Məhkəmə qərarları › İş №e-2(009)-1231/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1231/2025

03.07.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1231/2025 03.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) İddiaçı Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, SOCAR-ın İddiaçı istismarında olan Bibiheybət- Yasamal Dş-300 mm-lik yeraltı neft kəmərinin 2,4 km-də (39 T 399097; 4467091) boş ərazidə boru kəmərindən 30 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci massiv, 4-cü küçəsi ünvanında Cavabdeh məxsus fərdi yaşayış evi, hasar, darvaza, dəmir dirək və şlaqbaum faktı aşkar edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı SOCAR-ın İddiaçı istismarında olan Bibiheybət-Yasamal Dş-300 mm-lik yeraltı neft kəmərinin 2,4 km-də (39 T 399097; 4467091) boş ərazidə boru kəmərindən 30 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci massiv, 4-cü küçəsi ünvanında Cavabdeh məxsus fərdi yaşayış evinin, hasarın, darvazanın, dəmir dirəklərin və şlaqbaumun cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank, Xətai filialı: VÖEN: **********1, H/h: AZ33AİİB********************, KOD: 200071, M/h: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, mübahisəli sahəyə baxış keçirib, müvafiq ölçmə aparıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş üzrə SOCAR Təhlükəsizlik İdarəsinin 3 saylı komandasının qarovul rəisi X2, mühafizəçi X3 və NKİ QİB NBKXS-nin rəisi X1 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə 2 saylı qarovulun 2-ci iş növbəsində saat 00:10-da 11 saylı postun (NKl-nin Bibiheybət-Yasamal Dş-300 mm-lik magistral neft boru kəmərinin mühafizəsi üzrə avtomobildə səyyar) ərazisində Səbail rayonu Badamdar qəsəbəsi, 2-ci massiv 4-cü küçə ünvanında, Bibiheybət-Yasamal Dş-300 mm-lik yeraltı magistral neft kəmərinin 2.4-cü km-də 39T 399097; ******* saylı koordinat üzrə boş ərazidə, boru kəmərinə perpendikulyar 30 metr məsafədən başlayaraq çoxalan istiqamətdə 1 metr hündürlüyündə 2 metr ara məsafələrlə 6 ədəd dəmir dirəklərin qazılaraq basdırılması və ağ-qırmızı rənglənməsi, 1 ədəd şlaqbaum mexanizmi üçün 0.30m x 0.30m ölçülərdə səthin qazılaraq üzərinə beton örtüyün verilməsi işləri əməkdaşları tərəfindən aşkarlanmışdır. Sözügedən ərazidə heç kim olmadığından görülən işin kim tərəfindən aparıldığını müəyyənləşdirmək üçün DİN-in 102 qaynar xəttinə (serjant Mirbağırova) məlumat verilmiş, saat 02:18-də DİN-in 41-ci polis bölməsinin növbətçi hissəsindən (mob:***-***-**-**) zəng vuraraq araşdırılma aparılmağı bildirilmişdir. Faktla bağlı QİB-in NKl-nin xətt nəzarətçisi R.Məhərrəmova və komanda rəhbərliyinə məlumat verilmiş, fotoşəkillər çəkilərək akta əlavə olunmuşdur. İş üzrə SOCAR Təhlükəsizlik İdarəsinin 3 saylı komandasının qarovul rəisi X2, mühafizəçi X3 və NKİ QİB NBKXS-nin rəisi X1 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə 2 saylı qarovulun 1-ci iş növbəsində saat 16:30-da 11 saylı postun (NKİ-nin Bibiheybət-Yasamal Dş-300 mm-lik magistral neft boru kəmərinin mühafizəsi üzrə avtomobildə səyyar) ərazisində Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci massiv 4-cü küçə ünvanında, Bibiheybət-Yasamal Dş-300 mm-lik yeraltı magistral neft kəmərinin 2.4-cü km-də 39T 399097,4467091 saylı koordinat üzrə boş ərazidə, boru kəmərinin 45 m-də şlaqbaum qurğusunun quraşdırılması əməkdaşları tərəfindən aşkarlanmışdır. Ev sahibi kimi özünü təqdim edən Cavabdeh görülən qanunazidd işlə bağlı yazılı xəbərdarlıq təqdim etsələr də, vətəndaş imtina edərək şəxsiyyət vəsiqəsini təqdim etməmişdir. Sözügedən ərazidəki işlə bağlı xx.xx.2025-ci il tarixində DİN-in 102 qaynar xəttinə məlumat verilərək 41 PB-də araşdırılma aparıldığı bildirilmişdir. Təhqiqatçı Emil adlı şəxs vətəndaş Cavabdeh cərimə tətbiq edildiyini və hadisə ilə bağlı SOCAR Baş ofisinin rəsmi müraciəti ilə polis orqanına müraciət etməsini bildirmişdir. Faktla bağlı QİB-in NKİ-nin xətt nəzarətçisi R.Məhərrəmova və komanda rəhbərliyinə məlumat verilmiş, fotoşəkillər çəkilərək akta əlavə olunmuşdur. Bu barədə NKİ QİB-ə və Tl-nin XTŞ-nin növbə rəisinə məlumat verilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, SOCAR İddiaçı istismarında olan Bibiheybət- Yasamal Dş-300 mm-lik yeraltı neft kəmərinin yaxınlığında neft boru kəmərinin mühafizə zonasında Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci massiv, 4-cü küçəsi ünvanında Cavabdeh tərəfindən özbaşına tikinti işləri aparılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh tərəfindən özbaşına olaraq iddiaçıya ayrılmış torpaq sahəsində tikinti aparılmışdır və həmin tikintinin aparılması üçün qanunda nəzərdə tutulmuş hər hansı icazə alınmamışdır. Digər tərəfdən həmin tikili İddiaçı istismarında olan Bibiheybət-Yasamal Dş-300 mm-lik magistral neft kəmərinin mühafizə ərazisində yerləşir. Bu səbəbdən iddiaçı həmin tikintinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən mübahisəli ünvana keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci massiv 4-cü küçə ünvanında Cavabdeh yaşadığı yaşayış evindən SOCAR-ın İddiaçı istismarında olan Bibiheybət-Yasamal DŞ-300 mm-lik neft kəmərindən yaşayış evinin torpaq sahəsinin sərhəd hasarına qədər olan məsafə 38,0 metr təşkil etdiyi və həmin torpaq sahəsində yeni yaşayış evinin inşa edilməsi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən həmin tikinti iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində aparıldığı üçün və həmin tikili statusuna görə özbaşına olduğu üçün, eyni zamanda həmin tikili yeraltı neft kəmərinin mühafizə zolağında yerləşdiyi üçün, iddiaçı mübahisəli tikilinin sökülməsi tələbi ilə məhkəmədə çıxış etməkdə tam haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göstərilən Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmçinin həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəyə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən isə özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmçinin həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən mühafihə zonası boru kəmərləri oxunun hər tərəfidən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. Beləliklə məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, mübahisəli özbaşına tikili “Neft Kəmərlər” İdarəsinin istismarında olan neft kəmərin mühafizə zonasında kəmərdən 38 metr aralı məsafədə inşa olunduğundan və həmin tikili həm İddiaçı razılığı, həm qanunla nəzərdə tutulmuş icazələr alınmadan inşa edildiyindən və statusuna görə özbaşına hesab olunduğundan, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğundan, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia təmin edilsin. ünvan 4 ünvanında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı istismarında olan Bibiheybət-Yasamal Dş-300 mm-lik yeraltı neft kəmərinin 2,4 km-də (39 T 399097; 4467091) boş ərazidə boru kəmərindən 38 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilən bütün qanunsuz tikililər (fərdi yaşayış evi, hasar, darvaza, dəmir dirək və şlaqbaum) Cavabdeh vəsaiti hesabına sökülsün, cavabdeh həmin ərazidən çıxarılsın. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı xeyrinə (SOCAR-ın İddiaçı bank hesabı: (Kapitalbank, Xətai filialı: VÖEN: **********1, H/h: AZ33AİİB********************, KOD: 200071, M/h: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar