Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1210/2022 31.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qızına qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qızına qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə 11.08.2019-cu il tarixli və 24.11.2020-ci il tarixli müqavilələrinə əsasən, Samsung LED Tv, LG Soyuducu, Gorenje Qabyuyan, Gorenje Plitə, HOFFMANN Aspirator, Gorenje Paltaryuyan, HP Kompüter, Microsoft Windows 10 proqram almış və nəticədə 1421 (min dörd yüz iyirmi bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 11.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 7106 (yeddi min yüz altı) manat (18 ay 393 manat + 32) manat ilkin ödəniş Samsung LED Tv, LG Soyuducu, Gorenje Qabyuyan, Gorenje Plitə, HOFFMANN Aspirator, Gorenje Paltaryuyan üçün ümumilikdə, 35 (otuz beş) manat olmaqla ondan, 35 (otuz beş) manat ödənilməmiş hissə, güzəşt olunaraq 0 (sıfır) manat cərimə miqdarında borcu yaranmışdır. 24.11.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 2842.2 (iki min səkkiz yüz qırx iki, iyirmi qəp) manat (18 ay x 157.9 manat + 0 manat ilkin ödəniş) HP Kompüter, Microsoft Windows 10 proqram üçün ümumilikdə 1386 (bir min üç yüz səksən altı) manat olmaqla ondan. 1260 (bir min iki yüz altmış) manat ödənilməmiş hissə, güzəşt olunaraq 126 (yüz iyirmi altı) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh 11.08.2019-cu il tarixli müqaviləsinə əsasən, Gorenje Qabyuyan, Gorenje Plitədən 16.08.2019-cu il tarixində imtina etmiş və məhsul 1982 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 11.08.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 5089 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1982 manat, ümumilikdə, 7071 manat təşkil edir. Digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 1582.2 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış 11.08.2019-cu il və 24.11.2020-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki. cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 24.03.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.. Göstərilənlərə əsasən iddiaçı 11.08.2019-cu il tarixli müqaviləsinə əsasən amsung LED Tv, LG Soyuducu, Gorenje Qabyuyan. Gorenje Plitə. HOFFMANN Aspirator, Gorenje Paltaryuyan üçün 35 (otuz beş) manat ödənilməmiş hissə, güzəşt olunaraq 0 (sıfır) manat cərimə və 24.11.2020-ci il tarixli müqaviləyə əsasən HP Komputer, Microsoft Windows 10 proqramı üçün 1260 manat( bir min iki yüz altmış ) manat ödənilməmiş hissə, güzəşt olaraq 126(yüz iyirmi altı) manat cərimə, ümumilikdə 1421 manat borc, 34,21 manat dövlət rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 11 avqust 2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Samsung LED Tv”, “LG” Soyuducu, “Gorenje” Qabyuyan, “Gorenje” Plitə, “HOFFMANN” Aspirator, “Gorenje” Paltaryuyan 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 393 manat +35 manat ilkin ödəniş) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 7106 (yeddi min yüz altı) manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 24 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh HP Kompüter, Microsoft Windows 10 proqram 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 157,9 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 2842.2 (iki min səkkiz yüz qırx iki iki qəpik) manat təşkil edir. İş üzrə "xxxx" tərəfindən verilmiş 10.05.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 11.08.2019-cu il tarixli müqavilə üzrə 35 manat əsas, 0 manat cərimə, 24.11.2020-ci il tarixli müqavilə üzrə 1260 manat əsas, 126 manat cərimə, cəmi 1421 manat borcu var. Cavabdeh 11.08.2019-cu il tarixli müqaviləsinə əsasən, Gorenje qabyuyan, Gorenje Plitədən 16.08.2019-cu il tarixində imtina etmiş və məhsulun 1982 manat qiymətləndirilib borcundan silinmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında 11.08.2019cu il tarixdə və 24.11.2020-ci il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 7106 manat olan Samsung LED Tv, LG Soyuducu, Gorenje Qabyuyan, Gorenje Plitə, HOFFMANN Aspirator, Gorenje Paltaryuyan və alqı-satqı qiyməti 2842.2 manat olan HP Kompüter, Microsoft Windows 10 proqram pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni alınmış Samsung LED Tv, LG Soyuducu, Gorenje Qabyuyan, Gorenje Plitə, HOFFMANN Aspirator, Gorenje Paltaryuyan HP Kompüter, Microsoft Windows 10 Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən 11.08.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 35 manat əsas borc, 0 manat cərimə, 24.11.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 1260 manat əsas borc, 126 manat cərimə, cəmi 1421 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh oğlundan "xxxx" MMC-nin xeyrinə 11.08.2019-cu il tarixli 00839580 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 10.05.2022-ci il tarixə yaranmış 35 manat əsas borc, 0 manat cərimə, 24.11.2020-ci il tarixli 22067575 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 10.05.2022-ci il tarixə yaranmış 1260 manat əsas borc, 126 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 34,21 manat, cəmi 1455,21 (min dörd yüz əlli beş manat, iyirmi bir qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1210/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1210/2022
31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver