Məhkəmə qərarları › İş №e-2(009)-1144/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1144/2022

23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1144/2022 23.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh ilə 08.03.2021-cu ildə bağlanmış 128139 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən 449 manata nisyə mobil telefon satmışdır. Cavabdeh həmin məbləği hər ay 37,42 manat ödəmək şərti ilə 12 ay müddətinə hər ayın 08-dək ödəməyi üzərinə götürmüşdür. Müvafiq müqavilə bağlandıqdan sonra cavabdeh ödəniş cədvəli üzrə 8 ay toplam olaraq 299,28 manat ödəniş etmiş və qalıq 149,66 manat borcunu ödəməkdən yayınmışdır. Cavabdeh ilə 24 iyun 2021-ci il tarixdə bağlanılmış 130949 saylı digər nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən 2316 manata nisyə soyuducu, paltaryuyanmaşın, tozsoran və aspirator satmışdır. Cavabdeh həmin məbləği hər ay 193 manat ödəmək şərti ilə 12 ay müddətinə, hər ayın 24-dək ödəməyi üzərinə götürmüşdür. Müvafiq müqavilə bağlandıqdan sonra cavabdeh ödəniş cədvəli üzrə 3 ay toplam olaraq 705,98 manat ödəniş etmiş və qalıq 1610,02 manat borcunu ödəməkdən yayınmışdır. Müvafiq müqavilənin 6.1-ci bəndinə əsasən alıcı ödəniş cədvəli üzrə müəyyənləşdirilən öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən icranı gecikdirildiyi halda hər gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 1% həcmində mübahisəsiz olaraq peniya ödəyir. Bununla bağlı cavabdehə borcun ödənilməsinə dair dəfələrlə ona məxsus mobil və ev telefon nömrələrinə şifahi xəbərdarlıqlar edilmiş, lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymayaraq müqavilələr üzrə yaranmış borcu ödəməkdən yayınmış 27.04.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək 08.03.2021-ci il tairxdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən 149,66 manat əsas, həmin gün üçün hesablanmış 17,76 (37,42x1%=0,37x48 gün=17,76) manat cərimə borcu, cəmi 167,42 manat borc, 24.07.2021-ci il tarixdə bağlanmış nisyə aqlı-satqı müqaviləsinə əsasən 2610,02 manat əsas, həmin gün üçün hesablanmış 119,66 (193x1%=1,93 x62gün=119,66) manat cərimə borcu, cəmi 1729,68 manat borcu, ümumi 1897,1 manat borc tələb edilmişdir. Lakin cavabdeh ondan tələb olunan borcu ödəməkdən yayınmış və nəticədə 08.03.2021-ci il tarixdə bağlanmış nisiyə alq-satqı müqaviləsinə əsasən müxtəlif tarixlərdə 50 (əsas) manat etmiş, yerdə qalan borcu ödəməkdən imtina etmiş və nəticədə 100 manat əsas, 08.03.2022-ci il tarixədək (müqavilə müddətinin sonunadək) hesablanmış 33,3 (37,42x1%=0,37x90gün=33,3) manat cərimə borcu, cəmi 133,3 manat borc, 24.07.2021-ci il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən 1610,02 manat əsas, 27.04.2022-ci il tarixədək hesablanmış 297,22 (193 x1%=1,93x154 gün=297,22) manat cərimə borcu, cəmi 1907,24 manat borc, ümumi 2040,54 manat borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 08.03.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 100 manat əsas, 33,3 manat cərimə borcu, cəmi 133,3 manat, 24.07.2021-ci il tarixli digər nisyə alqı-satqı müqaviləsi üzrə 1610,02 manat əsas, 297,22 manat cərimə borcu, cəmi 1907,24 manat iki müqavilə üzrə ümumi 2040,54 manat, həmçinin 40,41 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 08 mart 2021-ci il tarixli, 128139 saylı müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Xiaomi Note 9 3/64GB” markalı mobil telefonu 12 ay müddətinə hissə-hssə ödənilmək şərti ilə (ayda 37,42 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 449 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 24 iyul 2021-ci il tarixli, 130949 saylı müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “İndesit İHVP 6.6 LM K” markalı aspirator, “Samsung WF8590NLW8D/YLP” markalı paltaryuyan maşın, “İndesit DF 5181 XM” markalı soyuducu və “Samsung VCC4520S36/XEV” markalı tozsoran 12 ay müddətinə hissə-hssə ödənilmək şərti ilə (ayda 193 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 2316 manat təşkil edir. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş 27.04.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 08.03.2019-cu il tarixli müqavilə üzrə 27.04.2022-ci il tarixə 100 manat əsas borc, 33,3 manat cərimə, 24.07.2021-ci il tarixli müqavilə üzrə 27.04.2022-ci il tarixə 1610,02 maant əsas, 297,22 manat cərimə, cəmi 2040,54 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında 08.03.2021ci il tarixdə müqavilə və 24.07.2021-ci il tarixdə bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 449 manat olan “Xiaomi Note 9 /364GB” markalı mobil telefon və alqısatqı qiyməti 2316 manat olan “İndesit İHVP 6.6LM K” markalı Aspirator, “Samsung WF8590NLW8D/YLP” markalı paltaryuyan maşın, “İndesit DF 5181 XM” markalı soyuducu və “Samsung VCC4520S36/XEV” markalı tozsoranı pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilə ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni mobil telefon, aspirator, paltaryuyan maşın, soyuducu və tozsoran Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilənin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən 08.03.2019-cu müqavilə üzrə ödənilməmiş qalmış 100 manat əsas borc, 33,3 manat cərimə, 24.07.2021-ci il müqavilə üzrə ödənilməmiş qalmış 1610,02 maant əsas, 297,22 manat cərimə, ümumilikdə 2040,54 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 08.03.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 27.04.2022-ci il tarixə yaranmış 100 manat əsas borc, 33,3 manat cərimə, 24.07.2021-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 27.04.2022-ci il tarixə yaranmış 1610,02 manat əsas, 297,22 manat cərimə həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40,41 manat, cəmi 2080,95 (iki min səksən manat, doxsan beş qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar