Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1325/2024 24.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrinə əsasən Emei kod **********44359 “Vivo Y53S” markalı telefon, 2 ədəd “Vinil Mat”, Emei kod **********44321 “X1 S11” markalı telefon, “X2 4” qulaqlıq, və “JBL” qulaqlıq almış və nəticədə 1418 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 981 manat (18 ay x 54,5 manat + 0 manat ilkin ödəniş) olan Emei kod **********44359 “Vivo Y53S” markalı telefon və 2 ədəd “Vinil Mat” üçün ümumilikdə 838 manat olmaqla, ondan 762 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 76 manat cərimə; - xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 743,04 manat (12 ay x 61,92 manat + 0 manat ilkin ödəniş) olan Emei kod **********44321 “X1 S11” üçün ümumilikdə 332 manat olmaqla, ondan 301,12 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 30,88 manat cərimə; - xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 246 manat (12 ay x 20,5 manat + 0 manat ilkin ödəniş) olan “X2 4” qulaqlıq və “JBL” qulaqlıq üçün ümumilikdə 248 manat olmaqla, ondan 225,5 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 22,5 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 681,42 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı xx.xx.2022-cü il tarixli müqaviləsinə əsasən, olan İmei kod **********44359 Vivo Y53S markalı telefon , 2 ədəd Vinil Mat üçün 762 manat ödənilməmiş hissə, 76 manat cərimə. xx.xx.2022-ci il, tarixli müqaviləsinə əsasən, İmei kod **********44321 X1 11S markalı telefon üçün 301.12 manat ödənilməmiş hissə, 30.88 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, X2 4 qulaqlıq, JBL qulaqlıq üçün 225,5 manat ödənilməmiş hissə, 22,5 manat cərimə ümumilikdə 1418 manat borc, 34,18 manat dövlət rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh Emei kod **********44359 “Vivo Y53S” markalı telefon və 2 ədəd “Vinil Mat” 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 54,5 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 981 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh Emei kod **********44321 “X1 S11” markalı telefon 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 61,92 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 743,04 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli “müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “X2 4” qulaqlıq və “JBL” qulaqlıq 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 20,5 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 246 manat təşkil edir. İş üzrə "xxxx" tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 762 manat əsas, 76 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 301,12 manat əsas, 30,88 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 225,5 manat əsas, 22,5 manat cərimə, cəmi 1418 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 981 manat olan “Vivo Y53S” markalı telefon, alqı-satqı qiyməti 743,04 manat olan “X1 11 S” telefon və alqı-satqı qiyməti 246 manat olan “X2 4“ qulaqlıq və “JBL” qulaqlıq pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni alınmış telefonlar, qulaqlıq Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən xx.xx.2022ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 762 manat əsas borc, 76 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 301,12 manat əsas borc, 30,88 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 225,5 manat əsas borc, 22,5 manat cərimə, cəmi 1418 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2022-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixə yaranmış 762 manat borc, 76 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixə yaranmış 301,12 manat borc, 30,88 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixə yaranmış 225,5 manat borc, 22,5 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 34,18 manat, cəmi 1452,18 (bir min dörd yüz əlli iki manat, on səkkiz qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1325/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1325/2024
24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver