Məhkəmə qərarları › İş №e-2(009)-1222/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1222/2022

13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1222/2022 13.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh tərəfindən idarə olunan 14.12.2019-cu il tarixində ** XT *** dövlət qeydiyyat nişanlı Hyundai İX-35 markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır Cavabdeh 08.02.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində ** PC *** dövlət qeydiyyat nişanlı Khazar LX markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, cavabdeh yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Bununla bağlı DYP əməkdaşı tərəfindən İXP3089383 saylı inzibati tənbeh vermə haqqında protokol tərtib olunmuşdur."xxxx" ASC tərəfindən tərtib olunmuş zərər dəymiş nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən 290,00 manat məbləğində zərər müəyyən edilmişdir. "xxxx" ASC-nin sığorta aktlarına əsasən dəymiş zərərin bərpası üçün 235,00 (iki yüz otuz beş) manat sığorta ödənişinin zərərçəkən şəxsin şəxsi hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Cavabdehə ödənilmiş məbləğin şirkətin hesabına ödənilməsi barədə bildiriş göndərilmiş lakin cavabdeh tələb olunan məbləği ödəməmişdir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsində Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilmişdir. Mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində digər avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Beləliklə, "xxxx" ASC tərəfindən ödənilmisi 235.00 (iki yüz otuz beş) manat məbləğində sığorta ödənişinin əvəzi subroqasiya qaydasında Cavabdeh tutulmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 235,00 (iki yüz otuz beş) manat məbləğində sığorta ödənişinin əvəzi 30,00 manat dövlət rüsümu və 0.40 bank xidməti xərcinin pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş PPA********** saylı icbari sığorta müqaviləsinə dair məlumata əsasən X1 məxsus “Hyudai İX 35” markalı ** XT *** dövlət nömrə nişanlı avtobus 14.12.2019-cu il tarixdən 14.12.2020-ci il tarixədək sığortalanmışdır. İş üzrə Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş 08.02.2020-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Cavabdeh AR İXM-nın 327.6-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. İş üzrə AR DİN BDYPİ tərəfindən verilmiş nəqilyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Khazar Lx minik” markalı 99PC036 dövlət nömrə nişanlı sedan "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. İş üzrə AR DİN BDYPİ tərəfindən verilmiş nəqilyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən «Hyundai İX 35» minik markalı ** XT *** dövlət nömrə nişanlı avtomobil Cavabdeh adına qeydiyyata alınmışdır. İş üzrə "xxxx" ASC tərəfindən tərtib edilmiş 24.02.2022-ci il tarixli “Zərər dəymiş avto nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” hesabata əsasən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "xxxx" MMC-yə məxsus «Khazar LX» markalı 99PC036 dövlət nömrə nişanlı avtomaşına dəymiş zərərin ümumi məbləği 235,00 manat müəyyən edilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən tərtib edilmiş 28.02.2020-ci il tarixli “Sığorta aktına” əsasən 14.12.2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "xxxx" MMC-yə məxsus «Khazar LX» markalı 99PC036 dövlət nömrə nişanlı avtomaşına 235,00 manat ziyan dəymiş və bununla bağlı 235,00 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan 05.03.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, «Khazar LX» markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomaşına 235 manat məbləğində sığorta ödənişi edilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 01.06.2020-ci il tarixli 1820/İ saylı məktubdan görünür ki, 08.02.2020-ci il tarixdə, "xxxx" ASC tərəfindən «Avtonəqliyyat vasitələrinin tam sığortası» növü üzrə sığortalanmış 99PC036 dövlət qeydiyyat nişanlı «Khazar LX» markalı avtonəqliyyat vasitəsinə, 14.12.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində onun tərəfindən idarə olunan «Hyundai İX-35» markalı avtonəqliyyat vasitəsi tərəfindən zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən 235,00 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Subroqasiya hüququna əsasən 235,00 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində "xxxx" ASCnin bank hesabına ödənilməsi xahiş olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsində Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilmişdir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh 14.12.2019-cu il tarixdə idarə etdiyi “Hyundai İX 35 “ markalı avtomaşınla yol- nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayınmış, hadisə nəticəsində “Xazar LX” markalı nəqliyyat vasitsinə maddi ziyan vurulmuş, sığorta təşkilatı tərəfindən sığorta məbləği həmin avtomaşının mülkiyyətçisinə ödənildiyindən iddiaçının subroqasiya qaydasında cavabdehə qarşı tələb hüququ yaranmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə, həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Göstərilən Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. AR Mülki Məcəlləsinin 1096-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İş materialları ilə müəyyən edilmişdir ki, sığorta müqaviləsi qüvvədə olduğu vaxt sığortalı "xxxx" MMC-nin mülkiyyətində olan «Khazar LX» markalı 99PC036 dövlət nömrə nişanlı avtomaşına 14.12.2019-cu il tarixdə cavabdehin qanuni əsaslarla idarə etdiyi «Hyudai İX-35» markalı 10XT035 dövlət nömrə nişanlı avtomaşın tərəfindən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ziyan yetirilmiş və tərtib edilmiş ziyan aktına əsasən həmin ziyan məbləği 235,00 manat məbləğində müəyyən edilmişdir. İş materialları ilə digər tərəfdən müəyyən edilmişdir ki, "xxxx" MMC-yə sığorta şirkəti tərəfindən 235,00 manat məbləğində pul sığorta ödənişi kimi ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sığorta hadisəsi ilə əlaqədar sığortalıya sığorta ödənişi ödənildiyindən, hadisəni törədən sürücü (cavabdeh) hadisə yerindən yayındığından sığortaçının ödənilmiş ziyanın əvəzi miqdarında subroqasiya qaydasında tələb hüququ yaranmışdır. İş materiallarında olan 08.02.2020-ci il tarixli inzibati xəta haqqında protokolla təsdiq edilmişdir ki, 08.02.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində cavabdeh hadisə yerindən yayınmışdır . Beləliklə məhkəmə toplanmış sübutlara məcmu şəklinində qiymət verərək hesab edir ki, vurulmuş ziyan iddiaçı təşkilat tərəfindən sığorta məbləği kimi ödənildiyindən, hadisəni törədən sürücü hadisədən sonra, hadisə yerindən yayındığından, belə olan halda isə iddiaçının vurulmuş ziyanı subroqasiya qaydasında tələb etmək hüququ yarandığından və həmin ziyanın ödənilməsinin cavabdehin üzərinə qoyulması qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından yol verildiyindən, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 235,00 manat məbləğində sığorta ödənişinin əvəzi tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğudan iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə 235,00 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat, cəmi 265,40 (iki yüz altımış beş mana qırx qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar