Məhkəmə qərarları › İş №e-2(009)-1356/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1356/2025

10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1356/2025 10.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********21608 XİAOMİ Redmi Note 13 markalı telefon, XİAOMİ Redmi Buds 5 qulaqlıq, X3 1 il xidməti, ütü lofans, ütü masası Harginber, X6 F3700, X4 çaydanlıktakımı 3 parça almış və nəticədə 1343.14 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 662.52 manat (12 ay x 55.21 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********21608 XİAOMİ Redmi Note 13 markalı telefon, XİAOMİ Redmi Buds 5 qulaqlıq, X3 1 il xidməti üçün ümumilikdə, 752.37 manat olmaqla ondan, 662,52 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 66,25 manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 460,08 manat (18 ay x 25.56 manat + 0 manat ilkin ödəniş) olan Ütü LOFANS, ütü masası Harbinger, X6 F3700, ümumilikdə, 506.09 manat olmaqla ondan, 460.08 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 46.01 manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 76.98 manat (6 ay x 12.83 manat + 0 manat ilkin ödəniş) olan X5 çaydanlık takımı 3 parça üçün ümumilikdə, 84.68 manat olmaqla ondan, 76.98 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7.70 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.Göstərilənlərə əsasən iddiaçı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********21608 XİAOMİ REDMİ NOTE 13 markalı telefon, XİAOMİ REDMİ BUDS 5 qulaqlıq, X3 1 il xidməti üçün, 662.52 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 66.25 manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, Ütü LOFANS, Ütü masası HARBİNGER, MİNİ SOBAHOFFMANN üçün F3700 460,08 manat ödənilməmiş hissə, 46.01 manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, X4 çaydanlık takımı 3 parça üçün, 76.98 manat ödənilməmiş hissə, 7.70 manat cərimə ümumilikdə 1343,14 manat borc, 33,44 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh İmei kod **********21608 XİAOMİ Redmi Note 13 markalı telefon, XİAOMİ Redmi Buds 5 qulaqlıq, X3 1 il xidməti 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 55,21 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 662,52 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh Ütü LOFANS, ütü masası Harbinger, X6 F3700, 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 25,56 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 460,08 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli “müqaviləyə əsasən "xxxx" MMC R.X2 Emaye çaydanlık takımı 3 parça 6 ay müddətinə ödənilmək şərti ilə (ayda 12,83 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 76,98 manat təşkil edir. İş üzrə "xxxx" tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 662,52 manat əsas, 66,25 manat cərimə, X1 rüsumu 23,6 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 460,08 manat əsas, 46,01 manat cərimə, xx.xx.2024cü il tarixli müqavilə üzrə 76,98 manat əsas7,70 manat cərimə, cəmi 1343,14 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti İmei kod **********21608 XİAOMİ Redmi Note 13 markalı telefon, XİAOMİ Redmi Buds 5 qulaqlıq, X3 1 il xidməti, Ütü LOFANS, ütü masası Harbinger, X6 F3700, X5 çaydanlık takımı 3 parça pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni alınmış telefon, mini soba və digər əşyalar Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən xx.xx.2024cü il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 662,52 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsum 66,25 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 460,08 manat əsas borc, 46,01 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 76,98 manat əsas borc, 7,70 manat cərimə, cəmi 1343,14 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2024-cü il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixə yaranmış 662,52 manat borc, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 66,25 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixə yaranmış 460,08 manat borc, 46,01 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixə yaranmış 76,98 manat borc, 7,70 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33,44 manat, cəmi 1376,58 (bir min üç yüz yetmiş altı manat, əlli səkkiz qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar