Məhkəmə qərarları › İş №e-2(009)-1110/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1110/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1110/2022 11.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə 25.03.2021-ci il tarixli, 26.08.2020-ci il tarixli, 03.08.2020-ci il tarixli, 29.03.2021-ci il tarixli 30.10.2020-ci il tarixli 26.01.2021-ci il tarixli və 25.12.2020-ci il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********34325 olan “BQ-2430” markalı telefon, İMEİ kodu **********30389 “Blackview” A55 markalı telefon, “Janome” tikiş maşını , İMEİ kodu **********5816 “X1 8 Pro” markalı telefon, İMEİ kodu **********65318 “Samsung galaxy A02” markalı telefon, İMEİ kodu **********35863 “BQ-1045G” markalı telefon, İMEİ kodu **********76647 “Samsung galaxy A02” markalı telefon, İMEİ kodu **********46101 “Samsung galaxy A01” markalı telefon, İMEİ kodu **********46101 “Samsung galaxy A01 Core” markalı telefon almış və nəticədə 1165 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 25.03.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 252 manat (12 ay x 21 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********34325 olan “BQ-2430”, İMEİ kodu **********05389 BQ-4030 markalı telefon üçün ümumilikdə 103 manat olmaqla, ondan 93,6 manat ödənilməmiş məbləğ, 9,4 manat cərimə; 26.08.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 563,4 manat (18 ay x 33,1 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********30389 “Blackview” A55 markalı telefon və “Janome” tikiş maşını üçün ümumilikdə 40 manat olmaqla, ondan 37 manat ödənilməmiş məbləğ, 3 manat cərimə; 03.08.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 802,8 manat (18 ay x 44,6 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********5816 “X1 8 Pro” markalı telefon üçün ümumilikdə 47 manat olmaqla, ondan 43 manat ödənilməmiş məbləğ, 4 manat cərimə; 29.03.2021ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 322,2 manat (18 ay x 17,9 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********65318 “Samsung galaxy A02” markalı telefon üçün ümumilikdə 306 manat olmaqla, ondan 279 manat ödənilməmiş məbləğ, 27 manat cərimə; 30.10.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 280,8 manat (12 ay x 23,4 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********35863 “BQ-1045G” markalı telefon üçün ümumilikdə 135 manat olmaqla, ondan 123 manat ödənilməmiş məbləğ, 12 manat cərimə; 26.01.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 333 manat (18 ay x 18,5 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********46101 “Samsung galaxy A01” markalı telefon üçün ümumilikdə 324 manat olmaqla, ondan 295 manat ödənilməmiş məbləğ, 29 manat cərimə; 25.12.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 240 manat (12 ay x 16 manat + 0 manat ilkin ödəniş) olan **********46101 “Samsung galaxy A01 Core” markalı telefon üçün ümumilikdə 210 manat olmaqla, ondan 191 manat ödənilməmiş məbləğ, 19 manat cərimə miqdarında borcu yaranmışdır. Göstərilənlərə əsasən iddiaçı 25.03.2021-ci il tarixli müqaviləsinə əsasən “BQ-2430” markalı telefon üçün 93,6 manat əsas borc, 9,4 manat cərimə, 26.08.2020-ci il tarixli müqaviləsinə əsasən “Blackview” A55 markalı telefon və “Janome” tikiş maşını üçün 37 manat əsas borc, 3 manat cərimə, 03.08.2020-ci il tarixli müqaviləsinə əsasən “X1 8 Pro” markalı telefon üçün 43 manat əsas borc, 4 manat cərimə, 29.03.2021-ci il tarixli müqaviləsinə əsasən “Samsung galaxy A02” markalı telefon üçün 279 manat əsas borc, 27 manat cərimə, 30.10.2020-ci il tarixli müqaviləsinə əsasən “BQ-1045G” markalı telefon üçün 123 manat əsas borc, 12 manat cərimə, 26.01.2021-ci il tarixli müqaviləsinə əsasən “Samsung galaxy A01” markalı telefon üçün 295 manat əsas borc, 29 manat cərimə, 25.12.2020-ci il tarixli müqaviləsinə əsasən “Samsung galaxy A01 Core” markalı telefon üçün 191 manat əsas borc, 19 manat cərimə ümumilikdə 1165 manat borc, 31.65 manat dövlət rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 25 mart 2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “BQ-2430” və “BQ-4030G” markalı telefonları 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 21 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyaların alqı-satqı qiymətləri 252 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 26 avqust 2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Blackview A55” markalı telefon və “Janome tikiş maşını» üçün 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 31.3 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqısatqı qiyməti 563,4 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 03 avqust 2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “X1 8 Pro” markalı telefon 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 44,6 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 802,8 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 29 mart 2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Samsung galaxy A02” markalı telefon 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 17,9 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 322,2 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 30 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “BQ-1045G” markalı telefon 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 23.4 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 280,8 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 26 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Samsung galaxy A01” markalı telefon 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 18,5 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 333 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 25 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Samsung galaxy A01 Core” markalı telefon 15 ay müddətinə ödənilmək şərti ilə (ayda 16 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 240 manat təşkil edir. İş üzrə "xxxx" tərəfindən verilmiş 20.04.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdehnun 25.03.2021-ci -ci il tarixli müqavilə üzrə 93,6 manat əsas borc, 9,4 manat cərimə, 26.08.2020-ci il tarixli müqavilə üzrə 37 manat əsas borc, 3 manat cərimə, 03.08.2020-ci il tarixli müqavilə üzrə 43 manat əsas borc, 4 manat cərimə, 29.03.2021-ci il tarixli müqavilə üzrə 279 manat əsas borc, 27 manat cərimə və 30.10.2020-ci il tarixli müqavilə üzrə 123 manat əsas borc, 12 manat cərimə, 26.01.2021-ci il tarixli müqavilə üzrə 295 manat əsas borc, 29 manat cərimə, 25.12.2020-ci il tarixli müqavilə üzrə 191 manat əsas borc, 19 manat cərimə cəmi 1165 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında 25.03.2021-ci il tarixli, 26.08.2020-ci il tarixli, 03.08.2020-ci il tarixli, 29.03.2021-ci il tarixli 30.10.2020-ci il tarixli 26.01.2021-ci il tarixli və 25.12.2020-ci il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 252 manat “BQ-2430” və “BQ-4030” markalı telefonlar, alqı-satqı qiyməti 563,4 manat “Blackview” A55 markalı telefon və “Janome” tikiş maşını, alqı-satqı qiyməti 802,8 manat “X1 8 Pro” markalı telefon, alqı-satqı qiyməti 322,2 manat “Samsung galaxy A02” markalı telefon, alqı-satqı qiyməti alqı-satqı qiyməti 280,8 manat “BQ-1045G” markalı telefon, alqı-satqı qiyməti 333 manat “Samsung galaxy A01” markalı telefon, alqı-satqı qiyməti 240 manat “Samsung galaxy A01 Core” markalı telefon pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni alınmış mobil telefonlar, kompüter və hard disk, tikiş maşını Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən 25.03.2021ci -ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 93,6 manat əsas borc, 9,4 manat cərimə, 26.08.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 37 manat əsas borc, 3 manat cərimə, 03.08.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 43 manat əsas borc, 4 manat cərimə, 29.03.2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 279 manat əsas borc, 27 manat cərimə və 30.10.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 123 manat əsas borc, 12 manat cərimə, 26.01.2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 295 manat əsas borc, 29 manat cərimə, 25.12.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 191 manat əsas borc, 19 manat cərimə cəmi 1165 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 25.03.2021-ci il tarixli, 22415202 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 20.04.2022-ci il tarixə yaranmış 93,6 manat əsas borc, 9,4 manat cərimə, 26.08.2020-ci il tarixli, 21112462 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 20.04.2022-ci il tarixə yaranmış 37 manat əsas borc, 3 manat cərimə, 03.08.2020-ci il tarixli, 21053066 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 20.04.2022-ci il tarixə yaranmış 43 manat əsas borc, 4 manat cərimə, 29.03.2021-ci il tarixli, 22429835 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 20.04.2022-ci il tarixə yaranmış 279 manat əsas borc, 27 manat cərimə və 30.10.2020-ci il tarixli, 22002664 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 20.04.2022-ci il tarixə yaranmış 123 manat əsas borc, 12 manat cərimə, 26.01.2021-ci il tarixli, 22234113 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 20.04.2022-ci il tarixə yaranmış 295 manat əsas borc, 29 manat cərimə, 25.12.2020-ci il tarixli, 22158992 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 20.04.2022-ci il tarixə yaranmış 191 manat əsas borc, 19 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31.65 manat, cəmi 1196,65 (bir min yüz doxsan altı manat, altmış beş qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar