Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1141/2024 13.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin cavabdeh Səlı̇ mov Nadı̇ r Fuad oğluna qarşı "lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti cavabdeh Səlı̇ mov Nadı̇ r Fuad oğluna qarşı "lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 noyabr 2022-ci il tarixli MAS-5539 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 fevral 2024-cü il tarixə 389.88 manat gecikdirilmiş əsas, 108.85 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 50.41 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar SD” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1188.53 manat, ümumilikdə 1737.67 manat borc və ödənilmiş 37.38 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2022-ci il tarixli MAS-5539 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, boz rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 19 % mükafat məbləği hesablanmaqla 29 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 501.29 manat, ümumilikdə isə 14537 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 14537 manatın 11585 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar SD” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil 14 fevral 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1188.53 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh MAS-5539 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 fevral 2024-cü il tarixə ümumilikdə 549.14 manat məbləğində gecikmə borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh Səlı̇ mov Nadı̇ r Fuad oğlu məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2022-ci il tarixli MAS-5539 saylı “Daxili lizinq” müqaviləsindən görünür ki, 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, boz rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan 19 noyabr 2022-ci il tarixli MAS-5539 saylı “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsindən görünür ki, “Khazar SD” minik markalı əmlakın ümumi dəyəri 11.585 manat təşkil edir. İş materiallarında olan 19 noyabr 2022-ci il tarixli MAS-5539 saylı “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan 3 saylı əlavəsindən görünür ki, lizinq alan illik 19 % hesablanmaqla 29 ay müddətinə hər ay sabit məbləğ olmaqla 501.29 manat, ümumilikdə isə 14.537 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 19 noyabr 2022-ci il tarixli Təhvil-Təslim aktından görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, boz rəngli avtomobilin İddiaçı MMC ilə Cavabdeh arasında təhvil təslimi aparılmışdır. İş materiallarında olan İddiaçı Avto Servisin qüsur aktından görünür ki, ümumi xidmət haqqı 800 manat, ehtiyat hissələrinin ümumi dəyəri 207.23 manat olmaqla, yekun ödəniləcək məbləğ 1007.23 manat, ƏDV 181.30 manat hesablanmaqla ƏDV daxil olmaqla yekun ödəniləcək məbləğ 1188.53 manat təşki edir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, tərəflər arasında imzalanmış “Daxili lizinq” müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmiş, 14 fevral 2024-cü il tarixə 549.14 manat məbləğində gecikmə borcu yaranmış, həmçinin lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin tarixdə şirkətinin Bakı şəhərində yerləşən müvəqqəti duracağına yerləşdirilmişdir. Servis mərkəzi tərəfindən lizinq obyektinə baxış keçirilmiş və tərtib olunmuş qüsur aktına əsasən avtomobildə 1188.53 manat məbləğində qüsur aşkar edilmişdir. “Daxili Lizinq” müqaviləsinin 9-cu bəndinə əsasən müqavilə birtərəfli qaydada ləğv edilərək, yaranmış borc və dəymiş zərər ödənilmədiyi halda məhkəmə qaydasında tələb ediləcəkdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 25 aprel 2024-cü il tarixli arayışdan görünür ki, borclu Cavabdeh 19 noyabr 2022-ci il tarixli MAS-5539 saylı “Daxili lizinq’' müqaviləsi üzrə 14 fevral 2024-cü il tarixə gecikdirilmiş əsas borc 389.88 manat, gecikdirilmiş mükafat borcu 108.85 manat və həmin günə gecikdirməyə görə hesablanmış dəbbə pulu 50.41 manat olmaqla, cəmi məbləğ 549.14 manat təşki edir. Əsaslandırıcı hissə: Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı MMC ilə Səlı̇ mov Nadı̇ r Fuad oğlu arasında bağlanmış 19 noyabr 2022-ci il tarixli MAS-5539 saylı "Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PE- *** dövlət qeydiyyat nişanlı, boz rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Eyni zamanda Səlı̇ mov Nadı̇ r Fuad oğlunun 19 noyabr 2022-ci il tarixli MAS- 5539 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 fevral 2024-cü il tarixə ümumilikdə 549.14 manat gecikmə borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsinin şərtləri cavabdeh tərəfindən lazımı qaydada icra edilmədiyinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Məhkəmə iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MM-nin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.7-ci maddəsinə əsasən, lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. (MM 748-1.8) Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. (MM 748-1.9) Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış “Daxili lizinq” müqaviləsinin 4.4.2-ci bəndinə əsasən, lizinq alan Lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. “Daxili lizinq” müqaviləsinin 5.1-ci bəndinə əsasən, təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində Lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2) Sadalanan qanunvericilik aktlarının tələblərinə, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə və məhkəmədə araşdırılmış sübutlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Səlı̇ mov Nadı̇ r Fuad oğlunun iddiaçıdan müqavilə üzrə “Khazar SD” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı avtomobilə müvəqqəti sahiblik və istifadə haqqını hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur, lakin o, müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmiş, həmçinin avtomobilə onun sahibliyində olan müddətdə dəymiş ziyan da önün tərəfindən ödənilməmişdir. Buna görə də, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Səlı̇ mov Nadı̇ r Fuad oğlundan 19 noyabr 2022-ci il tarixli MAS-5539 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 fevral 2024-cü il tarixə 389.88 manat gecikdirilmiş əsas borc, 108.85 manat gecikdirilmiş mükafat borcu və 50.41 manat gecikdirməyə görə hesablanmış dəbbə pulu olmaqla cəmi məbləğ 549.14 manat, həmçinin lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1188.53 manat, ümumilikdə 1737.67 manat borc və ödənilmiş 37.38 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Səlı̇ mov Nadı̇ r Fuad oğlundan 19 noyabr 2022-ci il tarixli MAS-5539 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 fevral 2024-cü il tarixə 389,88 (üç yüz səksən doqquz manat səksən səkkiz qəpik) manat əsas borc, 108,85 (bir yüz səkkiz manat səksən beş qəpik) manat mükafat borcu, 50,41 (əlli manat qırx bir qəpik) manat hesablanmış dəbbə pulu, həmçinin lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün 1188,53 (bir min bir yüz səksən səkkiz manat əlli üç qəpik) manat, ümumilikdə 1737,67 (bir min yeddi yüz otuz yeddi manat altmış yeddi qəpik) manat borc və ödənilmiş 37,38 (otuz yeddi manat otuz səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1141/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1141/2024
13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver