Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1120/2025 05.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" MMC beynəlxalq yük daşıma fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Şirkətin əsas fəaliyyətini “koliplus.com” onlayn platforması üzərindən həyata keçirir. İstifadəçilər platformadan qeydiyyatdan keçib, istifadəçi razılaşmasını qəbul edərək, xidmətdən istifadə etməyə başlayırlar. Platforma istifadəçiyə müxtəlif xarici ölkələrdə bağlamalarını qəbul etmələri üçün ünvan təmin edir. Həmən ünvana göndərilən bağlamalar platformaya daxil edilir və Azərbaycana göndərilir. Azərbaycana göndərilən istifadəçilərə aid bağlamalara görə isə platformada göstərilən tariflərə uyğun (bağlamaların çekisinə və ya ölçüsünə) olaraq ödəniş olunur. İstifadəçi daşınmaya uyğun olaraq hesablanmış borcunu kart, köçürmə və ya nağd yolu ilə şirkətə ödəyir. Şirkətin gəlirini daşınma haqlarından yığılan ödənişlər təşkil edir. Şirkət də, xaricdə anbar xidməti göstərən partnyorları və daşınma şirkətləri ilə buna müvafiq olaraq hesablaşır. Fiziki şəxs Sarvin Tahirov tərəfindən xx.xx.2024 tarixində 89.455 kq çəkiyə məxsus bağlama İddiaçı MMC vasitəsilə Amerikadan Azərbaycana çatdırılsa da, bağlamaya dair 1216.29 AZN dəyərində daşınma haqqımüəssisəyə ödənilməmişdir. Cavabdeh tərəfindən ölkəyə platforma üzərindən gətirilən bağlamaya aid ətraflı məlumatlar aşağıdadır: Bağlamanın izləmə Çəki Ölkə Azərbaycana Ödəniş Ödəniş status nömrəsi/kodu (kq) çatma tarixi məbləği (AZN) TBA**********08 / 11.125 Amerika xx.xx.2024 151,11 Ödənilməyib KLİ1633367 TBA**********04 / 9.1 Amerika xx.xx.2024 123.60 Ödənilməyib KLİ1633366 TBA**********53 / 1.888 Amerika xx.xx.2024 26.28 Ödənilməyib KLİ1633365 TBA**********94 / 11.148 Amerika xx.xx.2024 151.41 Ödənilməyib KLİ1633362 TBA**********29 / 9.055 Amerika xx.xx.2024 122.99 Ödənilməyib KLİ1633361 TBA**********99 / 7.098 Amerika xx.xx.2024 96.40 Ödənilməyib KLİ1633360 TBA**********60 / 1.888 Amerika xx.xx.2024 26.28 Ödənilməyib KLİ1633359 TBA**********34 / 11.057 Amerika xx.xx.2024 150.19 Ödənilməyib KLİ1633358 1Z244RX**********9 / 8.941 Amerika xx.xx.2024 121.44 Ödənilməyib KLİ1633349 1Z244RX**********0 / 9.055 Amerika xx.xx.2024 122.99 Ödənilməyib KLİ1633344 1Z244RX**********7 / 9.1 Amerika xx.xx.2024 123.60 Ödənilməyib KLİ1633329 Cavabdeh şəxsə borcun ödənilməsi barədə bir neçə dəfə müraciət olunmuş, sonuncu müraciətdə (xx.xx.2024-cü il tarixli pretenziya məktubunda) müqavilə öhdəliklərinin yerinə yetirilməsi barədə xəbərdar edilmiş, əks halda aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdeh də öz növbəsində borcunun olmaması barədə etirazını bildirərək müqavilə öhdəliyini yerinə yetirməkdən imtina etmişdir. Odur ki, hazırda iddiaçı tərəf olaraq məhkəməyə müraciət edilməsinə zərurət yaranmışdır. Belə ki, “Daşıyıcı” və “İstifadəçi” arasında bağlanmış istifadə razılaşmasının: 3.1-ci maddəsinə əsasən “İstifadəçinin” “Daşıyıcı” anbarına yönləndirmiş olduğu bağlamaları qəbul etmək; 4.15-ci maddəsinə əsasən əgər hər hansı səbəbdən bağlama xüsusi təhlükəsizlik və ya gömrük orqanları tərəfindən saxlanılarsa, istifadəçi o bağlamaya aid Azərbaycana daşınma xərcini 5 gün ərzində İddiaçı MMC-yə ödəməlidir; 4.15.1-ci maddəsinə əsasən gömrükdə saxlanılmış və ya müsadirə edilmiş bağlamalardan yaranacaq digər xərclər istifadəçinin öz məsuliyyətindədir; 4.16.1-ci maddəsinə əsasən korporativ müştərilərdə daşınma xidməti Azərbaycan Respublikasının gömrüyünə qədər təşkil edir. Gömrükdən çıxarılma və rəsmiləşdirilmə xidməti korporativ müştərin öz məsuliyyətindədir. Göstərilənləri nəzərə alaraq iddiaçı fiziki şəxs Cavabdeh tərəfindən qəbul edilmiş istifadəçi razılaşmasına uyğun olaraq İddiaçı MMC tərəfindən göstərilmiş xidmət müqaviləsi üzrə yaranmış 1216,29 manat, istifadəçi ilə razılaşmaya əsasən vaxtında ödənilməyən borca görə 50 manatb cərimə və ödənilmiş dövlət rüsumuna uyğun olaraq 30 manat olmaqla, cəmi 1296,29 manat məbləğinin cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə “Daşıyıcı” qismində İddiaçı MMC ilə “İstifadəçi” arasında bağlanmış istifadə razılaşmasının 3.1-ci bəndinə əsasən “İstifadəçinin” “Daşıyıcı” anbarına yönləndirmiş olduğu bağlamaları qəbul etmək. Əgər hər hansı səbəbdən bağlama xüsusi təhlükəsizlik və ya gömrük orqanları tərəfindən saxlanılarsa, istifadəçi o bağlamaya aid Azərbaycana daşınma xərcini 5 gün ərzində İddiaçı MMC-yə ödəməlidir (bənd 4.15.). Gömrükdə saxlanılmış və ya müsadirə edilmiş bağlamalardan yaranacaq digər xərclər istifadəçinin öz məsuliyyətindədir (bənd 4.15.1). Korporativ müştərilərdə daşınma xidməti Azərbaycan Respublikasının gömrüyünə qədər təşkil edir. Gömrükdən çıxarılma və rəsmiləşdirilmə xidməti korporativ müştərin öz məsuliyyətindədir (bənd 4.16.1). İş materiallarında olan sənədlərdən görünür ki: - Cavabdeh adından Koli Express vasitəsi ilə (KLİ1633367) Amerikada yerləşən Amazon mağazasından cəmi 88,89 ABŞ dolları məbləğində (Geyim aksesuarı) sifariş verilmişdir; - Cavabdeh adından Koli Express vasitəsi ilə (KLİ1633366) Amerikada yerləşən Amazon mağazasından cəmi 72,71 ABŞ dolları məbləğində (Geyim aksesuarları) sifariş verilmişdir; - Cavabdeh adından Koli Express vasitəsi ilə (KLİ1633365) Amerikada yerləşən Amazon mağazasından cəmi 15,46 ABŞ dolları məbləğində (Geyim aksesuaraları) sifariş verilmişdir; - Cavabdeh adından Koli Express vasitəsi ilə (KLİ1633362) Amerikada yerləşən Amazon mağazasından cəmi 89,07 ABŞ dolları məbləğində (Geyim aksesuarları) sifariş verilmişdir; - Cavabdeh adından Koli Express vasitəsi ilə (KLİ1633361) Amerikada yerləşən Amazon mağazasından cəmi 72,35 ABŞ dolları məbləğində (Geyim aksesuarları) sifariş verilmişdir. - Cavabdeh adından Koli Express vasitəsi ilə (KLİ1633360) Amerikada yerləşən Amazon mağazasından cəmi 56,71 ABŞ dolları məbləğində (Geyim aksesuarları) sifariş verilmişdir. - Cavabdeh adından Koli Express vasitəsi ilə (KLİ1633359) Amerikada yerləşən Amazon mağazasından cəmi 15,46 ABŞ dolları məbləğində (Geyim aksesuarları) sifariş verilmişdir. - Cavabdeh adından Koli Express vasitəsi ilə (KLİ1633358) Amerikada yerləşən Amazon mağazasından cəmi 88,35 ABŞ dolları məbləğində (Geyim aksesuarları) sifariş verilmişdir. - Cavabdeh adından Koli Express vasitəsi ilə (KLİ1633349) Amerikada yerləşən Amazon mağazasından cəmi 71,44 ABŞ dolları məbləğində (Geyim aksesuarları) sifariş verilmişdir. - Cavabdeh adından Koli Express vasitəsi ilə (KLİ1633344) Amerikada yerləşən Amazon mağazasından cəmi 72,35 ABŞ dolları məbləğində (Paltar, geyim) sifariş verilmişdir. - Cavabdeh adından Koli Express vasitəsi ilə (KLİ1633329) Amerikada yerləşən Amazon mağazasından cəmi 72,71 ABŞ dolları məbləğində (Paltar, geyim) sifariş verilmişdir. İş materiallarına əlavə edilmiş gömrük sənədlərindən görünür ki, - TBA**********08/KLİ1633367 nömrəli sifarişinə əsasən Cavabdeh tərəfindən Amerikada yerləşən Amazon mağazasından çəkisi 11.125 kq., invoys qiyməti 88,89 ABŞ dolları (151,11 manat) məbləğində olan qadın geyim aksesuarları sifariş edilmiş, bağlamanın çatdırılma qiyməti 88,89 ABŞ dolları (151,11 manat) göstərilmişdir; -TBA**********04/KLİ1633366 nömrəli sifarişinə əsasən Cavabdeh tərəfindən Amerikada yerləşən Amazon mağazasından çəkisi 9.1 kq., invoys qiyməti 72,71 ABŞ dolları (123.60 manat) məbləğində olan qadın geyim aksesuarları sifariş edilmiş, bağlamanın çatdırılma qiyməti 72,71 ABŞ dolları (123.60 manat) göstərilmişdir; - TBA**********53/KLİ1633365 nömrəli sifarişinə əsasən Cavabdeh tərəfindən Amerikada yerləşən Amazon mağazasından çəkisi 1.888 kq., invoys qiyməti 15,46 ABŞ dolları (26,28 manat) məbləğində olan qadın geyim aksesuarları sifariş edilmiş, bağlamanın çatdırılma qiyməti 15,46 ABŞ dolları (26,28 manat) göstərilmişdir; - TBA**********94/KLİ1633362 nömrəli sifarişinə əsasən Cavabdeh tərəfindən Amerikada yerləşən Amazon mağazasından çəkisi 11.148 kq., invoys qiyməti 89,07 ABŞ dolları (151,41 manat) məbləğində olan qadın geyim aksesuarları sifariş edilmiş, bağlamanın çatdırılma qiyməti 89,07 ABŞ dolları (151,41 manat) göstərilmişdir; - TBA**********29/KLİ1633361 nömrəli sifarişinə əsasən Cavabdeh tərəfindən Amerikada yerləşən Amazon mağazasından çəkisi 9.055 kq., invoys qiyməti 72.35 ABŞ dolları (122.99 manat) məbləğində olan geyim aksesuarları sifariş edilmiş, bağlamanın çatdırılma qiyməti 72,35 ABŞ dolları (122.99 manat) göstərilmişdir; -TBA**********99/KLİ1633360 nömrəli sifarişinə əsasən Cavabdeh tərəfindən Amerikada yerləşən Amazon mağazasından çəkisi 7.098 kq., invoys qiyməti 56,71 ABŞ dolları (96,40 manat) məbləğində olan geyim aksesuarları sifariş edilmiş, bağlamanın çatdırılma qiyməti 56,71 ABŞ dolları (96,40 manat) göstərilmişdir; TBA**********60/KLİ1633359 nömrəli sifarişinə əsasən Cavabdeh tərəfindən Amerikada yerləşən Amazon mağazasından çəkisi 0.755 kq., invoys qiyməti 15,46 ABŞ dolları (26,28 manat) məbləğində olan geyim aksesuarları sifariş edilmiş, bağlamanın çatdırılma qiyməti 15,46 ABŞ dolları (26,28 manat) göstərilmişdir; TBA**********34/KLİ1633358 nömrəli sifarişinə əsasən Cavabdeh tərəfindən Amerikada yerləşən Amazon mağazasından çəkisi 11.057 kq., invoys qiyməti 88.35 ABŞ dolları (150,19 manat) məbləğində olan geyim aksesuarları sifariş edilmiş, bağlamanın çatdırılma qiyməti 88,35 ABŞ dolları (150,19 manat) göstərilmişdir; -1Z244RX**********9/KLİ1633349 nömrəli sifarişinə əsasən Cavabdeh tərəfindən Amerikada yerləşən Amazon mağazasından çəkisi 8.941 kq., invoys qiyməti 71,44 ABŞ dolları (121,44 manat) məbləğində olan geyim aksesuarları sifariş edilmiş, bağlamanın çatdırılma qiyməti 71,44 ABŞ dolları (121,44 manat) göstərilmişdir; -1Z244RX**********0/KLİ1633344 nömrəli sifarişinə əsasən Cavabdeh tərəfindən Amerikada yerləşən Amazon mağazasından çəkisi 9.055 kq., invoys qiyməti 72,35 ABŞ dolları (122,99 manat) məbləğində olan paltar, geyim sifariş edilmiş, bağlamanın çatdırılma qiyməti 72.35 ABŞ dolları (122,99 manat) göstərilmişdir; -1Z244RX**********7/KLİ1633329 nömrəli sifarişinə əsasən Cavabdeh tərəfindən Amerikada yerləşən Amazon mağazasından çəkisi 9.1 kq., invoys qiyməti 72,71 ABŞ dolları (123,60 manat) məbləğində olan paltar, geyim sifariş edilmiş, bağlamanın çatdırılma qiyməti 72,71 ABŞ dolları (123,60 manat) göstərilmişdir İş üzrə İddiaçı MMC tərəfindən verilmiş göndərilən sms-lərin çıxarışından görünür ki, daşınma şirkəti tərəfindən iddiaçının mobil nömrəsinə sms göndərilmiş, izləmə kodlarında olan bağlamaları saxlanıldığından gömrük orqanlarına müraciət etməsi, onun aidiyyəti şirkət qarşısında bağlamaların anbarda saxlanılması ilə bağlı ödəniş öhdəliyinin yaranması barədə məlumat verilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı beynəlxalq yük daşıma fəaliyyəti ilə məşğul olan şirkətdir. Şirkətin əsas fəaliyyətini “Koliplus.com” onlayn platforması üzərindən həyata keçirir. Cavabdeh İddiaçı.com” onlayn platformasından qeydiyyatdan keçərək və istifadəçi razılaşmasını qəbul edərək Amerikada yerləşən Amazon mağazasından müxtəlif sifarişçilərin sifarişi əsasında paltar, geyim aksesuarları sifariş etmiş, bağlamalar İddiaçı MMC vasitəsilə Ameridadan Azərbaycana çatdırılmışdır. İş üzrə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən daşıma xidməti göstərilsə də, cavabdeh tərəfindən edilmiş sifarişləri əsasında gətirilən bağlamalara görə cəmi 1216,29 manat dəyərində daşınma haqqı ödənilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən öhdəliyin pozulması baş verdiyindən, iddiaçı razılaşmasına əsasən icra olunmuş daşıma xidmət haqqını cavabdehdən tələb etməkdə tam haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, öhdəlik – konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai münasibətlər əmlakın mülkiyyətə verilməsi ilə, əmlakın istifadəyə verilməsi ilə, xidmət göstərilməsi ilə, iş görülməsi ilə, müqavilədənkənar hərəkətlərlə bağlı yarana bilər. Başqa sözlə, öhdəliyin predmeti – pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkilmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə həmçinin qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən müqavilə əqdlərin bağlanılması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər (maddə 406.1). Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır (maddə 406.2).Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər (maddə 406.3). Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə üzrə (sifariş edilən bağlamaların daşıma xidməti) üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi müəyyən edildiyindən, iddia tələbi əsaslı hesab edilməli və cavabdehdən iddiaçının xeyrinə 1216,29 manat məbləğində pul tutulmalıdır. AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə dəbbə borcunun əvəzi kimi cavabdehdən 50 manat məbləğində cərimənin tutulması hissəsində qeyd edir ki, həmin hissədə tələb təmin edilməlidir. Belə ki, müqavilə şərtində həmin cərimənin tətbiq edilməsi ilə bağlı bənd mövcuddur. AR MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat məbləğində də pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə yük daşıma xərci ilə əlaqədar 1216,29 manat, cərimə borcu kimi 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 1296,29 (bir min iki yüz doxsan altı manat, iyirmi doqquz qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1120/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1120/2025
05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver