Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1333/2024 07.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehlərin nümayəndə və vəkili Nümayəndə2, 3-cü şəxs X3 Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndə və vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı Abdulaziz Saleh M Alfavazın (3-cü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və X3 Azərbaycan Respublikasındakı Səfirliyi işə cəlb olunmaqla) cavabdehlər Məmmədov Vı̇ dadi Qoca oğlu və Məmmədova Tamı̇ lla Qəzənfər qızına qarşı “kirayə müqaviləsinın ləğv edilməsinin tanınması və pul tutulması” tələbinə dair iddiası, Məmmədova Tamı̇ lla Qəzənfər qızının cavabdeh Abdulaziz Saleh M Alfavaza qarşı “pul tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Abdulaziz Saleh M Alfavaz cavabdehlər Məmmədov Vı̇ dadi Qoca oğlu və Məmmədova Tamı̇ lla Qəzənfər qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə aralarında bağlanmış 02 iyun 2022-ci il tarixli icarə (kirayə) müqaviləsinin ləğv edilməsinin məhkəmə tərəfindən tanınması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli müqavilə üzrə qabaqcadan verdiyi kirayə haqqı məbləği olan 258943 ABŞ dolları məbləğində pul vəsaitinin, gecikdirilmiş borca görə illik 5 faiz məbləğə hesablanmış 33520,35 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş 805 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh2 arasında Bakı şəhəri 53 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2022-ci il tarixli kirayə-icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə mülkiyyətçi Cavabdeh2 məxsus Bakı şəhəri Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 5, ev 36 saylı fərdi yaşayış evi ona kirayəyə verilmişdir. Lakin xx.xx.2022-ci il tarixdən onun kirayəyə verilmiş fərdi yaşayış evindən istifadə etməyinə maneələr yaradılmış, əmlakdan istifadə mümkünsüz olmuşdur. Əmlakdan istifadə etməyinə yaradılmış maneələrin aradan qaldırılması ilə bağlı etdiyi müraciətlər isə nəticəsiz qalmışdır. Maneələr aradan qaldırılmadığından, başqa yerdə yaşamaq məcburiyyətində qalmalı olmuşdur. Bununla da, müqavilə şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri kirayəyə verən tərəfindən əhəmiyyətli dərəcədə pozulmuş, ona həm maddi, həm də mənəvi zərər vurulmuşdur. Həmçinin vəzifəsinin dəyişilməsi ilə əlaqədar olaraq mənsub olduğu ölkəsi tərəfindən gözlənilmədən geri çağrılmışdır ki, bu səbəbdən də kirayəyə verən Cavabdeh2 02.06.22-ci il tarixli müqaviləyə xx.xx.2022-ci il tarixdə xitam veriləcəyi barədə bildiriş göndərilmişdir. Aralarında olan kirayə hüquq münasibətlərinə xitam verilmişdir. Nəticədə kirayəyə verən Cavabdeh2 müqavilə üzrə xx.xx.2022-ci il tarixdən sonrakı dövr üzrə qabaqcadan verdiyi kirayə haqqı məbləği olan 258943 ABŞ dolları məbləğində, həmin pulun ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş məbləğə hesablanmış illik 5 faiz məbləğdə, yəni 33520,35 ABŞ dolları məbləğində borc öhdəliyi yaranmışdır. Eləcə də, ona məxsus əşyalar da kirayəyə verilmiş fərdi yaşayış evində qalmaqdadır (ödəniş qəbzləri və müqavilə ərizəyə əlavə edilir). Eyni zamanda xx.xx.2024-cü il tarixdə müqavilə tərəfi olan kirayəyə verənə pretenziya məktubu ünvanlayaraq, xx.xx.2022-ci il tarixli müqavilə üzrə qabaqcadan verdiyi kirayə haqqı məbləği olan 258943 ABŞ dolları məbləğində pul vəsaitinin, gecikdirilmiş borca görə illik 5 faiz məbləğə hesablanmış 33520,35 ABŞ dolları məbləğində pul vəsaitinin, həmin fərdi yaşayış evində qalmış ona məxsus əşyaların və ya onların dəyərinin, vurulmuş mənəvi zərərə görə 20000 manat pul vəsaitinin 3 gün ərzində ödənilməsini xahiş etmiş, əks halda xx.xx.2022-ci il tarixli müqavilənin məhkəmə tərəfindən də ləğv edilməsi və qabaqcadan verdiyi kirayə haqqı məbləğinin, gecikdirilmiş borca görə illik 5 faiz məbləğə hesablanmış pul vəsaitinin, həmin evdə qalmış ona məxsus əşyaların və ya onların dəyərinin, vurulmuş mənəvi zərərə görə pul vəsaitinin və məhkəmə xərclərinin onun xeyrinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağını bildirmişdir. Lakin ötən müddət ərzində kirayəyə verən tərəfindən pretenziya məktubuna məhəl qoyulmamış, qabaqcadan verdiyi kirayə haqqı, gecikdirilmiş borca görə illik 5 faiz məbləğə hesablanmış 33520,35 ABŞ dolları məbləğində pul vəsaiti və digər tələbləri icrasız qalmışdır. Kirayə-icarə müqaviləsi üzrə tərəfindən kirayə haqqının xx.xx.2025-ci il tarixə kimi ödənilməsi halı ərizəsinə əlavə edəcəyi ödəniş qəbzlərindən də açıqca müəyyən edilir (pretenziya məktubları ərizəyə əlavə edilir). Digər Cavabdeh1 xx.xx.2022-ci il tarixli müqavilənin tərəfi olmasa da, artıq ödənilmiş kirayə haqqı ərarvadın ümumi birgə mülkiyyətinə daxil olduğundan həm bu məbləğ, həm də gecikdirilmiş həmin borca görə hesablanmış məbləğ və digər xərclər müştərək qaydada digər cavabdehlə bərabər Cavabdeh1 da tutulmalıdır. Əlavə olaraq bildirir ki, ötən müddət ərzində dəfələrlə kirayəyəverəndən artıq ödənilmiş vəsaiti geri istəməyə cəhdlər etsə də, ərinin general olduğu ona bildirilmiş, buna cəhd edərsə problemlərlə üzləşəcəyi ona bildirildyindən məhkəməyə müraciət etməkdən qorxmuşdur, ehtiyatlanmışdır. Sonradan internetdə axtarış apararkən kirayəyəverənin ərinin (hazırki iş üzrə digər cavabdehin) həqiqətən də general rütbəsində olduğu, lakin artıq vəzifədən çıxarıldığını bildikdən sonra həmişəki qorxuları qalsa da, özündə cəsarət taparaq məhkəməyə müraciət edir. xx.xx.2024-cü il tarixdə Cavabdeh2 məhkəməyə qarşılıqlı iddia ünvanlayaraq, cavabdeh Abdulaziz Saleh M Alfavazsan onun xeyrinə 258943 ABŞ dollarının qətnamə icra olunan günə Azərbaycan manatına (Mərkəzi Bankın) məzənnəsi ilə tutularaq ona ödənilməsi, qarşılıqlı iddianın verilməsi üçün ödədiyi dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Abdulaziz Saleh M Alfavazla aralarındakı münasibət ondan yaranmışdır ki, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ona kirayəyə verilməsinə dair xx.xx.2022-ci il tarixdə aralarında notariat qaydada rəsmiləşdirilməklə “İcarə müqaviləsi” bağlanmışdır. Müqavilənin 1-ci bəndində də göstərildiyi kimi, 1-ci tərəf, yəni Cavabdeh2 mülkiyyətində olan yaqayış evini “2-ci tərəfə”, (yəni Abdulaziz bir Saleh Alfavaza) Səudiyyə Ərəbistanının Bakıdakı səfərliyinin Hərbi Attaşesinin yaşayış evi” olmaq şərti ilə icarəyə verir. Müqavilənin 2-ci bəndinə əsasən, müqavilə xx.xx.2022-ci il tarixdən 2.6 (iki il altı ay) müddətinə bağlanır, xx.xx.2025-ci il tarixdə bitir, o şərtlə ki, müqavilə uzadıla və qeyd olunmuş şərtlərə uyğun olaraq ləğv oluna bilər. Müqavilə təzələnərsə, bütün şərtlər öz qüvvəsində qalır, məbləğ illik ödəniləcəkdir. Müqavilənin 3-cü bəndinə görə, “İkinci tərəf icarəyə götürdüyü fərdi yaşayış evinin ödənişini, “bir illik məbləğ” əvvəlcədən ödənilməklə, ayda 14200,0 (on dörd min iki yüz) manat, (8353,0 USD) olmaqla, Birinci tərəfə ödəyir". Müqavilənin 4-cü bəndinə görə, Evin kirayə məbləğinə daşına bilən mebellər daxil deyil. İkinci tərəf öz şəxsi hesabına və öz istəyinə uyğun evi qurmalıdır”. Müqavilənin 5-ci bəndinə görə, “İkinci tərəflə razılaşdırılmadan Birinci tərəfin icarəyə götürülmüş mülkə və ya onun bir hissəsinə girməsinə icazə verilmir”. Müqavilə bağlanan ərəfədə apardıqalrı danışıqlarda bildirilmişdir ki, evdə Hərbi Attaşeliyin əməkdaşları yaşayacaqdır. Ona görə də, müqavilənin 5-ci bəndində ev mülkiyyətçisinə belə bir şərt qoyulmuşdu, belə razılaşmışdılar. Müqavilə bağlanan andan fərdi yaşayış evinin həyət qapısının açarları, böyük darvazanın avtomatik açılmasını həyata keçirən elektron pultu və fərdi yaşayış evinin giriş qapısının açarı cavabdehə təqdim olunmuş, ev onun istifadəsinə və sahibliyinə verilmişdir. Müqavilə üzrə nəzərdə tutulan illik məbləğin bir neçə günə ödəniləcəyi vədi verildi. Cənab Abdulaziz bildirdi ki, Səfirlik tərəfindən Hərbi Attaşeliyin fəaliyyəti yoxlanılır, həmçinin o, müqaviləni təqdim edərək məbləği ayırtdırmalıdı, bu isə müəyyən müddət çəkə bilər. O, cənab Abdulazizin sözlərinə inandı və heç bir tərəddüd etmədən evi ona təhvil verdi. Bir müddət sonra cənab Abdulazizdən ödəniş olmadıqda əlaqə saxladıqda Səfirliyin yoxlamasının bitmədiyini, bir neçə gün daha gözləməli olduğunu bildirdi. Qeyd edir ki, müqavilənin notariatda bağlanmasını, cənab Abdulazizin X3 Azərbaycan Respublikasındakı Səfirliyinin Hərbi Attaşesi olduğunu, müqavilənin uzunmüddətli və sabit olduğunu nəəzərə alaraq, ödənişlə bağlı problemin olacağını heç düşünmədi. Hesab etdi ki, aralarındakı müqavilə şərtinə görə icarə haqqı illik ödəniləcək, bir müddət səbr etməyin faydası olar, səfirlik əməkdaşı müqavilə şərtini pozmaz. Bu müddət ərzində onun evi cavabdehin istifadəsində idi, orada mühafizə qoyulmuşdu, onun icazəsiz daxil olmaq hüququ olmadığına görə evdə kimin yaşadığını bilmirdi, həmçinin cənab Abdulazizlə görüşüb ödənişlə bağlı müraciət edə bilmirdi. Müəyyən müddət ümidlə gözlədikdən sonra, nəhayət X3 Bakıdakı Səfirliyinin Hərbi Attaşesi cənab X11 icarə müqaviləsinin imtinasına dair ona rəsmi məktub daxil oldu. Ona ünvanlanmış məktubda bildirilirdi ki, “Səudiyyə Ərəbistanının sabiq hərbi attaşesinin Azərbaycandakı fəaliyyət müddəti bitdiyinə görə, mülkiyyəti sizə aid olan villanın kirayəyə götürülməsi üçün Sizinlə hərbi attaşe arasında bağlanan kirayə müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam veriləcək və villadan tam çıxış həyata keçiriləcəkdir”. Bu məktubdan sonra gedib maraqlandıqda, Attaşeliyin əməkdaşları dedilər ki, cənab Abdulaziz həmin ərəfədə Bakıda deyilmiş, işlərilə bağlı öz ölkəsinə (və ya başqa ölkəyə) gedib. Bundan əvvəl cənab Abdulazizlə görüşmək cəhdi ilə evə gedərkən də, ona eyni məzmunda məlumat verilmişdilər. 2023-cü ilin yanvar ayında Səfirliyin yeni təyin olunmuş Hərbi Attaşesi cənab X14 nümayəndəsi tərəfindən fərdi yaşayış evinin açarları ona geri qaytarıldı. Beləliklə, X3 Bakıdakı Səfirliyinin yeni təyin olunmuş Hərbi Attaşesi cənab X14 məktubundan da aydın göründüyü kimi, 2022-ci ilin sonuna qədər onun evi kirayə müqaviləsi əsasında sabiq hərbi Attaşenin istifadəsində olmuşdur. Lakin sabiq hərbi Attaşe cənab Abdulaziz tərəfindən ona müqavilə üzrə razılaşdırılmış icarə haqqı ödənilməmişdir. Ümumiyyətlə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə icarəyə götürən, evində yaşayan cənab Abdulaziz tərəfindən ona hər hansı icarə haqqı ödənilməmişdir. Həmin ərəfədə cənab Abdulazizin Bakıda olmadığı bildirildi və Hərbi Attaşeliyin nümayəndəsi müqavilə üzrə ödənilməli olan icarə haqqının cənab Abdulaziz tərəfindən ödənilməli olduğunu, Səfirliyin bu müqavilə üzrə məbləği cənab Abdulazizə ödədiyini, lakin sonuncunun əvəzindən müqavilə şərtinə görə onun qarşısında öhdəlik daşımayacağını bildirdi. Məlumat aldı ki, X3 Bakıdakı Səfirliyi tərəfindən cənab Abdulazizin fəaliyyəti audit olunub və auditin nəticəsi olaraq o, tutduğu vəzifədən kənarlaşdırılmışdır, hətta barəsində hansısa cəza tədbirlərinin görüləcəyi də istisna edilmir. O, xarici ölkənin Dövlətimizdə səfirliyinin əməkdaşının müqavilə öhdəliyini pozmasından təəssüflənsə də, Səfirliyə qarşı hər hansı tələb irəli sürməyi məqsədəuyğun hesab etmədi. Cənab Abdulazizlə isə əlaqə yaratmaq mümkün olmadı. Beləliklə, yuxarıda göstərilən işin faktiki halları ilə müəyyən olunur ki, müqavilə əsasında cənab Abdulaziz onun evini icarəyə götürərək, faktiki olaraq evindən istifadə etmiş, lakin müqavilə şərtlərini pozaraq icarə haqqını ödəməmiş, sonradan isə Səfirliyin Hərbi Attaşesinin göndərdiyi rəsmi məktubla müqavilə vaxtından əvvəl birtərəfli qaydada xitam edilmişdir. Ona görə də, ilkin iddiaçının iddia tələbinin heç bir faktiki və hüquqi əsası mövcud deyil. Cavabdehlə aralarındakı xx.xx.2022-ci il tarixli müqavilənin 12-ci bəndinə əsasən, “Müqavilənyə xitam verilməsi tələbi olduqda, ikinci tərəf 3 (üç) il ərzində icarə haqqının tam məbləğini ödəməlidir”. Yuxarıda göstərilənlərdən müəyyən olunduğu kimi, icarə müqaviləsinə xitam verilməsi barədə birtərəfli qaydada “İkinci tərəf”dən təşəbbüs göstərilmiş, 2023-cü ilin yanvar ayında məhz Hərbi Attaşeliyin nümayəndəsi tərəfindən evin açaqları ona qaytarılmışdır. Müqavilə müddəti ərzində isə sabiq hərbi attaşe tərəfindən ona hər hansı vəsait ödənilməmişdir. Hazırki qarşılıqlı iddia tələbi müqavilə şərtindən irəli gəlməklə eyni zamanda, Mülki Məcəllənin tələbləri də onun qarşılıqlı iddiasının təmin olunması üçün əsas verir. Yuxarıda göstərilən xüsusatlara və hüquq normalarına istinadla hesab edir ki, hazırki qarşılıqlı iddia üzrə cavabdeh X8 M tərəfindən müqavilə şərtləri icra edilməmiş, icarə müqaviləsi əsasında əvvəlcədən ödənilməli olan illik icarə haqqı ödənilməmiş, sonradan isə birtərəfli qaydada Hərbi Attaşe tərəfindən müqavilənin ləğvinə təşəbbüs edilmiş və faktiki olaraq müqavilə ləğv edilməsinə baxmayaraq, ona icarə haqqı ödənilməmişdir. Müqavilənin 12-ci bəndinə istinadla, hazırki vaxta gecikdirmələrə görə faizləri nəzərə almadan cavabdehin ona ödəməli olduğu əsas məbləğ 31 ay ərzində (31X8353) 258943,0 ABŞ dolları təşkil edir. Ona görə də, göstərilən məbləğin cavabdehdən tutularaq ona ödənilməsinə dair qarşılıqlı tələbini irəli sürməkdə haqlıdır. xx.xx.2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında cavabdehin nümayəndə və vəkilinin vəsatəti əsasında X3 Azərbaycan Respublikasındakı Səfirliyi iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb olunmuşdur. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndə və vəkili məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq, Cavabdeh2 ilə X12 M arasında bağlanmış 02 iyun 2022-ci il tarixli icarə (kirayə) müqaviləsinin ləğv edilməsinin məhkəmə tərəfindən də tanınması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli müqavilə üzrə qabaqcadan verdiyi kirayə haqqı məbləği olan 200472 ABŞ dolları məbləğində pul vəsaitinin, gecikdirilmiş borca görə illik 5 faiz məbləğə hesablanmış 33520,35 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş 805 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndə və vəkilinin vəsatəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb olunmuşdur. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndə və vəkili məhkəməyə iddia tələbinin azaldılması haqqında ərizə ünvanlayaraq, ərizəsini onunla əsaslandırmışdır ki, iddia ərizəsindən göründüyü kimi, Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 02 iyun 2022-ci il tarixli icarə (kirayə) müqaviləsinin ləğv edilməsinin məhkəmə tərəfindən də tanınması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli müqavilə üzrə qabaqcadan verilmiş kirayə haqqı məbləği olan 258943 ABŞ dolları məbləğində pul vəsaitinin, gecikdirilmiş borca görə illik 5 faiz məbləğə hesablanmış 33520,35 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş 805 manat dövlət rüsumunun müştərək qaydada tutularaq X12 M-ə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Sonradan iddia tələbinin 258943 ABŞ dollara dair hissəsinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edilərək, Cavabdeh2 ilə X12 M arasında bağlanmış 02 iyun 2022-ci il tarixli icarə (kirayə) müqaviləsinin ləğv edilməsinin məhkəmə tərəfindən də tanınması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli müqavilə üzrə qabaqcadan verdiyi kirayə haqqı məbləği olan 200472 ABŞ dolları məbləğində pul vəsaitinin, gecikdirilmiş borca görə illik 5 faiz məbləğə hesablanmış 33520,35 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş 805 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Həcm azaldılmasına dair ərizədə tələb edilən 200472 (iki yüz min dörd yüz yetmiş iki) ABŞ dolları məbləğinin hansı tarixdən sonrakı dövrü nəzərdə tutması xx.xx.2024-cü il tarixdə baş tutmuş məhkəmə iclasında vəkilin izahatında bildirilsə də, texniki səhv olaraq həcm azaltmaya dair ərizədə əks olunmamışdır. Ərizəyə dəqiqlik, aydınlıq gətirilərək bildirilir ki, tələb edilən 200472 (iki yüz min dörd yüz yetmiş iki) ABŞ dolları məbləğində pul vəsaiti müqavilənin ləğvinə dair icaryəverənə/kirayəyə verənə ünvanlanmış məktubda göstərilmiş xx.xx.2022-ci il tarixdən sonrakı dövrü (yəni xx.xx.2023-cü il tarixdən başlayan dövr) nəzərdə tutur. Odur ki, məbləğin hansı dövrü nəzərdə tutmasına dair hissəyə yazılı qaydada da aydınlıq gətirilməsi məqsədi ilə hazırki dəqiqləşməyə dair ərizə ilə məhkəməyə müraciət edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 02 iyun 2022-ci il tarixli icarə (kirayə) müqaviləsinin ləğv edilməsinin məhkəmə tərəfindən də tanınması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli müqavilə üzrə müqavilənin ləğvinə dair bildirişdə göstərilmiş xx.xx.2022-ci il tarixdən sonrakı dövr üzrə qabaqcadan verdiyi kirayə haqqı məbləği olan 200472 ABŞ dolları məbləğində pul vəsaitinin, gecikdirilmiş borca görə illik 5 faiz məbləğə hesablanmış 33520,35 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş 805 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndə və vəkili məhkəməyə iddia tələbinin azaldılması haqqında ərizə ünvanlayaraq, ərizəsini onunla əsaslandırmışdır ki, hazırki ərizə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə/kirayə müqaviləsinin 12-ci bəndinin etibarsızlığının məhkəmə tərəfindən təsbiti barədədir. Göstərilən şərt icarəçiyə münasibətdə ağır şərt olmuşdur və bu bənd özlüyündə etibarsız olmuşdur. Bu bənd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsızdır. Məlum olduğu kimi, mülki hüquq normaları mülki hüquq subyektlərinin qanuni və əsaslı maraqlarını qorumaqla bazar iqtisadiyyatı və mülki dövriyyənin operativliyini, tezliyini və səmərəliliyini təmin etməlidir. Mülki hüquq münasibətlərinin subyektlərindən birini ağır vəziyyətə salan və ya digər tərəfə əsassız imtiyazlar verən norma mülki hüququn, ümumiyyətlə hüququnun prinsiplərinə zidd hesab olunur. Hüquq norması hüquq münasibətləri arasında yaranan münasibətləri ədalətli qaydada tənzimləmək üçün tərtib edilir. İcarəyə (kirayəyə) verən tərəfindən icarə/kirayə predmeti olan fərdi yaşayış evinin kirayəyəyə verilməsindən gəlir əldə etməsinə baxmayaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq birtərəfli qaydada xitam vermək hüququnun icarəçiyə üç il ərzində icarə haqqının tam məbləğində ödəniş etməli olması ilə nəticələnməsi ağlabatan hesab oluna bilməz və real iqtisadi vəziyyətə ziddir. Bu hal icarəçinin hüquqlarının pozulmasına, icarəyəverənin isə hüquqlarından sui-istifadəyə səbəb olmuş olur. Xüsusilə qeyd edilməlidir ki, hazırki iş üzrə müqavilənin ləğvi şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi halında baş vermişdir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Qanunvericilik mülki dövriyyə iştirakçılarına müqavilə azadlığını təqdim edərkən hüququn ümumi prinsiplərinə müvafiq olaraq onların vicdanlı olması ehtimalından çıxış etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı). Digər tərəfdən, müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz (burada MM-in əqdlərin etibarsızlığına dair 339-342 və 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır). Bu prinsip MM-in 390.2-ci maddəsinin birinci cümləsində və 390.5-ci maddəsində təsbit olunmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı). Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (Mülki Məcəllənin 6.2-ci,337.1-ci mad.). Yuxarıda istinad edilən normalardan da göründüyü kimi, xx.xx.2022-ci il tarixli icarə/kirayə müqaviləsinin 12-ci bəndi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci və 337.1-ci maddələrinin şərtləri pozumaqla bağlanılmaqla etibarsız olmuşdur. Həmin bənd özlüyündə etibarsız olmuşdur. Hazırki ərizə digər tələblər saxlanılmaqla xx.xx.2022-ci il tarixli müqavilənin 12-ci bəndinin etibarsızlığının məhkəmə tərəfindən təsbiti ilə bağlıdır. Yuxarıda qeyd olunanları rəhbər tutaraq Cavabdeh2 ilə X8 M arasında bağlanmış 02 iyun 2022-ci il tarixli icarə (kirayə) müqaviləsinin ləğv edilməsinin məhkəmə tərəfindən də tanınması, Cavabdeh2 ilə X8 M arasında bağlanmış 02 iyun 2022-ci il tarixli icarə (kirayə) müqaviləsinin 12-ci bəndinin etibarsızlığının təsbiti, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli müqavilə üzrə müqavilənin ləğvinə dair bildirişdə göstərilmiş xx.xx.2022-ci il tarixdən sonrakı dövr üzrə qabaqcadan verdiyi kirayə haqqı məbləği olan 200472 ABŞ dolları məbləğində pul vəsaitinin, gecikdirilmiş borca görə illik 5 faiz məbləğə hesablanmış 33520,35 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş 805 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh2 qarşılıqlı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia tələbinin həcminin artırılmasına zərurət vardır. Belə ki, iddiaçı öz tələbini əsaslandırmaq üçün, 3 ədəd “Qəbz” təqdim etmişdir. İş materialına surəti əlavə olunmuş ərəb və Azərbaycan dillərində “qəbz”lərin əsilləri əvvəlki məhkəmə hazırlıq iclasında təqdim olunmuş, onların surəti nümayəndəsi tərəfindən ona təqdim olunduqda “qəbz”lərin məzmun və iddiaçı ilə qarşılıqlı münasibətləri baxımından həqiqəti əks etdirmədiyi məlum olur. Həmin “qəbz”lərin məzmununa görə, guya o, “xx.xx.2022-dən xx.xx.2023-dək, xx.xx.2023-dən xx.xx.2024-dək, xx.xx.2024-dən xx.xx.2025-dək dövrlər üzrə, hər il üçün ayrılqıda 100,236 ABŞ dolları olmaqla X3 Bakıdakı səfirliyinin nəzdindəki Hərbi Attaşelik Aparatından X13 Əl-Fəvvazdan, Hərbi Attaşelik Aparatının mənzili üçün...icarə ödənişi olaraq almışdır". Hər bir “qəbz”in üzərində 1.1.2022; 1.1.2023; 1.1.2024 qeydi vardır. Bildirir ki, üzərindəki imzanın onun tərəfindən icra edilibedilməsindən asılı olmayaraq, onun belə bir “qəbz”lər imzalamağı üçün hər hansı əsas, səbəb və iradə ifadəsi olmamışdır. Bu “qəbz”lərin məzmunu iddiaçı ilə aralarında yaranmış icarə hüquq münasibətlərinə, işin həqiqi hallarına, reallığa uyğun deyil və ən əsası, onun iradə ifadəsini qətiyyən əks etdirmir. O, belə “qəbz”lərin mövcudluğundan yalnız hazırki məhkəmə işi üzrə nümayəndəsinin ona təqdim etdiyi sənədlərdən məlumatlı olmuşdur. İlk növbədə diqqət edilməlidir ki, aralarındakı müqavilə xx.xx.2022-ci ildə notarial qaydada bağlanmasına baxmayaraq, guya, “1.1.2022” qeydilə tərtib olunmuş qəbzlə 2022-ci il üçün 100.236 ABŞ dolları “pul almışdır”. Halbuki icarə müqaviləsi xx.xx.2022-ci ildən bağlanmaqla onların icarə münasibətləri xx.xx.2022-ci il tarixdən başlanmışdır. İcarə müqaviləsinin dəqiq və aşkar şərti ortada olduğu və iddiaçının da bunu təsdiqlədiyi halda, guya bütövlükdə 2022-ci il üçün 100,236 ABŞ dolları pul ödəməsinə ağılabatan və məntiqi izah verə bilməyən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) özü də bu “qəbz”lərin əhəmiyyətsiz olduğunu təsdiq etmiş olur. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) pretenziyalarında, ərizəsində, guya 2022-ci ilin iyun ayında icarəyə götürdüyü onun evindən xx.xx.2022-ci ildən sonra istifadəsinə onun maneələr yaratmağını və həmin gündən evdə yaşamadığını bildirmişdir. Bu mülahizəsinin əsası olmadığını bir daha diqqətə çatdırır. İşin mübahisələndirilməyən halı isə ondan ibarətdir ki, X3 Bakıdakı Səfirliyinin Hərbi məsələlər üzrə yeni Attaşesinin məktubu əsasında keçmiş Attaşe ilə icarə müqaviləsinə xx.xx.2022-ci il tarxdən icarəçi tərəfindən birtərəfli qaydada xitam verilmiş və ev ona təhvil verilmişdir. Yəni xx.xx.2022-ci il tarixli icraə müqaviləsinə faktiki olaraq icarəçi tərəfindən xx.xx.2022-ci ildə birtərəfli xitam verilmişdir. Bu halda, 2023 və 2024-cü illər üzrə icarə haqqının ödənildiyinə (guya onun aldığına) dair 1.1.2023; 1.1.2024 tarixlərində “qəbz”lərin tərtib olunması da əhəmiyyətsizlikdən, uydurmadan başqa bir şey deyildir. Məhkəmə hazırlıq iclasında evdə yaşamadığı 2023, 2024-cü illər üzrə, guya icarə haqqı ödəməsinin məntiqsizliyi və ağılabatan olmamasına dair suala iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndə və vəkili belə cavab vermişdir ki, həmin “qəbz”lərdə müxtəlif tarixlər yazılsa da, eyni gündə, yəni xx.xx.2022-ci ildə, icarə müqaviləsi imzalanan gün tərtib olunmuş və imzalanmışdır. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsinin bu cavabı da onu təsdiq edir ki, xx.xx.2022ci ildən sonra o, iddiaçı ilə görüşməmişdir, onunla ünsiyyət qurmağı mümkün olmamışdır, bu barədə iddia ərizəsində ətraflı yazmışdır. Eyni zamanda, aralarında olan müqavilə şərtinə görə icarə haqqı hər bir il üçün 1 illik qabaqcadan ödəniləcəyi nəzərdə tutulduğu halda, guya iddiaçının elə müqavilə bağlanan gün 3 illik (??!!) məbləği 3 ayrı “qəbz”lə verməsinə dair mülahizələri əsassızdır. Həmin gün pul ödənmiş olsaydı, bu xüsusat müqavilədə öz əksini tapardı. Həmçinin notariusda müqavilə bağladıqları halda, illik 100,236 ABŞ dolları pul verən iddiaçı tərəf həmin “qəbz”lərin də notarial qaydada imzalanmasını təbii olaraq tələb etməliydi. Gələcəkdə yaranacaq icarə münasibətinə görə müqaviləni notarial qaydada rəsmiləşdirdikləri halda, 300 min dollardan artıq (guya) pul verən şəxsin yalnız sadə imza ilə kifayətlənməsi də ağılabatan mühakiməyə uyğun deyildir. Bu baxımdan, sözügedən “qəbz”lərin müqavilə bağlanan gündə digər sənədlərlə (müqavilə nüsxələri) ilə birlikdə ona təqdim olunması və onun da onların məzmununa baxmadan imzaladığını ehtimal edə bilər. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının notariusdan sorğu edərək aldığı və iş materialına təqdim etdiyi xx.xx.2022-ci il tarixli müqavilə nüsxəsində icarənin müddəti (müqavilənin müddəti) 3 il - xx.xx.2022-ci ildən xx.xx.2025-ci ilədək əks olunmuşdur. İddiaçının əlində və onun əlində olan əsl nüsxə müqavilədə isə icarə müddəti 2 il 6 ay (xx.xx.2022-xx.xx.2025-ci il) razılaşdırılmışdır. Notariusda olan müqavilə nüsxəsi ilə əllərində olan müqavilə nüsxələrində fərqli müddətlərin göstərilməsinin səbəbini iddiaçı tərəf də ağılabatan izah edə bilməmişdir. Belə çıxır ki, xx.xx.2022-ci ildə notariusda müqavilə bağlanarkən fəqrli sənədlər imzalanmışdır ki, onların içində məzmununa baxmadan onun imzaladığı başqa sənədlər də ola bilər. Ona görə də, sözügedən “qəbz”lərin əhəmiyyətsiz olması, real münasibətləri və real vəziyyəti, onun iradəsini əks etdirmədiyi nəzərə alınaraq, həmin “qəbz”lərin etibarsız hesab edilməsinə dair tələb irəli sürür. Sadalananra əsasən cavabdeh X9 M-dən 258 943,0 ABŞ dollarının qətnamə icra olunan günə Azərbaycan manatına (Mərkəzi Bankın) məzənnəsi ilə tutularaq ona ödənilməsinə; qarşılıqlı iddianın verilməsi üçün ödədiyi dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına; “xx.xx.2022-dən xx.xx.2023-dək, xx.xx.2023-dən xx.xx.2024-dək, xx.xx.2024-dən xx.xx.2025-dək dövrlər üzrə, hər il üçün ayrılqıda 100,236 ABŞ dolları olmaqla X3 Bakıdakı səfirliyinin nəzdindəki Hərbi Attaşelik Aparatından X13 Əl-Fəvvazdan, Hərbi Attaşelik Aparatının mənzili üçün...icarə ödənişi olaraq almışam” məzmunlu, hər bir “qəbz”in üzərində Tarix: 1.1.2022; Tarix: 1.1.2023; Tarix: 1.1.2024 qeydi olan “qəbz”lərin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndə və vəkili iddia tələbinin əsasının hissəvi dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsini onunla əsaslandırmışdır ki, iddia tələblərindən biri tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə müqavilənin ləğvinə dair bildirişdə göstərilmiş xx.xx.2022-ci il tarixdən sonrakı dövr üzrə artıq ödənilmiş kirayə haqqı məbləği olan 200472 ABŞ dollarının cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədədir. xx.xx.2022-ci il tarixli icarə müqaviləsi 2 il 6 ay müddətinə bağlanmış olsa da, icarəyə verənə xx.xx.2025-ci il tarixədək olan dövr üzrə vəsait ödənilmişdir. Yəni tələb edilən 200472 ABŞ dolları vəsaitin 58471 ABŞ dolları hissəsi müqavilə müddətinin bitmə tarixindən sonrakı dövr üçün ödəmə olmuşdur ki, bu vəsait əslində cavabdehin əsassız varlanmasına səbəb olmuş, cavabdeh icarəyəverən həmin məbləği də iddiaçıya qaytarmamaqla əsassız olaraq varlanmışdır. Odur ki, digər hissələr üzrə iddianın əsası dəyişilməz qalmaqla, bu hissədə, yəni 58471 ABŞ dolları vəsaitə dair hissədə iddianın əsasının dəyişdirilməsi zərurəti yaranmışdır. Yuxarıda qeyd olunanlara əsasən Cavabdeh2 ilə X8 M arasında bağlanmış 02 iyun 2022-ci il tarixli icarə (kirayə) müqaviləsinin ləğv edilməsinin məhkəmə tərəfindən də tanınması, Cavabdeh2 ilə X8 M arasında bağlanmış 02 iyun 2022-ci il tarixli icarə (kirayə) müqaviləsinin 12-ci bəndinin etibarsızlığının təsbiti, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli müqavilə üzrə müqavilənin ləğvinə dair bildirişdə göstərilmiş xx.xx.2022-ci il tarixdən müqavilənin bitdiyi tarixədək olan dövr üzrə qabaqcadan verilmiş kirayə haqqı məbləği olan 142001 ABŞ dolları məbləğində pul vəsaitinin, gecikdirilmiş borca görə illik 5 faiz məbləğə hesablanmış 33520,35 ABŞ dolları məbləğində pul vəsaitinin, əsassız varlanmaya səbəb olmuş 58471 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş 805 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndə və vəkili məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbinin əsasının dəyişdirilməsi və dəqiqləşmə barədə” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizənin nəzərə alınmamasını və işə tərəfindən verilmiş “iddia tələbinin həcminin artırılması barədə” xx.xx.2024-cü il tarixli ərizə üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin iddia və qarşılıqlı iddia ərizələrinin dəqiqləşdirilməsi barədə ərizələrini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçının nümayəndə və vəkili Nümayəndə1 qarşılıqlı iddia tələbini qəbul etməyərək onun təmin edilməməsini, öz iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia tələbinin məzmununa uyğun izahat verərək, eləcə də bildirmişdir ki, iddiaçı hərbi attaşe kimi müddətsiz təyin edilmiş, hər dəfə ona 2 illik vəsiqə verilmişdir. Birinci vəsiqənin etibarlılıq müddəti xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixədək, 2-ci vəsiqənin etibarlılıq müddəti xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixədək olmuşdur. İddiaçının vaxtından əvvəl geri çağırılması şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişilməsindən irəli gəlir. 2-ci vəsiqənin verilməsindən də görünür ki, iddiaçını vaxtından əvvəl geri çağırıblar. Müqavilənin 12-ci bəndinin etibarsızlığı ilə bağlı bildirir ki, o, bununla bağlı Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına istinad etmişdir ki, həmin qərarda qoyulub ki, məhkəmənin vəzifəsidir ki, müqavilədə Mülki Məcəllənin tələblərinə zidd bənd varsa, tələbdə olub-olmamasından asılı olmayaraq, məhkəmə onu etibarsız hesab etməlidir. Ləğv olunmuş müqavilənin məhkəmə qaydasında tanınmasını tələb edə bilər. Ödənişlərin notariat qaydasında edilməməsi ilə bağlı iddiaçı qeyd edir ki, Cavabdeh2 ona bildirib ki, onların hökumətlə problemi var, ona görə də, ödənişi rəsmi qaydada bank vasitəsi ilə verməsin. Həqiqətən də, cavabdeh Vidadi Qocayev MTN işi üzrə saxlanılanlardan biri olub. Cavabdeh müqaviləni bağlayanda fəaliyyət qabiliyyətli olub, ağlı başında olub.Cavabdeh müqavilənin etibarsızlığı barədə heç bir tələb qoymayıb. İddiaçının məhkəməyə gec müraciət etməsi onunla bağlı olub ki, onun qorxuları olub, Cavabdeh2 ərinin general olduğunu deyib, onun oğlu Orxan da özünün DTX-nın əməkdaşı olduğunu bildirib. Sonra Orxan vəzifəsindən kənarlaşdırılıb. İddiaçının Cavabdeh2 və onun oğlu Orxanla telefon danışıqları, yazışmaları var. İddiaçı cavabdehin qarşılıqlı iddiasında göstərdiklərindən hədsiz dərəcədə mütəəsir olub, pis olub, belə ki, cavabdeh hər hansı ödəniş olmadığını bildirib. İddiaçı bildirib ki, cavabdeh onunla bir dəfə də olsun, bu halı müzakirə etməyə cəhd etməyib, bir razılığa gəlməyib. İddiaçı tərəfindən ödəniş edilməsi barədə qəbzlər var, ödəniş qəbzləri olduğu təqdirdə, ödənişin edilməsi daha nə ilə təsdiq oluna bilər? İddiaçı 25 oktyabr 2022-ci il tarixdən sonra cavabdehin evində yaşamayıb. xx.xx.2022-ci ildən sonra iddiaçı cavabdehin Cavabdeh2 və onun oğlu orxana müraciəti olub, telefon danışıqları olub. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək onun təmin edilməməsini, qarşılıqlı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və izah etmişdir ki, işin materialları ilə müəyyən olunur ki, tərəflər arasında notarial qaydada bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi əsasında münasibət yaranmışdır. İcarə müqaviləsinin şərtlərinə görə (Müqavilənin 1-ci bəndi), “1-ci tərəf”, yəni Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evini “2-ci tərəf”ə (yəni X6) Səudiyyə Ərəbistanının Bakıdakı səfirliyinin Hərbi Attaşesinin yaşayış evi olmaq şərti ilə icarəyə veriri. Müqavilənin 2-ci bəndinə əsasən, müqavilə xx.xx.2022-ci il tarixdən 2 il 6 ay müddətinə bağlanır, xx.xx.2025-ci il tarixdə bitir, o şərtlə ki, müqavilə uzadıla və qeyd olunmuş şərtlərə uyğun olaraq ləğv oluna bilər. Müqavilə təzələnərsə, bütün şərtlər öz qüvvəsində qalır, məbləğ illik ödəniləcəkdir. Müqavilənin 3-cü bəndinə görə, “İkinci tərəf icarəyə götürdüyü fərdi yaşayış evinin ödənişini, “bir illik məbləğ” əvvəlcədən ödənilməklə, ayda 14200 manat (8353,0 USD) olmaqla, Birinci tərəfə ödəyir”. Müqavilənin 4-cü bəndinə görə, Evin kirayə məbləğinə daşına bilən mebellər daxil deyil. İkinci tərəf öz şəxsi hesabına və öz istəyinə uyğun evi qurmalıdır”. Müqavilənin 5-ci bəndinə görə, “İkinci tərəflə razılaşdırılmadan Birinci tərəfin icarəyə götürülmüş mülkə və ya onun bir hissəsinə girməsinə icazə verilmir”. Göründüyü kimi, müqavilənin 5-ci bəndində evin mülkiyyətçisinə belə bir şərt qoyulmuşdu ki, İcarəçinin razılığı olmadan evə daxil ola bilməz. Müqavilənin 12-ci bəndinə əsasən, “Müqaviləyə xitam verilməsi tələbi olduqda, ikinci tərəf 3 (üç) il ərzində icarə haqqının tam məbləğini ödəməlidir.” Müqavilə bağlanan andan fərdi yaşayış evinin həyət qapısının açarları, böyük darvazanın avtomatik açılmasını həyata keçirən elektron pultu və evin giriş qapısının açarı cavabdehə təqdim olunmuş, ev onun istifadəsinə və sahibliyinə verilmişdir. Qeyd etdiyi kimi, İcarəçi tərəfindən evin giriş qapısından içəri “mühafizə köşkü”qoyulmuş, ev tamamilə İcarəçinin sahibliyinə verilmişdir. Qarşılıqlı iddia ərizəsində qeyd olunduğu kimi, müqavilə imzalanan ərəfədə və ondan sonra İcarəçi tərəfindən hər hansı məbləğ verilməmiş, bir müddət sonra illik icarə haqqının ödəniləcəyi razılaşdırılmışdır. Cavabdeh2 cənab X2 Krallığının ölkəmizdəki Səfirliyinin Hərbi attaşesi olmasına, müqavilənin notarial qaydada bağlanmasına və icarə haqqının illik qaydada ödəniləcəyinə, icarə müqaviləsinin müddətinin və icarə haqqının qaneedici məbləğdə olduğuna görə müqavilə bağlanan gün, icarə haqqı ödənilmədən ev İçarəçinin sahibliyinə verilmişdir. Sonrakı müddətdə İcarə haqqının ödəniləcəyi ilə bağlı vəd verilmiş, İcarəçinin Bakıda olmadığı, yaxud işlərilə bağlı məşğul olduğu, imkan yarandıqda ev sahibilə görüşəcəyi kimi vədlər verilərək müddət uzanmışdır. Təbii ki, xarici ölkənin Səfirliyinin vəzifəli şəxsinin - diplomatın müqavilə öhdəliyini pozacağı və ödənişdən yayınacağını təsəvvürə gətirmək də olmazdı. Beləliklə, işin halları ilə müəyyən olunur ki, icarə müqaviləsinə birtərəfli qaydada İcarəçi tərəfindən xitam verilmişdir. X3 Bakıdakı Səfirliyinin Hərbi Attaşesi cənab X11 daxil olan məktubda bildirilir:“Səudiyyə Ərəbistanının sabiq hərbi attaşesinin Azərbaycandakı fəaliyyət müddəti bitdiyinə görə, mülkiyyəti sizə aid olan villanın kirayəyə götürülməsi üçün Sizinlə hərbi attaşe arasında bağlanan kirayə müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam veriləcək və villadan tam çıxış həyata keçiriləcəkdir”. Bu məktubdan da göründüyü kimi, 2022-ci ilin 31 dekabrınadək ev İcarəçinin sahibliyində olmuşdur. Həmin vaxt Attaşeliyin əməkdaşları bildirmişlər ki, cənab Abdulaziz həmin ərəfədə Bakıda deyilmiş, işlərilə bağlı öz ölkəsinə (və ya başqa ölkəyə) gedib. Bundan əvvəl cənab Abdulazizlə görüşmək cəhdi ilə evə gedərkən də, eyni məzmunda məlumat verilmişdir. 2023-cü ilin yanvar ayında Səfirliyin yeni Hərbi Attaşesinin adından (onun əməkdaşı tərəfindən) icarə obyekti olan evin açarları Cavabdeh2 təhvil verilmişdir. Evin giriş qapısından içəridə, həyətdə İcarəçinin qoyduğu "mühafizə köşkü” hazırki vaxtda da orada qalımışdır. Mülkiyyətçi Cavabdeh2 Səfirliyin digər əməkdaşlarının, yeni Attaşenin evdə icarəçi kimi qalmaq niyyətinin ola biləcəyini, “mühafizə köşkü”nün oradan götürülməməsini, müqaviləni onunla cənab Abdulazizin bağladığını, Səfirliklə hər hansı əlqəsi olmadığını düşünərək, cənab Abdulazizin ödəmədiyi icarə haqqının Səfirlikdən tələb olunmasına və ya başqa cür tədbirə cəhd etməmişdir. İlk iddiaçının pul tələbinin əsassızlığına və qarşılıqlı iddia tələbinin əsaslılığına dair dəlilləri bir daha xülasə edərək aşağıdakıları məhkəmənin diqqətinə çatdırır. Təqdim olunan qəbzlərin həqiqətə uyğun olmayan, işin həqiqi halını və reallığı əks etdirməyən, əhəmyyətsiz sənəd olduğuna dair mövqeyini ifadə edərək, Cavabdeh2 tərəfindən qarşılıqlı iddia tələbi artırılaraq, həmin qəbzlərin etibarsızlığına dair tələb irəli sürülmüşdür. Əhəmiyyətsizliyi şübhə doğurmayan, iddia tələbi ilə mübahisələndirilən “qəbz”lərdə Cavabdeh2 adından imzanın olması heç də həmin 3 “qəbz”də ayrılıqda göstərilən 300 min USD-dən artıq məbləğin Cavabdeh2 tərəfindən alındığını sübut etmir. Tərəflər arasında müqavilə şərtinə görə icarə haqqı hər bir il üçün 1 illik qabaqcadan ödəniləcəyi nəzərdə tutulduğu halda, guya iddiaçının elə müqavilə bağlanan gün 3 illik (??!!) məbləği 3 ayrı “qəbz”lə verməsinə dair mülahizələri əsassızdır. Həmin gün pul ödənmiş olsaydı, bu xüsusat müqavilədə öz əksini tapardı. Gələcəkdə yaranacaq icarə münasibətinə görə müqaviləni notarial qaydada rəsmiləşdirdiyi halda, 300 min dollardan artıq (guya) pul verən şəxsin yalnız sadə imza ilə kifayətlənməsi də ağılabatan mühakiməyə uyğun deyildir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının notariusdan sorğu edərək aldığı və iş materialına təqdim etdiyi xx.xx.2022-ci il tarixli müqavilə nüsxəsində icarənin müddəti (müqavilənin müddəti) 3 il xx.xx.2022-ci ildən xx.xx.2025-ci ilədək əks olunmuşdur. İddiaçının əlində və onlarda olan əsl nüsxə müqavilədə isə icarə müddəti 2 il 6 ay (xx.xx.2022-xx.xx.2025-ci il) razılaşdırılmışdır. Notariusda olan müqavilə nüsxəsi ilə əlində olan müqavilə nüsxələrində fərqli müddətlərin göstərilməsinin səbəbini iddiaçı tərəf də ağılabatan izah edə bilməmişdir. Belə çıxır ki, xx.xx.2022-ci ildə notariusda müqavilə bağlanan ərəfədə, fərqli sənədlər imzalanmışdır ki, onların içində əhəmiyyətsiz “qəbz”lərin də olması mümkündür. Nəzərə alınmalıdır ki, tərəflər arasında olan Müqavilənin mətninin İcarəçi, cənab Abdulaziz tərəfindən hazırlanması da işin mübahisəsiz halıdır. Cavabdeh2 ərəb dilini bilməməsi və ümumiyyətlə, müqavilə mətni hazırlaya bilməməsi, hesab edir ki, aşkar və mübahisə olunmayan faktdır. Əgər İcarəçi, onun nümyəndəsinin dediyi kimi, 300 min USD-dən artıq pulu müqavilə bağlanan gün Cavabdeh2 vermiş olsaydı, bu xüsusatı Müqavilədə əks etdirərdi. Ağılabatan deyil ki, müqaviləni notariual qaydada rəsmiləşdirən cənab Abdulaziz, diplomat və kifayət qədər təcrübəli şəxs, 300 min USD-dən artıq məbləği naməlum şəraitdə Cavabdeh2 “versin”. Cavabdeh2 nümayəndəsi tərəfindən şifahi və yazılı qaydada vəsatətlər verilərək, cənab Abdulazizin Səfirlikdə səlahiyyət müddəti, aldığı əmək haqqı, xx.xx.2022-ci il tarixə 300 min USD nağd pulun mənbəyi barədə Səfirliyə sorğu edilməsi xahiş olunmuş, məhkəmə isə bu vəsatətləri təmin etməmişdir. Hesab edir ki, ilk iddiaçı, cənab Abdulaziz özü xx.xx.2022-ci il tarixə əlində nağd qaydada 300 min USD pul olduğunu sübut edən dəlillər təqdim etməliydi. Onun istinad etdiyi “qəbz"lərin etibarsızlığı tələbi olduğu halda, yalnız həmin “qəbz”lərə istinad edilməsi, göstərilən pulun Cavabdeh2 verildiyini təsdiq edən sübut hesab edilə bilməz. Məhkəmə diqqət etməlidir ki, cənab Abduləzizin kifayət qədər böyük məbləği Bakıdakı fəaliyyəti dövründə (diplomatik xidmətdə) qazandığını, yaxud həmin məbləği öz ölkəsindən gətirdiyini təsdiq edən hər hansı dəlil təqdim etmədiyini, onda belə məbləğdə pulun olmasının təkzibi kimi nəzərə alınmalıdır. Əgər iddiaçı həqiqətən 300 min USD pul vermiş olsaydı, həmin pulun mənbəyi barədə əlində sübutlar olardı. Nəzərə alınmalıdır ki, cənab Abdulaziz xarici ölkə vətəndaşı olmaqla diplomatik xidmətdə olmuşdur, Azərbaycan Respublikasında başqa hər hansı fəaliyyətlə məşğul ola bilməzdi, başqa gəlir mənbəyi ola bilməzdi. Həmin məbləği ya diplomatik xidmətindən maaş kimi əldə etməli, ya da öz ölkəsindən gətirə bilərdi ki, hər iki halı və ya onlardan birini təsdiqləyən sübut təqdim etməmişdir. Məhkəmə diqqət etməlidir ki, iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən sorğuya cavabda cənab Abduləzizin Azərbaycanda diplomatik vəsiqəsinin müddətləri və diplomatik fəaliyyət dövrü göstərilmişdir. Azərbaycan Respubliaksı XİN-in məktubundan müəyyən olunur ki, cənab Abduləzizin diplomatik vəsiqəsinin etibarlılıq müddəti sonuncu dəfə: 19 oktyabr 2021-ci ildən-19 oktyabr 2023-cü il tarixinədək olmuşdur. 06 oktyabr 2023-cü ildə vəsiqə Səfirliyin müraciəti əsasında ləğv edilmişdir. Bu o deməkdir ki, 06 oktyabr 2023-cü ildən sonrakı tarixdə cənab Abdulaziz əcnəbi olaraq Bakıda yaşaya bilməzdi. Ona görə də, onun iddiasında guya, icarəyə götürdüyü evdə yaşamasına Cavabdeh2 maneçilik törətməsinə dair mülahizəsi tam əsassızdır. Həmin ərəfədə cənab Abdulaziz Bakıdan getmək məcburiyyətindəydi. Bunun əksini sübut etmək üçün cənab Abdulaziz sərhədkeçmə sənədini - pasportunu təqdim edə bilərdi ki, bunları da etməmişdir. Xüsusilə diqqət edilməlidir ki, X3 Bakıdakı Səfirliyinin Hərbi Attaşesi cənab X11 daxil olan məktubda bildirilir: “Səudiyyə Ərəbistanının sabiq hərbi attaşesinin Azərbaycandakı fəaliyyət müddəti bitdiyinə görə...” Bu o deməkdir ki, cənab Abduləzizin səlahiyyət müddəti 2022-ci ilin oktyabr ayında bitmişdir. Diplomatik vəsiqənin ləğvinə dair XİN-ə müraciəti Səfirlik o səbəbdən göndərmişdir ki, cənab Abduləzizin hərbi attaşe kimi səlahiyyət müddəti bitmişdir. Aydın məsələdir ki, diplomatik xidmətə, hərbi attaşe vəzifəsinə təyin ounan şəxsin səlahiyyət müddəti əvvəlcədən bəlli olur. Səlahiyyət müddəti xx.xx.2023-cü il tarixədək olan cənab Abdulazizin, guya, 2023-cü il üçün və 2024-cü il üçün tam məbləğdə icarə haqqı kimi böyük miqdarda pul verməsini qəbul etmək sadəlövhlük olardı. Cənab Abdulaziz səlahiyyət müddətinin ən uzağı 2022-ci ilin oktyabr ayında bitəcəyini bildiyi halda, nəyə görə 2023-cü il və 2024-cü il üçün icarə haqqını 2022-ci ildə ödəyərdi? Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının hazırda məhkəmədə, guya, pul verməsinə dəlil kimi istifadə etdiyi “qəbz”lərdən görünür ki, həmin “qəbz”ləri də cənab Abdulaziz özü tərtib etmişdir, Səfirliyin blankında ərəb və Azərbaycan dilində olan mətni Cavabdeh2 tərtib edə bilməzdi. Beləliklə, yuxarıda göstərilən işin faktiki halları ilə müəyyən olunur ki, müqavilə əsasında cənab Abdulaziz Cavabdeh2 evini icarəyə götürərək, faktiki olaraq evdən istifadə etmiş, lakin müqavilə şərtlərini pozaraq icarə haqqını ödəməmiş, sonradan isə Səfirliyin Hərbi Attaşesinin göndərdiyi rəsmi məktubla müqavilə vaxtından əvvəl birtərəfli qaydada xitam edilmişdir. Ona görə də, ilk iddiaçının iddia tələbinin heç bir faktiki və hüquqi əsaslı mövcud deyildir. Əvvəlki məhkəmə iclaslarında, iddiaçı X9 M-in nümayəndəsinə verdiyi suallara cavab olaraq bildirmişdir ki, guya, 3 qəbzlə 300 min ABŞ dollarından artıq pulu Cavabdeh2 verilməsinə dair qəbzlər xx.xx.2022-ci ildə tərtib olunmuş, lakin tarixlər fərqli dövrlərə yazılmışdır. Bundan başqa, iddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixli Müqavilənin 2-ci bəndində, icarə haqqının illik ödəniləcəyi nəzərdə tutulduğu və müqavilənin 2 il 6 ay müddətinə bağlandığı halda, guya 3 illik (illik 100.236 USD) ödənilməsinin səbəbini ağlabatan şəkildə izah edə bilməmişdir. X9 M-in Azərbaycan Respublikasında Səudiyyə X1 hərbi attaşesi kimi hansı dövrdə fəaliyyət göstərməsi, hansı tarixdən hərbi attaşelikdən geri çağırılması, hərbi attaşe vəzifəsində əmək haqqı, guya Cavabdeh2 ödədiyini iddia etdiyi 300 min ABŞ dollardan artıq vəsait Səfirliyin vəsaiti və ya özünün vəsaiti hesabına ödədiyi, xx.xx.2022-ci il tarixə onun 300 min ABŞ dolları nağd pula malik olduğu barədə sübutları təqdim etməyi, həmçinin hərbi attaşe vəzifəsindən hansı səbəbdən geri çağırılması, barəsində maliyyə pozuntuları ilə bağlı araşdırma aparılıbaparılmaması barədə məlumatları verməyi nümayəndəyə təklif olunmuşdur. Lakin X9 M-in nümayəndəsi bu sualların cavablandırılmasından yayınmışdır. Beləliklə, hansı tarixdə tərtib olunduğunu iddiaçının özünün belə dəqiq deyə bilmədiyi “qəbz”lərin əhəmiyyətsizliyinə dair iddia ərizəsində göstərdiyi fikirləri əlavə təkrarlamadan hesab edir ki, bu “qəbz”lər etibarzısdır. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndə və vəkili Nümayəndə3 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş, eləcə də bildirmişdir ki, müqavilə səfirliyin işçiləri ilə əlaqədar bağlanmayıb, vətəndaşlar arasında olan mübahisədir. Tərəflər arasında bağlanmış müqavilənin və onunla əlaqədar edilmiş ödənişlərin Səfirliyə hər hansı aidiyyəti yoxdur. Məhkəmə işə baxb, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2006-cı il tarixli, ********* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 5, 36 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 53 saylı Notariat Kontorunda bağlanmış 02 iyun 2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, bu icarə müqaviləsi Cavabdeh2 (“Birinci Tərəf”) ilə X3 Bakıdakı səfirliyinin nəzdindəki Hərbi Attaşeliyin təmsilçisi cənab Abdulaziz bin Saleh Alfavaz (“İkinci Tərəf”) arasında bağlanmışdır. İcarə müqaviləsinin 1-ci bəndinə əsasən X15 Tərəfə mülkü Səudiyyə Ərəbistanının Bakıdakı səfirliyinin hərbi attaşesinin yaşayış evi olmaq şərtilə icarəyə verir. İcarə müqaviləsinin 2-ci bəndinə əsasən Birinci Tərəf özünə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə, ev 36 saylı fərdi yaşayış evini İkinci Tərəfə xx.xx.2022-ci il tarixdən icarəyə verir və müqavilə 2 il 6 ay (iki il altı ay) müddətə davam edir. Müqavilə qeyd olunmuş tarixdə bitir (xx.xx.2025) o şərtlə ki, müqavilə uzadıla və qeyd olunmuş şərtlərə uyğun olaraq ləğv oluna bilər. Müqavilə təzələnərsə bütün şərtlər öz qüvvəsində qalır. Məbləğ illik ödəniləcəkdir. İcarə müqaviləsinin 3-cü bəndinə əsasən İkinci Tərəf icarəyə götürdüyü fərdi yaşayış evinin ödənişini, bir illik məbləğ əvvəlcədən ödənilməklə, ayda 14200 (on dörd min iki yüz) manat, (8353,00 USD) olmaqla Birinci Tərəfə ödəyir. Dövlət vergisi də bu məbləğə daxildir. İcarə müqaviləsinin 12-ci bəndinə əsasən müqaviləyə xitam verilməsi tələbi olduqda, İkinci Tərəf üç il ərzində icarə haqqının tam məbləğini ödəməlidir. İcarə müqaviləsinin 13-cü bəndinə əsasən Birinci Tərəfin müqaviləyə xitam verilməsini tələb etdiyi halda, eyni və ya daha yaxşı bina xüsusiyyətləri, eyni dəyər və ya daha böyük və eyni məhəllə ilə təmin etməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, “Mən Cavabdeh2, aşağıda imza edən şəxs bildirirəm ki, 100,236 USD (yüz min iki yüz otuz altı dollar) məbləği, X3 Bakıdakı səfirliyinin nəzdindəki Hərbi Attaşelik Aparatından X13 Əl-Fəvvazdan, Hərbi Atteşelik Aparatının mənzili üçün 1 illik xx.xx.2022-dən xx.xx.2023-dək icarə ödənişi olaraq almışam”. Qəbzi öz imzası ilə təsdiq edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, “Mən Cavabdeh2, aşağıda imza edən şəxs bildirirəm ki, 100,236 USD (yüz min iki yüz otuz altı dollar) məbləği, X3 Bakıdakı səfirliyinin nəzdindəki Hərbi Attaşelik Aparatından X13 Əl-Fəvvazdan, Hərbi Atteşelik Aparatının mənzili üçün 1 illik xx.xx.2023-dən xx.xx.2024-dək icarə ödənişi olaraq almışam”. Qəbzi öz imzası ilə təsdiq edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, “Mən Cavabdeh2, aşağıda imza edən şəxs bildirirəm ki, 100,236 USD (yüz min iki yüz otuz altı dollar) məbləği, X3 Bakıdakı səfirliyinin nəzdindəki Hərbi Attaşelik Aparatından X13 Əl-Fəvvazdan, Hərbi Atteşelik Aparatının mənzili üçün 1 illik xx.xx.2024-dən xx.xx.2025-dək icarə ödənişi olaraq almışam”. Qəbzi öz imzası ilə təsdiq edir. İş materiallarında olan X5 Bakıdakı Səfirliyinin Hərbi Attaşesi cənab X11 sabiq attaşenin kirayə qaldığı villanın sahibəsi Cavabdeh2 ünvanlanmış məktubdan görünür ki, Səudiyyə Ərəbstanının sabiq hərbi attaşesinin Azərbaycandakı fəaliyyət müddəti bitdiyinə görə, mülkiyyəti ona aid olan villanın kirayə götürülməsi üçün onunla hərbi attaşe arasında bağlanan kirayə müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam veriləcək və villadan tam çıxış həyata keçiriləcəkdir. İş materiallarında olan X8 M tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh2 müqavilə üzrə xx.xx.2022-ci il tarixdən sonrakı dövr üzrə onun qabaqcadan verdiyi kirayə haqqı məbləği olan 258943 ABŞ dolları məbləğində, həmin pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş məbləğə hesablanmış illik 5 faiz məbləğində, yəni 33520, 35 ABŞ dolları məbləğində, eləcə də vurulmuş mənəvi zərərə görə 20000 manat məbləğində borcları/öhdəlikləri yaranmışdır. Eləcə də, ona məxsus əşyalar da kirayəyə verilmiş fərdi yaşayış evində qalmaqdadır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, xx.xx.2022-ci il tarixli müqavilə üzrə qabaqcadan verdiyi kirayə haqqı məbləği olan 258943 ABŞ dolları məbləğində pul vəsaitinin, gecikdirilmiş borca görə illik 5 faiz məbləğdə hesablanmış 33520, 35 ABŞ dolları məbləğində pul vəsaitinin, həmin fərdi yaşayış evində qalmış ona məxsus əşyaların və ya onların dəyərinin, vurulmuş mənəvi zərərə görə 20000 manat pul vəsaitinin 3 gün ərzində ödənilməsini xahiş etmişdir. Əks halda birtərəfli qaydada ləğv edilmiş xx.xx.2022-ci il tarixli müqavilənin məhkəmə tərəfindən də ləğv edilməsi və xx.xx.2022-ci il tarixli müqavilə üzrə qabaqcadan verdiyi kirayə haqqı məbləği olan 258943 ABŞ dolları məbləğində pul vəsaitinin, gecikdirilmiş borca görə illik 5 faiz məbləğə hesablanmış 33520.35 ABŞ dolları məbləğində pul vəsaitinin, həmin fərdi yaşayış evində qalmış ona məxsus əşyaların və ya onların dəyərinin, vurulmuş mənəvi zərərə görə 20000 manat pul vəsaitinin, məhkəmə xərclərinin mıcburi qaydada alınaraq onun xeyrinə ödənilməsi tələbləri ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1955-ci ildə Tərtər rayonunda anadan olmuş, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 16, 4 saylı mənzildə qeydiyyatdadır. Təqdim olunmuş Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 3-20-14/2-4- 47643/2024 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X3 vətəndaşı c-b Abdulaziz bin Saleh Alfavazın Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 22.1-ci maddəsinə əsasən X3 Azərbaycan Respublikasındakı Səfirliyinin hərbi atteşesi qismində Xarici İşlər Nazirliyi tərəfindən müvafiq qeydiyyat vəsiqələrinin rəsmiləşdirilməsinə və onların ləğv edilməsinə, habelə həmin şəxsin ölkəmizdə diplomatik fəaliyyəti dövrünə dair aşağıdakı məlumatlar təqdim olunur: - №D 1868 saylı diplomatik vəsiqə. Etibarlılıq müddəti: 18 noyabr 2019-cu il tarixdən - 18 noyabr 2021-ci il tarixinədək. - №D 6309 saylı diplomatik vəsiqə. Etibarlılıq müddəti: 19 oktyabr 2021-ci il tarixdən - 19 oktyabr 2023-cü il tarixinədək.- 06 oktyabr 2022-ci il tarixində №D 6309 saylı diplomatik vəsiqə səfirliyin müraciətinə əsasən ləğv edilmişdir. C-b Abdulaziz bin Saleh Alfavazın X3 ölkəmizdəki səfirliyinin hərbi attaşesi vəzifəsində diplomatik fəaliyyəti dövrü xx.xx.2019 – xx.xx.2022 tarixlərini əhatə etmişdir. Məhkəmə iddia tələbinin Cavabdeh2 ilə bağlanmış 02 iyun 2022-ci il tarixli icarə (kirayə) müqaviləsinin ləğv edilməsinin məhkəmə tərəfindən tanınması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, X3 Bakıdakı səfirliyinin nəzdindəki Hərbi Attaşeliyin təmsilçisi cənab Abdulaziz bin Saleh Alfavaz ilə Cavabdeh2 arasında Bakı şəhəri 53 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2022-ci il tarixli kirayə-icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə mülkiyyətçi Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 5, ev 36 saylı fərdi yaşayış evini 2 il 6 ay müddətinə Abdulaziz Saleh M Alfavaza kirayəyə vermişdir. X5 Bakıdakı Səfirliyinin Hərbi Attaşesi cənab X16 tərəfindən Cavabdeh2 məktub ünvanlanaraq, Səudiyyə Ərəbstanının sabiq hərbi attaşesinin Azərbaycandakı fəaliyyət müddəti bitdiyinə görə, mülkiyyəti ona aid olan villanın kirayə götürülməsi üçün onunla hərbi attaşe arasında bağlanan kirayə müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam veriləcəyi və villadan tam çıxışın həyata keçiriləcəyi bildirilmişdir. Bununla əlaqədar tərəflər arasında olan kirayə hüquq münasibətlərinə xitam verilmişdir. Hal-hazırda iddiaçı Abdulaziz bin Saleh Alfavaz məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə aralarında bağlanmış 02 iyun 2022-ci il tarixli icarə (kirayə) müqaviləsinin ləğv edilməsinin məhkəmə tərəfindən tanınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında izah etmişdir ki, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); - Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal). Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Burada “tərəflərin razılaşması ilə yol verildikdə” müddəasının “əvvəlcədən müqavilədə nəzərdə tutulan hallarda” mənasını ehtiva etdiyi xüsusilə qeyd edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır. Əlavə olaraq o da vurğulanmalıdır ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 421.2-ci maddəsinin birinci cümləsindən “məhkəmənin qərarına əsasən" müddəası çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən irəli gəlmişdir. Konstitusiya Məhkəməsi Plenumu qeyd olunan qərarında daha sonra izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan izahını rəhbər tutaraq, hesab edir ki, iddia tələbinin Cavabdeh2 ilə bağlanmış 02 iyun 2022-ci il tarixli icarə (kirayə) müqaviləsinin ləğv edilməsinin məhkəmə tərəfindən tanınması hissəsi əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2 ilə bağlanmış 02 iyun 2022-ci il tarixli icarə (kirayə) müqaviləsinin 12-ci bəndinin etibarsızlığının təsbiti hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından göründüyü kimi, iddiaçı icarə (kirayə) müqaviləsinin 12-ci bəndinin etibarsızlığının təsbiti tələbini onunla əsaslandırmışdır ki, həmin bənddə göstərilən şərt icarəçiyə münasibətdə ağır şərt olmuşdur və bu bənd özlüyündə etibarsız olmuşdur. Bu bənd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsızdır. İcarəyə (kirayəyə) verən tərəfindən icarə/kirayə predmeti olan fərdi yaşayış evinin kirayəyəyə verilməsindən gəlir əldə etməsinə baxmayaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq birtərəfli qaydada xitam vermək hüququnun icarəçiyə üç il ərzində icarə haqqının tam məbləğində ödəniş etməli olması ilə nəticələnməsi ağlabatan hesab oluna bilməz və real iqtisadi vəziyyətə ziddir. Bu hal icarəçinin hüquqlarının pozulmasına, icarəyəverənin isə hüquqlarından sui-istifadəyə səbəb olmuş olur. Xüsusilə qeyd edilməlidir ki, hazırki iş üzrə müqavilənin ləğvi şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi halında baş vermişdir. İcarə müqaviləsinin 12-ci bəndi Mülki Məcəllənin 6.2-ci və 337.1-ci maddələrinin şərtləri pozulmaqla bağlanılmaqla etibarsız olmuşdur. Məhkəmə iciasında sübutların tədqiqi ilə müəyyən edildi ki, X3 Bakıdakı səfirliyinin nəzdindəki Hərbi Attaşeliyin təmsilçisi cənab Abdulaziz bin Saleh Alfavaz ilə Cavabdeh2 arasında Bakı şəhəri 53 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli kirayə-icarə müqaviləsinə görə Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 5, ev 36 saylı fərdi yaşayış evini 2 il 6 ay müddətinə Abdulaziz Saleh M Alfavaza kirayəyə verməyi, Abdulaziz Saleh M Alfavaz isə icarəyə götürdüyü fərdi yaşayış evinin ödənişini, bir illik məbləğ əvvəlcədən ödənilməklə, ayda 14200 (on dörd min iki yüz) manat, (8353,00 USD) olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İcarə müqaviləsinin 12-ci bəndinə əsasən müqaviləyə xitam verilməsi tələbi olduqda, İkinci Tərəf (Abdulaziz Saleh M Alfavaz) üç il ərzində icarə haqqının tam məbləğini ödəməyi, İcarə müqaviləsinin 13-cü bəndinə əsasən Birinci Tərəfin (Cavabdeh2) müqaviləyə xitam verilməsini tələb etdiyi halda, eyni və ya daha yaxşı bina xüsusiyyətləri, eyni dəyər və ya daha böyük və eyni məhəllə ilə təmin etməyi öhdəsinə götürmüşdür. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafıq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafıq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifıni verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Ə.Ə.İbrahimovun şikayəti üzrə” 12 aprel 2004-cü il tarixli qərarında göstərmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci mad.). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsi və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 339-cu mad.). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə müqavilənin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafıq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, iddiaçı mübahisələndirilən xx.xx.2022-ci il tarixli kirayə-icarə müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamış və müqavilənin 12 və 13-cü bəndlərində tərəflər öz üzərlərinə müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı qarşılıqlı öhdəliklər götürmüşlər. Yəni icarə müqaviləsinin 12-ci bəndinə əsasən müqaviləyə xitam verilməsi tələbi olduqda, İkinci Tərəf (Abdulaziz Saleh M Alfavaz) üç il ərzində icarə haqqının tam məbləğini ödəməyi, İcarə müqaviləsinin 13-cü bəndinə əsasən Birinci Tərəfin (Cavabdeh2) müqaviləyə xitam verilməsini tələb etdiyi halda, eyni və ya daha yaxşı bina xüsusiyyətləri, eyni dəyər və ya daha böyük və eyni məhəllə ilə təmin etməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında iddiaçı Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlandığı zaman qanunvericiliyin tələblərinə əməl edilməməsini təsdiq edən sübutları təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 02 iyun 2022-ci il tarixli icarə (kirayə) müqaviləsinin 12-ci bəndinin etibarsızlığının təsbiti hissəsi ilə bağlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə eləcə də qeyd edir ki, 02 iyun 2022-ci il tarixli icarə (kirayə) müqaviləsinin 12ci bəndinin 12-ci bəndinin tələbləri nəzərə alınmaqla, iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli müqavilə üzrə müqavilənin ləğvinə dair bildirişdə göstərilmiş xx.xx.2022-ci il tarixdən sonrakı dövr üzrə qabaqcadan verdiyi kirayə haqqı məbləği olan 200472 ABŞ dolları məbləğində pul vəsaitinin, gecikdirilmiş borca görə illik 5 faiz məbləğə hesablanmış 33520,35 ABŞ dolları məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq ona ödənilməsi hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə aşağıdakıları bildirir. İş materiallarından göründüyü kimi, Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, qarşılıqlı iddia üzrə cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirərək fərdi yaşayış evini iddiaçının faktiki istifadəsinə vermişdir, lakin iddiaçı öz öhdəliklərini yerinə yetirməmiş, heç bir vəsait ödəməmiş, cənab Abdulazizlə görüşüb ödənişlə bağlı müraciət edə bilməmişdir. Müəyyən müddətdən sonra X3 Bakıdakı Səfirliyinin Hərbi Attaşesi cənab X11 icarə müqaviləsinin vaxtından əvvəl birtərəfli qaydada xitam edilməsinə dair ona rəsmi məktub daxil olmuş, 2023-cü ilin yanvar ayında isə fərdi yaşayış evinin açarları ona geri qaytarılmışdır. Lakin sabiq hərbi Attaşe cənab Abdulaziz tərəfindən ona müqavilə üzrə razılaşdırılmış icarə haqqı ödənilməmişdir. Cavabdehlə aralarındakı xx.xx.2022-ci il tarixli müqavilənin 12-ci bəndinə əsasən, müqaviləyə xitam verilməsi tələbi olduqda, ikinci tərəf 3 (üç) il ərzində icarə haqqının tam məbləğini ödəməlidir. Müqavilənin 12-ci bəndinə istinadla, hazırki vaxta gecikdirmələrə görə faizləri nəzərə almadan cavabdehin ona ödəməli olduğu əsas məbləğ 31 ay ərzində (31X8353) 258943,0 ABŞ dolları təşkil edir. Digər tərəfdən iddiaçının nümayəndə və vəkili tərəfindən 3 ədəd qəbz təqdim edilmişdir ki, həmin “qəbz”lərin məzmununa görə, guya o, “xx.xx.2022-dən xx.xx.2023-dək, xx.xx.2023-dən xx.xx.2024-dək, xx.xx.2024-dən xx.xx.2025-dək dövrlər üzrə, hər il üçün ayrılqıda 100,236 ABŞ dolları olmaqla X3 Bakıdakı səfirliyinin nəzdindəki Hərbi Attaşelik Aparatından X13 Əl-Fəvvazdan, Hərbi Attaşelik Aparatının mənzili üçün...icarə ödənişi olaraq almışdır". Hər bir “qəbz”in üzərində 1.1.2022; 1.1.2023; 1.1.2024 qeydi vardır. Qəbzlər üzərindəki imzanın onun tərəfindən icra edilib-edilməsindən asılı olmayaraq, onun belə bir “qəbz”lər imzalamağı üçün hər hansı əsas, səbəb və iradə ifadəsi olmamışdır. O, belə “qəbz”lərin mövcudluğundan yalnız hazırki məhkəmə işi üzrə nümayəndəsinin ona təqdim etdiyi sənədlərdən məlumatlı olmuşdur. İlk növbədə diqqət edilməlidir ki, aralarındakı müqavilə xx.xx.2022-ci ildə notarial qaydada bağlanmasına baxmayaraq, guya, “1.1.2022” qeydilə tərtib olunmuş qəbzlə 2022-ci il üçün 100.236 ABŞ dolları “pul almışdır”. xx.xx.2022-ci il tarixli icraə müqaviləsinə faktiki olaraq icarəçi tərəfindən xx.xx.2022-ci ildə birtərəfli xitam verildiyi halda, 2023 və 2024-cü illər üzrə icarə haqqının ödənildiyinə (guya onun aldığına) dair 1.1.2023; 1.1.2024 tarixlərində “qəbz”lərin tərtib olunması da əhəmiyyətsizlikdən, uydurmadan başqa bir şey deyildir. Aralarında olan müqavilə şərtinə görə icarə haqqı hər bir il üçün 1 illik qabaqcadan ödəniləcəyi nəzərdə tutulduğu halda, guya iddiaçının elə müqavilə bağlanan gün 3 illik məbləği 3 ayrı “qəbz”lə verməsinə dair mülahizələri əsassızdır. Həmin gün pul ödənmiş olsaydı, bu xüsusat müqavilədə öz əksini tapardı. Sözügedən “qəbz”lərin müqavilə bağlanan gündə digər sənədlərlə (müqavilə nüsxələri) ilə birlikdə ona təqdim olunması və onun da onların məzmununa baxmadan imzaladığını ehtimal edə bilər. Ona görə də, sözügedən “qəbz”lərin əhəmiyyətsiz olması, real münasibətləri və real vəziyyəti, onun iradəsini əks etdirmədiyi nəzərə alınaraq, həmin “qəbz”lərin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi ilə eyni zamanda icarə müqaviləsində nəzərdə tutulan müddət üçün icarə haqqının iddiaçı tərəfindən cavabdehə ödənilməsi ilə bağlı Azərbaycan və Ərəb dillərində 3 ədəd qəbz tərtib edilmişdir və həmin qəbzlərdə göstərilən məbləğin Cavabdeh2 tərəfindən alınması onun imzası ilə təsdiq edilmişdir. Cavabdeh2 qəbzlərdə olan imzaların onun tərəfindən icra edilmədiyinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olunmuşdur ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 icarə müqaviləsi üzrə ona hər hansı ödənişin edilmədiyini iddia etsə də, bununla yanaşı, keçən müddət ərzində müqavilə öhdəliklərinin icrası ilə bağlı hər hansı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Bu da, qarşılıqlı iddia üzrə iddiaçının dəlillərinin, eləcə də, onun nümayəndəsi və vəkilinin izahatlarının obyektiv xarakteri barədə məhkəmədə inam yaranmasına mane olur. Beləliklə, toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, qarşılıqlı iddia iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Abdulaziz Saleh M Alfavazın (3-cü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və X3 Azərbaycan Respublikasındakı Səfirliyi işə cəlb olunmaqla) cavabdehlər Məmmədov Vı̇ dadi Qoca oğlu və Məmmədova Tamı̇ lla Qəzənfər qızına qarşı “kirayə müqaviləsinın ləğv edilməsinin tanınması və pul tutulması” tələbinə dair iddiası və Məmmədova Tamı̇ lla Qəzənfər qızının cavabdeh Abdulaziz Saleh M Alfavaza qarşı “pul tutulması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-1333/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1333/2024
07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver