Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1131/2024 06.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “Mercedes Benz S500L” markalı, **-VY-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2022-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2022-ci il sentyabrın 09-da Cavabdeh sərxoş vəziyyətdə idarə etdiyi “Mercedes Benz S500L” markalı, **-VY-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı yolunda işıq dirəyinə və təhlükəsizlik şəhər kamerasına dəymişdir. Bakı şəhər DYPİ-nin xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü (bu Məcəllənin 333.1 -ci maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) maddəsi ilə təqsirli bilnmişdir. Başqa sözlə vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi inzibati xəta ilə müəyyən edilərək, təsdiqini tapmışdır. "xxxx" X3 tərəfindən verilmiş smetaya əsasən hadisə nəticəsində vurulmuş dirəyin bərpasına sərf olunacaq xərclərin məbləği 2905 manat təşkil etmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarxində verilmiş akta əsasən hadisə nəticəsində video müşahidə nöqtəsinə 4116 manat məbləğində ziyan dəymişdir. Belə olan halda, sığorta ödənişi aşağıdakı qaydada hesablanır: 5000 manat sığorta məbləği : 7021 manat (dəymiş zərərin ümumi məbləği 5000+235) = 0,**********862555; 0,**********862555 x 2905 = 2.068,79 manat sığorta ödənişi; 0,**********862555 x 4116 = 2.931,21 manat sığorta ödənişi. İddiaçı xx.xx.2021-ci il tarixində 6887 nömrəli ödəniş tapşırığı ilə 2.068,79 manat sığorta ödənişini zərərçəkmiş şəxs "xxxx" X3nə ödəmişdir. İddiaçı xx.xx.2023-ci il tarixində 2.931,21 manat sığorta ödənişini zərərçəkmiş şəxs "xxxx" MMC-yə ödəmişdir.Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 5000 manat məbləğində vurulmuş zərər və 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 5070 manat alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə PXA********** nömrəli icbari sığorta haqqında müqaviləsinə dair məlumata əsasən sığortaçı qismində "xxxx" ASC sığortalı X2 məxsus «Mercedes Benz S500L» markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək – 1 il müddətinə sığorta olunmuşdur. İş üzrə DİN BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 23.00 radələrində «Mercedes Benz S500L» markalı ** VY *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini sərxoş halda idarə edərkən idarəetməni itirərək işıq dirəyinə və müşahidə kamerasına çırpılmış, nəticəsində Cavabdeh AR İXM-nın 333.3-cü maddəsi ilə təqsirli bilinib 700 manat cərimə edilmişdir. İş üzrə xx.xx.2022-ci il tarixli,1/4986 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, müayinə olunan X1 alkoqol sərxoşluğu vəziyyəti aşkar edilmişdir. İş üzrə Sabuncu rayon DYPŞ tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 23.00-da Pirşağı yolunda baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli olan şəxs «Mercedes Benz S500L» markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücü Cavabdeh, zərərçəkmiş şəxslər "xxxx" X3 və "xxxx" MMC müəyyən olunmuşdur. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş PXA120953 saylı sığorta aktının surətinə əsasən xx.xx.2022-ci il tarixdə sığortalanmış «Mercedes Benz S500L» markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək işıq dirəyinə dəymiş, nəticədə "xxxx" EŞM tərəfindən təqdim olunan akta əsasən işıq dirəyinə 2.905,00 manat ziyan dəymiş, bununla bağlı 2.068,79 manat sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 687 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" EŞM-yə PXA120953 saylı sığorta aktına əsasən 2.068,79 manat sığorta ödənişi ödənilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş PXA120954 saylı sığorta aktının surətinə əsasən xx.xx.2022-ci il tarixdə sığortalanmış «Mercedes Benz S500L» markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək TŞ kamerasına dəymiş, nəticədə "xxxx" MMC tərəfindən təqdim olunan akta əsasən TŞ kamerasına 4.116 manat ziyan dəymiş, bununla bağlı 2.931,21 manat sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 688 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə PXA120954 saylı sığorta aktına əsasən 2.931,21 manat sığorta ödənişi ödənilmişdir. İş üzrə "xxxx" X3 tərəfindən "xxxx" Şirkətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun və ona əlavə edilmiş smetasının surətindən görünür ki, Sabunçu rayonu, Bilgəh Kardioloji sanatoriyasından Nardaran qəsəbəsinə gedən avtomobil yolundakı işıq dirəkləri "xxxx" EŞM-nin balansındadır. xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu, Bilgəh Kardioloji sanatoriyasından Nardaran qəsəbəsinə gedən avtomobil yolunda naməlum sürücünün idarə etdiyi «Mercedes Benz S500L» markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə işıq dirəyi vurulub sıradan çıxarılmış və nəticədə məssisəsinə 2.905,00 manat maddi ziyan dəymişdir. Zərər vuran şəxsin avtomobili "xxxx" Şirkətində icbari sığortalıdır. Müəssisəsinə dəymiş maddi ziyanı bank hesabına köçürülməsini xahiş etmişdir. İş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun və ona əlavə edilmiş aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Bilgəh-Nardaran-Pirşağı yolu “Sea Breeze” hotelin yaxınlığında yerləşən Daxili İşlər Nazirliyinə məxsus TŞ 9-150 nömrəli videomüşahidə nöqtəsinə "xxxx" ASC tərəfinən sığortalanmış “Mercedes” markalı, **-VY-*** dövlət nömrə nişanlı minik avtomobili yol nəqliyyat hadisəsi zamanı maddi ziyan vurmuşdur. Təhlükəsiz Şəhər xidmətinin kameralarının təmiri və quraşdırılması "xxxx" MMC tərəfindən həyata keçirildiyindən, dəymiş ziyanın dəyərini "xxxx" şirkətinin hesabına köçürülməsinə kömək göstərilməsini xahiş etmişdir. İş üzrə "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 23.00 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində idarə etdiyi və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış «Mercedes Benz S500L» markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomaşının idarəetməni itirərək işıq dirəyinə və TŞ kamerasına maddi zərər vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənlərə dəymiş zərərə görə sığorta şirkəti tərəfindən ümumilikdə 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yuxarıda qeyd olunanlara əsasən avtomobili sərxoş vəziyyətdə istismar etdiyini və subroqasiya hüquqlarını olduğunu nəzərə alaraq ödənilmiş əvəz miqdarında 5000 manat zərər məbləğini məktubu aldıqdan sonrna 7 təqvim günü ərzində "xxxx" ASC-yə ödənilməsi xahiş olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən idarə edilən «Mercedes Benz S500L» markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən icbari sığorta şəhadətnaməsilə sığortalanmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh sərxoş vəziyyətdə idarə etdiyi “Mercedes Benz S500L” markalı, **-VY-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı yolunda işıq dirəyinə və təhlükəsizlik şəhər kamerasına dəyməklə hadisə törətmişdir. "xxxx" X3 tərəfindən verilmiş smetaya əsasən hadisə nəticəsində vurulmuş dirəyin bərpasına sərf olunacaq xərclərin məbləği 2905 manat təşkil etmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarxində verilmiş akta əsasən hadisə nəticəsində video müşahidə nöqtəsinə 4116 manat məbləğində ziyan dəymişdir. İddiaçı sığorta təşkilatı tərəfindən işıq dirəyinə görə "xxxx" EŞM-yə 2.068,79 manat, “Təhlükəsiz Şəhər” xidmətinin kamerasına görə "xxxx" MMCyə 2.931,21 manat, cəmi 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə tərəfindən digər tərəfdən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək 700 manat cərimə edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində "xxxx" EŞM-yə 2.068,79 manat, "xxxx" MMC-yə 2.931,21 manat, cəmi 5000 manat məbləğində ziyan sığortaçı tərəfindən ödənilmişdir. Yol-nəqliyyat hadisəsi törətmiş sürücü hadisə zamanı avtomaşını sərxoş vəziyyətdə idarə etdiyindən, iddiaçının vurulmuş ziyanın ödənilməsi ilə bağlı subroqasiya hüququ yaranmışdır. Bu səbəbdən iddiaçı ödənilmiş cəmi 5000 manat sığorta ödənişinin tutulması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. İş materiallarında olan sənədlərdən məlum olur ki, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh törətdiyi yolnəqliyyat hadisəsində təqsirli olması və avtomaşını sərxoş vəziyyətdə idarə etməsi nəticəsində zərərçəkmiş şəxsə maddi zərərin vurulması tam təsdiq olunmuşdur. “İcbari Sığortalar haqqında” AR Qanununun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırarsa subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə qeyd edir ki, sürücü Cavabdeh yol-nəqliyyat hadisəsi törədərkən avtomaşını alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyindən, iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Beləliklə məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu törətmiş cavabdehin baş vermiş hadisədə təqsirli olması iş materiallarında olan sübutlarla tam təsdiq olunduğundan, iddiaçı baş vermiş sığorta hadisəsi nəticəsində vurulmuş ziyanın zərər vuran cavabdehdən tələb edilməsi ilə iddia qaldırmaqda tam haqlı olmuşdur. AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. AR Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortaçıya ödəmiş olsun. Əgər sığortalı üçüncü şəxs barəsində tələbindən və ya tələbinin yerinə yetirilməsi hüququndan imtina edərsə, sığortaçı öz xərclərinin əvəzinin ödənilməsi hüququnun həyata keçirilməsi nəticəsində və ya tələbin irəli sürülməsi ilə əlaqədar əldə edə biləcəyi həcmdə zərərin əvəzini ödəmək vəzifəsindən azad edilir. Həmin Məcəllənin 1114-cü maddəsinə (zərər vurmuş şəxsə reqress hüququ) əsasən başqa şəxsin (qulluq,mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, vurulmuş ziyan iddiaçı təşkilat tərəfindən zərərçəkmişlərə ödənildiyindən, belə olan halda isə iddiaçının vurulmuş ziyanı subroqasiya qaydasında tələb etmək hüququ olduğundan və həmin ziyanın ödənilməsinin cavabdehin üzərinə qoyulması qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından yol verildiyindən, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğundan, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 70 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə ödənilmiş sığorta ödənişin əvəzi kimi 5000 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 manat, cəmi 5070 (beş min yetmiş) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1131/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1131/2024
06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver