Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1220/2025 11.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri 28 saylı notariat ofisinə qarşı mirasın qəbul edilməsi vaxtının uzadılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 28 saylı notariat ofisinə qarşı mirasın qəbul edilməsi vaxtının uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun mərhum atası X7 xx.xx.1956-cı il tarixdə mərhum anası X5 ilə nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.1979-cu il təvəllüdlü İddiaçı, xx.xx.1983-cü il təvəllüdlü Qafarova (Tağıyeva) Reyhan Əhməd qızı, xx.xx.1961-ci il təvəllüdlü X17, xx.xx.1977-cı il təvəllüdlü Süleymanova (Tağıyeva) Rəsmiyyə Əhməd qızı, xx.xx.1973-cü il təvəllüdlü Məmmədova (Tağıyeva) Aygün Əhməd qızı, xx.xx.1968-ci il təvəllüdlü Səlimli (Tağıyeva) Fərqanə Əhməd qızı, xx.xx.1962-ci il təvəllüdlü X18, xx.xx.1981-ci il təvəllüdlü X14 və xx.xx.1959-cu il təvəllüdlü X9 analan olmuşdur. Mərhum atası X7 xx.xx.1990-cı il tarixdə, mərhum anası X5 isə xx.xx.2002-ci il tarixdə vəfat etmişlər. Mərhum atası sağlığında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1ci Badamdar küçəsində yerləşən 33 saylı fərdi yaşayış evini almışdır. Həmin fərdi yaşayış evi 1969-cu ildən mərhum atasının adına qeydiyyatdan keçmiş və hazırda da mülkiyyətindədir. Mərhum atası və anası vəfat etməmişdən əvvəl onunla birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Badamdar küçəsində yerləşən 33 saylı fərdi yaşayış evində yaşamışlar və o, hazırda anadan həmin fərdi yaşayış evində yaşayır. Digər qardaş və bacıları ayrı yaşayırlar. Mərhum atası və anası vəfat etdikdən sonra Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Badamdar küçəsində yerləşən 33 saylı fərdi yaşayış evində yaşamaqla atasından qalmış həmin əmlakı miras olaraq faktiki qəbul etmişdir. Lakin üzrlü səbəblərdən evə dair sənədin əldə edilməməsi və maddi imkansızlıqdan bugünə bu barədə notariat ofisinə yaxınlaşmamışdır. O, yalnız 2025-ci ilin əvvəllərində 28 saylı Notariat Ofisinə müraciət edərək xx.xx.1990-cı ildə vəfat etmiş atası X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Hətta digər bacı-qardaşları da notariat ofisinə gələrək rəsmi ərizə ilə paylarından onun xeyrinə olmaqla imtina etmişlər. Buna baxmayaraq maraqlı şəxs olan 28 saylı Notariat ofisi müddətin ötürülməsi səbəbindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edərək məhkəməyə müraciət etməsini bildirmişlər. Göstərilənləri nəzərə alaraq iddiaçı xx.xx.1990cı ildə vəfat etmiş X2 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Badamdar küçəsində yerləşən 33 saylı fərdi yaşayış evinə dair miras hüququnun tanınmasına görə vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün keçirilmiş müddətin bərpa edilərək müddətin uzadılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Bakı şəhəri 28 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli 3-16-5/8-700- 69/24 nömrəli arayışın surətinə əsasən X7 və X5 arasında xx.xx.1956-cı il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 40 №-li akt qeydi icra edilmişdir. Nikahdan bağlandıqdan sonra ərə Tağıyev, arvada Süleymanova soyadı verilmişdir. Qeyd: Nikaha Ə.İddiaçı xx.xx.1990-cı ildə ölməsi (ölüm xx.xx.1990-cı il 236 No-li akt qeydi ilə Səbail rayon qeydiyyat şöbəsində qeydə alınmışdır). X.V.Süleymanovanın xx.xx.2022-ci ildə ölməsi (ölüm xx.xx.2022-ci il 270 No-li qeyd ilə Səbail rayon qeydiyyat şöbəsində qeydə alınmış)) ilə bağlı xitam verilmişdir. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, ata qrafasında X7, ana qrafasında X6 göstərilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X7 xx.xx.1990-cı ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1990-cı il tarixdə 286 No ilə qeyd edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X6 xx.xx.2002-cı ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2002-ci il tarixdə 270 No ilə qeyd edilmişdir. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ünvan 1 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X3 adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci badamdar, 33 saylı fərdi yaşayış evi xx.xx.1969-cu il tarixdə ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş üzrə X10, X17, X4, X11, X12,X18, X14, X13 tərəfindən notarial qaydada ayrı-ayrılıqda yazılmış xx.xx.2025-ci il tarixli ərizələrdən görünür ki, xx.xx.1990-cı il tarixdə vəfat etmiş atası X3 ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaklardan onlara çatası pay qəbul etməmişlər, etmirlər, etmək niyyətində deyillər. Adların qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmirlər. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbi olmayacaqdır. Bakı şəhəri 28 saylı notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 143 saylı məktubundan görünür ki, İddiaçı Bakı şəhəri 28 saylı notariat ofisinə müraciət edərək xx.xx.1990-cı il tarixdə vəfat ktmiş X2 miras qalmış əmlaka dair vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Ərizəsində istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişiklərə səbəb olacağını nəzərə alaraq mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə təsdiq olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumu bu qərara gəlmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaracaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. İddiaçı isə vərəsəlik münasibətləri qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun qərarından əvvəl yarandığından və eyni zamanda məhkəmənin icraatında həmin qərarları əvvəl olmadığından mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət bərpa edilmədən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkünsüzdür. İş üzrə Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiştxx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən ünvan 3 ünvanında qeydiyyatdadır və yaşayır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının atası X7 xx.xx.1956-cı ildə iddiaçının anası X5 ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.1979-cu il təvəllüdlü İddiaçı, xx.xx.1983-cü il təvəllüdlü Qafarova (Tağıyeva) Reyhan Əhməd qızı, xx.xx.1961-ci il təvəllüdlü X17, xx.xx.1977-ci il təvəllüdlü Süleymanova (Tağıyeva) Rəsmiyyə Əhməd qızı, xx.xx.1973-cü il təvəllüdlü Məmmədova (Tağıyeva) Aygün Əhməd qızı, xx.xx.1968-ci il təvəllüdlü Səlimli (Tağıyeva) Fərqanə Əhməd qızı, xx.xx.1962-ci il təvəllüdlü X18, xx.xx.1981-ci il təvəllüdlü X14 və xx.xx.1959cu il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Badamdar küçəsində yerləşən 33 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçının atası X3 mülkiyyətində olmuşdur. İddiaçının atası X7 xx.xx.1990-cı ildə, anası X6 isə xx.xx.2002-ci ildə vəfat etmişlər. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının bacı-qardaşları notarial qaydada ərizə yazaraq xx.xx.1990-cı il tarixdə vəfat etmiş ataları X1 onlara çatacaq mirasdan onlara çatan payları qəbul etməmişlər, etmirlər, etmək niyyətində deyillər, adların qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə salınmasını istəmirlər. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbindən görünür ki, mərhum atası sağlığında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Badamdar küçəsində yerləşən 33 saylı fərdi yaşayış evini almışdır. Həmin fərdi yaşayış evi 1969-cu ildən mərhum atasının adına qeydiyyatdan keçmiş və hazırda da mülkiyyətindədir. Mərhum atası və anası vəfat etməmişdən əvvəl onunla birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Badamdar küçəsində yerləşən 33 saylı fərdi yaşayış evində yaşamışlar və hazırda o, anadan həmin fərdi yaşayış evində yaşayır. Digər qardaş və bacıları ayrı yaşayırlar. Mərhum atası və anası vəfat etdikdən sonra Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Badamdar küçəsində yerləşən 33 saylı fərdi yaşayış evində yaşamaqla atasından qalmış həmin əmlakı miras olaraq faktiki qəbul etmişdir. Lakin üzrlü səbəblərdən evə dair sənədin əldə edilməməsi və maddi imkansızlıqdan bugünə bu barədə notariat ofisinə yaxınlaşmamışdır. O, yalnız 2025-ci ilin əvvəllərində 28 saylı Notariat Ofisinə müraciət edərək xx.xx.1990-cı ildə vəfat etmiş atası X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Hətta digər bacı-qardaşları da notariat ofisinə gələrək rəsmi ərizə ilə paylarından onun xeyrinə olmaqla imtina etmişlər. Buna baxmayaraq maraqlı şəxs olan 28 saylı Notariat ofisi müddətin ötürülməsi səbəbindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edərək məhkəməyə müraciət etməsini bildirmişlər. Bu səbəbdən iddiaçı xx.xx.1990-cı ildə vəfat etmiş X2 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Badamdar küçəsində yerləşən 33 saylı fərdi yaşayış evinə dair miras hüququnun tanınmasına görə vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün keçirilmiş müddətin bərpa edilərək müddətin uzadılmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Məhkəmə qeyd edir ki, göstərilən Plenum Qərarında vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab verməməsi, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxarması, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməməsi qeyd edilərək qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsənin mirası qəbul etmiş vərəsə hesab edilməsi və vərəsələr arasında miras əmlakın bölüşdürülməsinin Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməsi qərara alınsa da, Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə tətbiq edilməsi nəzərdə tutulmuşdur. Hazırkı hüquq münasibəti qeyd edilən Qərardan əvvəl yarandığı üçün məhkəmə verilmiş tələblə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə ilk növbədə qeyd edir ki, vərəsəlik hüquq münasibətləri dedikdə, vərəsəlik hüququ ilə tənzimlənən elə ictimai münasibətlər başa düşülür ki, həmin münasibətlər mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə etməsi prosesində yaranır. Nə mirasın açılması, nə şəxsin vərəsəlik hüququ əldə etməsi, nə də onun vərəsəliyə çağırılması miras əmlakı əldə etmək üçün kifayət etmir. Göstərilən hüquqi faktlar şəxsə yalnız miras əmlakı əldə etmək şansı (imkanı) verir. İddiaçı tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, o, miras əmlakın əldə edilməsinə öz razılığını bildirsin və bunu ifadə etsin. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olduğuna görə hüquqi hərəkətdir. Yəni mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısı olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasnə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Qeyd edilən Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, miras qoyanın vərəsələrindən heç biri miras əmlakı faktiki qəbul etməmişlər. Bununla belə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı atasına məxsus evində anadan olmaqla valideynlərlə birlikdə orada yaşamışdır, hazırda da orada yaşaşır və atasından qalmış miras əmlakı faktiki olaraq qəbul etmişdir, lakin maddi imkansızlığından bu barədə notariat ofisinə müraciət etməmişdir. Məhkəmə qeyd edir ki,qanunvericilik mirasın vərəsələr tərəfindən qəbul edilməsinin müddətlərini müəyyən edir. Qanunla müəyyən edilmiş müddət ötürüldüyü halda həmin müddətin uzadılması barədə vərəsə həmin müddətin ötürülməsinin üzrlü hesab edilməsini məhkəmədən xahiş edə bilər. Məhkəmə tərəfindən gecikmiş vərəsənin miras payı qəbul etmə müddəti uzadıldıqda onun miras payı almaq hüququ bərpa edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə İddiaçı mərhum X2 qalan mirasın qəbul edilməsi ilə bağlı iradə ifadəsinin olmasını, lakin bunun üçün müəyyənləşdirilmiş müddəti ötürülməsini üzrlü hesab edərək belə qənaətə gəlir ki, həmin müddətin 2 ay uzadılması məqsədəuyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X3 11 aprel 1990-cı il tarixdə vəfatından sonra qalmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1ci Badamdar küçəsində yerləşən 33 saylı fərdi yaşayış evi üzərində mirasın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması səbəbləri üzrlü hesab edilməli və hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq miras əmlakın qəbul edilməsi müddəti 2 (iki) ay uzadılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə…
QƏT ETDİ:
İddia təmin edilsin. X3 11 aprel 1990-cı il tarixdə vəfatından sonra qalmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Badamdar küçəsində yerləşən 33 saylı fərdi yaşayış evi üzərində mirasın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması səbəbləri üzrlü hesab edilsin və hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq miras əmlakın qəbul edilməsi müddəti 2 (iki) ay uzadılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev