Məhkəmə qərarları › İş №e-2(009)-1139/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1139/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1139/2022 14.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung Qulaqlıq, İMEİ kodu **********67422 Samsung galaxy A10 markalı telefon, Ergo Headphones, Samsung Paltaryuyan üçün 815.6 (səkkiz yüz on beş manat, altmış qəpik) manat ödənilməmiş hissə, 81.4 (səksən bir manat, qırx qəpik) manat cərimə, xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, Atron Kombi üçün 674.5 (altı yüz yetmiş dörd manat, əlli qəpik) manat ödənilməmiş hissə, 67.5 (altmış yeddi manat, əlli qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, LG LED TV üçün 611.7 (altı yüz on bir manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 61.3 (altmış bir manat, otuz qəpik) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, Samsung Kondisioner üçün 434.2 (dörd yüz otuz dörd manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 43.8 (qırx üç manat, səksən qəpik) manat cərimə, ümumilikdə 2790 manat borc, 47.90 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən, Samsung Qulaqlıq, İMEİ kodu **********67422 Samsung galaxy A10 markalı telefon, Ergo Headphones, Samsung Paltaryuyan, Atron Kombi, LG LED TV, Samsung Kondisioner üçün 2790 (iki min yeddi yüz doxsan) manat borc yaranmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 1053 (min əlli üç) manat (18 ay x 58.5 manat + 0 manat ilkin ödəniş) olan Samsung Qulaqlıq, İMEİ kodu **********67422 Samsung galaxyA10 markalı telefon, Ergo Headphones, Samsung Paltaryuyanüçün ümumilikdə, 897 (səkkiz yüz doxsan yeddi) manat olmaqla ondan, 815.6 (səkkiz yüz on beş manat, altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 81.4 (səksən bir manat, qırx qəpik) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 1050 (min əlli) manat (18 ay x 58 manat + 6 manat ilkin ödəniş) olan Atron Kombi üçün ümumilikdə, 742 (yeddi yüz qırx iki) manat olmaqla ondan, 674.5 (altı yüz yetmiş dörd manat, əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 67.5 (altmış yeddi manat, əlli qəpik) manat cərimə, xx.xx.2020ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alğı-satqı qiyməti 649.6 (altı yüz qırx doqquz manat, altmış qəpik) manat (31 ay x 20.3 manat + 20.3 manat ilkin ödəniş) olan LG LED TVüçün ümumilikdə, 673 (altı yüz yetmiş üç) manat olmaqla ondan, 611.7 (altı yüz on bir manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 61.3 (altmış bir manat, otuz qəpik) manat cərimə, xx.xx.2019cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alğı-satqı qiyməti 467.6 (dörd yüz almtış yeddi manat, altmış qəpik) manat (13 ay x 33.4 manat + 33.4 manat ilkin ödəniş) olan Samsung Kondisioner üçün ümumilikdə, 478 (dörd yüz yetmiş səkkiz) manat olmaqla ondan, 434.2 (dörd yüz otuz dörd manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 43.8 (qırx üç manat, səksən qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 684.2 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə ge Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Cavabdeh məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmişdir və o, xx.xx.2022-ci il tarixdə bidirişi təhvil almışdır. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə "xxxx" MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 01137748 saylı müqaviləyə əsasən, 1035 manat məbləğində Samsung Qulaqlıq, İMEİ kodu **********67422 Samsung galaxy A10 markalı telefon, Ergo Headphones, Samsung Paltaryuyan almışdır. İş materiallarından olan Cavabdeh ilə "xxxx" MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 01072105 saylı müqaviləyə əsasən, 1050 manat məbləğində Atron Kombi almışdır. İş materiallarından olan Cavabdeh ilə "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli, 20138871 saylı müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, 649.6 manat məbləğində LG LED TV almışdır. İş materiallarından olan Cavabdeh ilə "xxxx" MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 00711587 saylı müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, 467.6 manat məbləğində Samsung Kondisioner almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə əsasında aldığı Samsung Qulaqlıq, İMEİ kodu **********67422 Samsung galaxy A10 markalı telefon, Ergo Headphones, Samsung Paltaryuyan üçün ilkin ödəniş 0 manat olmaqla 18 ay ərzində 58.5 manat ödəməli idi. Lakin onun tərəfindən 237.4 manat ödəniş edilmişdir. Ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə 815.6 manat ödənilməmiş hissə, 81.4 manat cərimə borcu təşkil edir. Cavabdeh ilə "xxxx" MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə əsasında aldığı Atron Kombi üçün ilkin ödəniş 60 manat olmaqla 18 ay ərzində 58 manat ödəməli idi. Lakin onun tərəfindən 375.5 manat ödəniş edilmişdir. Ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə 674.5 manat ödənilməmiş hissə, 67.5 manat cərimə borcu təşkil edir. Cavabdeh ilə "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavə əsasında aldığı LG LED TV üçün ilkin ödəniş 20.3 manat olmaqla 31 ay ərzində 20.3 manat ödəməli idi. Lakin onun tərəfindən 37.9 manat ödəniş edilmişdir. Ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə 611.7 manat ödənilməmiş hissə, 61.3 manat cərimə borcu təşkil edir. Cavabdeh ilə "xxxx" MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavə əsasında aldığı Samsung Kondisioner üçün ilkin ödəniş 33.4 manat olmaqla 13 ay ərzində 33.4 manat ödəməli idi. Lakin onun tərəfindən 33.4 manat ödəniş edilmişdir. Ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə 434.2 manat ödənilməmiş hissə, 43.8 manat cərimə borcu təşkil edir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 47.90 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung Qulaqlıq, İMEİ kodu **********67422 Samsung galaxy A10 markalı telefon, Ergo Headphones, Samsung Paltaryuyan üçün 815.6 (səkkiz yüz on beş manat, altmış qəpik) manat ödənilməmiş hissə, 81.4 (səksən bir manat, qırx qəpik) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Atron Kombi üçün 674.5 (altı yüz yetmiş dörd manat, əlli qəpik) manat ödənilməmiş hissə, 67.5 (altmış yeddi manat, əlli qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, LG LED TV üçün 611.7 (altı yüz on bir manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 61.3 (altmış bir manat, otuz qəpik) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, Samsung Kondisioner üçün 434.2 (dörd yüz otuz dörd manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 43.8 (qırx üç manat, səksən qəpik) manat cərimə, ümumilikdə 2790 manat borc, 47.90 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməkləə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2790 manat (iki min yeddi yüz doxsan) borcu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 47.90 manat (qırx yeddi manat doxsan qəpik) dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar