Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1298/2025 24.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı MMC-nin - Cavabdeh qarşı “borc” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin - Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən. SAMSUNG 25W COMPACT CHARGER, İMEİ KODU **********72013 SAMSUNG GALAXY S23 FE markalı telefon üçün 1187.10 (min yüz səksən yeddi manat, 10 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 118,71 (yüz on səkkiz manat, 71 qəpik) manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, imei kodu R52X30BPV3A SAMSUNG GALAXY TAB S6 LİTE WİFİ markalı planşet üçün 408.30 (dörd yüz səkkiz manat, 30 qəpik) manat ödənilməmiş hissə, 40.83 (qırx manat, 83 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən. İMEİ KODU **********28474 OPPO A38 markalı telefon almış üçün 142.70 (yüz qırx iki manat, 70 qəpik) manat ödənilməmiş hissə, 14.27 (on dörd manat, 27 qəpik) manat cərimə, ümumilikdə 1935.51 (bir min doqquz yüz otuz beş manat əlli bir qəpik) manat borc və 39.36 (otuz doqquz manat otuz altı qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə “ABC TELECOM" MMC arasında bağlanmış xx.xx.2024-cti il, xx.xx.2024-cü il, xx.xx.2024-eü il tarixli müqavilələrə əsasən. SAMSUNG 25W COMPACT CHARGER, İMEİ KODU **********72013 SAMSUNG GALAXY S23 FE markalı telefon, imei kodu R52X30BPV3A SAMSUNG GALAXY TAB S6 LİTE WİFİ markalı planşet, İMEİ KODU **********28474 OPPO A38 markalı telefon almış və nəticədə 1935.51 (min doqquz yüz otuz beş manat, 51 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin, şərtlərini pozmuş və nəticədə xx.xx.2024-eü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1323.04 (min üç yüz iyirmi üç manat,04 qəpik) manat (12 ay x 107.92 manat + 28 manat ilkin ödəniş) olan SAMSUNG 25W COMPACT CHARGER, İMEİ KODU **********72013 SAMSUNG GALAXY S23 FE markalı telefon üçün ümumilikdə, 1329.41 (min üç yüz iyirmi doqquz manat, 41 qəpik) manat olmaqla ondan, 1187.10 (min yüz səksən yeddi manat, 10 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 118,71 (yüz on səkkiz manat, 71 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 699.96 (altı yüz doxsan doqquz manat,96 qəpik) manat (12 ay x 58.33 manat +0 manat ilkin ödəniş) olan imei kodu R52X30BPV3A SAMSUNG GALAXY TAB S6 LİTE WİFİ markalı planşet üçün ümumilikdə, 449.13 (dörd yüz qırx doqquz manat, 13 qəpik) manat olmaqla ondan, 408.30 (dörd yüz səkkiz manat, 30 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 40.83 (qırx manat,83 qəpik) manat cərimə; xx.xx.2024-cü ii tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 428.04 (dörd yüz iyirmi səkkiz manat, 04 qəpik) manat (12 ay x 35.67 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********28474 OPPO A38 markalı telefon almış, ümumilikdə, 156.97 (yüz əlli altı manat, 97 qəpik) manat olmaqla ondan. 142.70 (yüz qırx iki manat,70 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14.27 (on dörd manat, 27 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 712.94 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa. müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penva ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-eü ii tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirslərdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh ilə “ABC TELECOM" MMC arasında bağlanmış xx.xx.2024-cti il, xx.xx.2024-cü il, xx.xx.2024-eü il tarixli müqavilələrə əsasən. SAMSUNG 25W COMPACT CHARGER, İMEİ KODU **********72013 SAMSUNG GALAXY S23 FE markalı telefon, imei kodu R52X30BPV3A SAMSUNG GALAXY TAB S6 LİTE WİFİ markalı planşet, İMEİ KODU **********28474 OPPO A38 markalı telefon almış və nəticədə 1935.51 (min doqquz yüz otuz beş manat, 51 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin, şərtlərini pozmuş və nəticədə xx.xx.2024-eü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1323.04 (min üç yüz iyirmi üç manat,04 qəpik) manat (12 ay x 107.92 manat + 28 manat ilkin ödəniş) olan SAMSUNG 25W COMPACT CHARGER, İMEİ KODU **********72013 SAMSUNG GALAXY S23 FE markalı telefon üçün ümumilikdə, 1329.41 (min üç yüz iyirmi doqquz manat, 41 qəpik) manat olmaqla ondan, 1187.10 (min yüz səksən yeddi manat, 10 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 118,71 (yüz on səkkiz manat, 71 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 699.96 (altı yüz doxsan doqquz manat,96 qəpik) manat (12 ay x 58.33 manat +0 manat ilkin ödəniş) olan imei kodu R52X30BPV3A SAMSUNG GALAXY TAB S6 LİTE WİFİ markalı planşet üçün ümumilikdə, 449.13 (dörd yüz qırx doqquz manat, 13 qəpik) manat olmaqla ondan, 408.30 (dörd yüz səkkiz manat, 30 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 40.83 (qırx manat,83 qəpik) manat cərimə; xx.xx.2024-cü ii tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 428.04 (dörd yüz iyirmi səkkiz manat, 04 qəpik) manat (12 ay x 35.67 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********28474 OPPO A38 markalı telefon almış, ümumilikdə, 156.97 (yüz əlli altı manat, 97 qəpik) manat olmaqla ondan. 142.70 (yüz qırx iki manat,70 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14.27 (on dörd manat, 27 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 712.94 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən "xxxx" MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda İddiaçı MMC-nin məhkəmə qaydasında Cavabdeh xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən cəmi 1935.51 manat ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən. SAMSUNG 25W COMPACT CHARGER, İMEİ KODU **********72013 SAMSUNG GALAXY S23 FE markalı telefon üçün 1187.10 (bir min yüz səksən yeddi manat, 10 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 118,71 (yüz on səkkiz manat, 71 qəpik) manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, imei kodu R52X30BPV3A SAMSUNG GALAXY TAB S6 LİTE WİFİ markalı planşet üçün 408.30 (dörd yüz səkkiz manat, 30 qəpik) manat ödənilməmiş hissə, 40.83 (qırx manat,83 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən. İMEİ KODU **********28474 OPPO A38 markalı telefon almış üçün 142.70 (bir yüz qırx iki manat, 70 qəpik) manat ödənilməmiş hissə, 14.27 (on dörd manat, 27 qəpik) manat cərimə, ümumilikdə 1935.51 (bir min doqquz yüz otuz beş manat əlli bir qəpik) manat borc və 39.36 (otuz doqquz manat otuz altı qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG 25W COMPACT CHARGER, İMEİ KODU **********72013 SAMSUNG GALAXY S23 FE markalı telefon üçün 1187.10 (bir min yüz səksən yeddi manat, 10 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 118,71 (bir yüz on səkkiz manat, 71 qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, imei kodu R52X30BPV3A SAMSUNG GALAXY TAB S6 LİTE WİFİ markalı planşet üçün 408.30 (dörd yüz səkkiz manat, 30 qəpik) manat ödənilməmiş hissə, 40.83 (qırx manat, 83 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən. İMEİ KODU **********28474 OPPO A38 markalı telefon almış üçün 142.70 (bir yüz qırx iki manat, 70 qəpik) manat ödənilməmiş hissə, 14.27 (on dörd manat, 27 qəpik) manat cərimə, ümumilikdə 1935.51 (bir min doqquz yüz otuz beş manat əlli bir qəpik) manat borc və 39.36 (otuz doqquz manat otuz altı qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1298/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1298/2025
24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver