Məhkəmə qərarları › İş №e-2(009)-1302/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1302/2022

13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1302/2022 13.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı QSC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, fiziki şəxs X6 ilə Cavabdeh arasında bağlanmış ALK003055 saylı 25.08.2021-ci il tarixli Nisyə Alq ı- satqı müqaviləsinə əsasən cavabdeh 450 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı MMC ilə X6 arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən X6-nin Cavabdeh qarşı olan 450 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir Ferrum Kapital MMC 18.11.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC yə çevrilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki,cavabdehin bugünə 375 manat əsas borcu, 56.25 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəfimizdən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh İddiaçı QSC-nin xeyrinə ALK003055 saylı 25.08.2021-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 375 AZN borcun, 56.25 AZN cərimə borcunun, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə “Satıcı” qismində fiziki şəxs (VÖEN **********) X4 ilə “Alıcı” qismində Cavabdeh arasında bağlanılmış 25.08.2021-ci il tarixli, ALK003055 saylı nisyə alqı-satqı müqaviləsinə və həmin müqaviləyə 1 saylı Əlavəyə əsasən satıcı A.Əliyev Anchee 215.55.16 əmlakı 4 ədəd olmaqla 6 ay müddətinə ödənilmək şərti ilə (ayda 67,5 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 450 manat təşkil edir. İş üzrə «Müştəri» qismində X4 ilə «Faktor» qismində İddiaçı QSC arasında bağlanılmış 17.04.2021-ci il tarixli, R-520/20 saylı tələbin güzəşti barədə faktorinq müqavilədən görünür ki, müqaviləyə əsasən Faktor, Borclu barəsində Müştərinin Borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına Müştəriyə pul verir (Müştərini maliyyələşdirir), Müştəri isə Borcluya qarşı pul tələbini Faktora güzəşt edir. İş üzrə fiziki şəxs (VÖEN **********) X4 ilə İddiaçı QSC arasında bağlanılmış R-520/20 saylı 17.04.2021-ci il tarixli Faktorinq Müqaviləsinə əlavə olunan ALK003055 saylı, 25.08.2021-ci il tarixli sazişinə əsasən Cavabdeh ilə « X6 » (VÖEN **********) arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə borcun tələb etmək hüququ İddiaçı QSC-yə ötürülmüşdür. İş üzrə İddiaçı QSC tərəfindən verilmiş 06.05.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 17.04.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 06.05.2022-ci il tarixə 375 manat əsas, 56,25 manat cərimə, cəmi 431,25 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından müəyyən edilmişdir ki, fiziki şəxs X4 (VÖEN **********) ilə İddiaçı QSC arasında 17.04.2021-ci il tarixdə faktorinq müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən İddiaçı QSC (faktor), fiziki şəxs X2 borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına fiziki şəxs X3 (VÖEN **********) pul vəsaiti verir, fiziki şəxs X4 isə borcluya qarşı pul tələbini İddiaçı QSC-yə güzəşt edir. İş materiallarından həmçinin müəyyən edilmişdir ki, fiziki şəxs X4 (VÖEN **********) ilə Cavabdeh arasında 25.08.2021-ci il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanılmış və ümumi dəyəri 450 AZN olan malı «Alıcı»ya nisyə satmağı, «Alıcı» isə satılmış əşyaya görə 0 AZN ilkin ödəniş edərək malı qəbul edib, bu müqavilənin tərkib hissəsi olan Əlavə 1-də yer alan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. İş materiallarında həmçinin müəyyən edilmişdir ki, cavabdeh fiziki şəxs X4 ilə bağlanılmış nisyə alqı-satı müqaviləsi üzrə yerinə yetirməli olan öhdəliklərini pozmuşdur. Bu səbəbdən İddiaçı MMC cavabdehin fiziki şəxs X4 qarşısında olan borcu ödəmiş və fiziki şəxs X4 borcluya qarşı olan tələbini iddiaçıya güzəşt etmişdir. AR Mülki Məcəlləsinin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir (maddə 655.2). Məhkəmə qeyd edir ki, fiziki şəxs X1 (VÖEN **********) tərəfindən cavabdehə qarşı olan tələb hüququ iddiaçıya güzəşt olunduğundan və həmin güzəşt qanunvericiliyin tələblərinə uyğun olduğundan, iddiaçı cavabdehə qarşı hazırki tələblə çıxış etməkdə subyektiv hüququ var. İş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə, onun 375.56 manat əsas, 56,25 manat cərimə borcu yaranmışdır. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddia tələbi təmin edilməli və cavabdehdən müqavilə üzrə ödənilməmiş qalmış 375 manat əsas, 56,25 manat cərimə borcu tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı QSC-nin xeyrinə 25.08.2021-ci il tarixli R-ALK003055 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 06.05.2022-ci il tarixə yaranmış 375 manat əsas, 56,25 manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat və bank xidmət haqqı kimi 0,40 manat, cəmi 461,65 (dörd yüz altmlş bir manat, altmış beş qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar