Məhkəmə qərarları › İş №e-2(009)-1141/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1141/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1141/2025 24.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” PHŞ-ə qarşı subroqasiya qaydasında vurulmuş ziyanın ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC- cavabdehlər Cavabdeh2 və “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” PHŞ-ə qarşı subroqasiya qaydasında vurulmuş ziyanın ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. İddiaçı tərəfindən cavabdehlərə qarşı qaldırdığı iddianın əsası kimi icbari sığorta üzrə ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında cavabdehlərdən tutulmasıdır. Lakin iddiaçı ərizədə ödənişlərin elektron sistem vasitəsilə ödənilməsini qeyd etsə də, həmin sübutu iddia ərizəsinə əlavə etməmişdir. Yəni verilmiş tələbi təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Digər tərəfdən iddiaçı qeyri-yaşayış sahəsinə suyun axıdılmasının iki səbəbini akt və sorğuya cavab məktubu ilə müəyyən edərək tələbin hər iki cavabdehə qarşı yönəltmişdir. Lakin iddiaçı konkret müəyyən etməmişdir ki, ziyan Cavabdeh2 səhlənkarlığı ucbatından onun mənzilindən suyun axması ilə əlaqədar (krant sistemlərində olan nasazlıq və s.), yaxud zirzəmidə kanalizasiya xəttinin tutulması səbəbi ilə Cavabdeh2 trapından çıxan və qeyri-yaşayış sahəsinə suyun axması ilə əlaqədar yaranmışdır. AR MPM-nin 151.1-ci madəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Beləliklə hakim hesab edir ki, iddia ərizəsi AR MPM-nin tələblərinə uyğun olmadığından onun məhkəmə icraatı mümkün deyil. Bu səbəbdən iddia ərizəsinin icraata qəbulundan yolverilməzliyinə görə imtina edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 284-3.1, 284-3.2, 263-264-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” PHŞ-ə qarşı subroqasiya qaydasında vurulmuş ziyanın ödənilməsi tələbinə dair verdiyi iddia ərizəsinin icraata qəbulundan qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən imtina edilsin . Qərardaddan şikayət verilə bilməz. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar