Məhkəmə qərarları › İş №e-2(009)-1320/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1320/2022

31.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1320/2022 31.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, ərizəçi İddiaçı maraqlı şəxs qismində 28 saylı Notariat kontoru cəlb edilməklə miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi İddiaçı maraqlı şəxs qismində 28 saylı Notariat kontoru cəlb edilməklə miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası X1 məxsus olmuş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı-1 bağ massivi, 85 saylı bağ sahəsinin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizə iddianın yolverilməzliyinə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş daşınmaz əmlakın dövlət reyestrindən 24.02.2022-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı-1 bağ massivi, 85 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə X2 adına qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, mübahisələndirilən əmlak başqa şəxsin adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmaqla artıq miras əmlak olmadığı üçün hazırki ərizəyə məhkəmədə baxılmalı deyildir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, iddiaçının ərizəsi iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 261, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçi İddiaçı maraqlı şəxs qismində 28 saylı Notariat kontoru cəlb edilməklə miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddianın yolverilməzliyinə görə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, o, daşınmaz əmlaka dair çıxarışın verilməsinə əsas olmuş sənədlərin mübahisələndirilməsi ilə bağlı tələblə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar