənədlər iddiaçıya geri qaytarmalı və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, AR MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizələri baxılmamış saxlanıldığından, ödənilmiş dövlət rüsumları da geri qaytarılmalıdır. AR MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 259.0.11, 260.1, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə Bakı şəhər Səbail rayon Məhkəməsinə verilmiş iddia ərizəsinə görə xx.xx.2024-cü il tarixdə ödənilmiş dövlət rüsumu – 153,13 (bir yüz əlli üç manat on üç qəpik) manat (mədaxil qəbzi **********) geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar