Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1151/2023 31.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********81413 “İphone 12” markalı telefon, «Samsung» paltaryuyan və İMEİ kodu **********48331 “Huawei Y Prime” markalı telefon almış və nəticədə 2111 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 705 manat (18 ay x 38,5 manat + 12 manat ilkin ödəniş) olan İMEİ kodu **********48331 “Huawei Y Prime” markalı telefon üçün ümumilikdə 42 manat olmaqla, ondan 38,4 ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3,6 manat cərimə; - xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1132,20 manat (18 ay x 62,90 manat + 0 manat ilkin ödəniş) olan «Samsung» paltaryuyan üçün ümumilikdə 511 manat olmaqla, ondan 464,80 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 46,20 manat cərimə; - xx.xx.2021-c il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2834,40 manat (12 ay x 236,2 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********81413 “İphone 12” markalı telefon üçün ümumilikdə 1558 manat olmaqla, ondan 1416,60 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 141,40 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2751,80 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı İMEİ kodu **********48331 “Huawei Y Prime” markalı telefon üçün 38,40 əsas borc, 3,60 manat cərimə, «Samsung» paltaryuyan üçün 464,80 manat əsas borc, 46,20 manat cərimə, İMEİ kodu **********81413 “İphone 12” markalı telefon üçün 1416,60 manat əsas borc, 141,40 manat cərimə, ümumilikdə 2111 manat borc, 41,11 manat dövlət rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Huawei Y Prime” markalı telefon 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 38,50 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 705 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh «Samsung» paltaryuyan 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 62,90 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 1132,20 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “İphone 12” markalı telefon 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 236,20 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 2834,40 manat təşkil edir. İş üzrə "xxxx" tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 38,40 əsas, 3,6 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 464,80 manat əsas, 46,20 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1416.60 manat əsas, 141,40 manat cərimə, cəmi 2111 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 705 manat olan “Huawei Y Prime” markalı telefon, alqı-satqı qiyməti 1132,20 manat olan «Samsung» paltaryuyan və alqı-satqı qiyməti 2834,40 manat olan “İphone 12” markalı telefon pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni alınmış mobil telefonlar və paltaryuyan Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən xx.xx.2020ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 38,40 əsas borc, 3,60 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 464,80 manat əsas borc, 46,20 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 1416,60 manat əsas borc, 141,40 manat cərimə, cəmi 2111 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixə yaranmış 38,40 borc, 3,60 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixə yaranmış 464,80 manat borc, 46,20 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixə yaranmış 1416,60 manat borc, 141,40 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 41,11 manat, cəmi 2152,11 (iki min yüz əlli iki manat, on bir qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1151/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1151/2023
31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver