Məhkəmə qərarları › İş №e-2(009)-1405/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1405/2024

01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1405/2024 01.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “X5 Prado” markalı, 10–EC–004 dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il aprelin 09-da Cavabdeh idarə etdiyi “X5 Prado” markalı, 10–EC–004 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Bülbül prospekti ilə Ş.Bədəlbəyli küçəsinin kəsişməsində “Mercedes 190” markalı, 10–ZS– 519 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Nəsimi RPİ-nin 22-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Orxan Qurbanov tərəfindən xx.xx.2021ci il tarixində cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Başqa sözlə desək, vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ilə müəyyən edilərək, təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarxində verilmiş verilmiş 4694 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Mercedes 190” markalı, 10–ZS–519 dövlət nömrə nişanlı avtomobilə 1800 manat zərər dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 1800 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X3 ödəmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti «Mersedes 190» markalı **-ZS-*** dövlət qeyddiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1800 manat ödənilməmiş sığorta ödənişi məbləği, 38 manat dövlət rüsumu, ümumilikdə 1838 manat pul məbləğinin Cavabdeh alınaraq “Xalq Sığorta» Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə AR DİN BDYPİ tərəfindən verilmiş avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbar sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən təfərrüfatları barədə arayışa əsasən “X5 Prado” markalı, **-EC-*** dövlət nömrə nişanlı avtomaşın X1 adına qeydiyyata alınmışdır. Hadisə baş verən anda sürücü Cavabdeh olmuş, yol-nəqliyyat hadisəsi nəticəsində A.Orucov tərəfindən idarə olunan “Mercedes Benz 190” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər yetirilmişdir. İş üzrə PXA********** nömrəli icbari sığorta haqqında müqaviləsinə dair məlumata əsasən sığortaçı qismində "xxxx" sığorta edilən X2 məxsus “X5 Prado” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək – 12 ay müddətinə sığorta olunmuşdur. İş üzrə Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin baş təhqiqatçısı polis mayoru Orxan Qurbanov tərəfindən qəbul edilmiş cinayət işinin başlanması rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərara əsasən, X5 Prado” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin naməlum sürücüsü gələcəkdə müəyyən edildikdə AR İXM-nın 327.1-ci və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə qəbul edilmiş qərar icra olunması üçün Nəsimi DYPŞ-nə göndərilmişdir. İş üzrə “Auto Box” avtomobil servisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 4694 saylı qüsur aktına əsasən «Mercedes E190» markalı **-ZS-*** dövlət nömrə nişanlı avtomaşına yol-nəqliyyat hadisəsi zamanı 1800 manat ziyan dəymişdir. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, PXA88483 saylı sığorta aktının surətinə əsasən xx.xx.2020-ci il tarixdə sığortalanmış “X5 Prado” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə «Mercedes Benz 190» markalı ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə «Mercedes Benz 190» markalı ** ZS *** dövlət nömrə nişanlı avtomaşına 1800 manat ziyan dəymişdir. İş üzrə sığorta ödənişinin alınması üçün plastik ödəmək kartının təhvil-təslim aktından və hesabdan çıxarışından görünür ki, "xxxx" ASC xx.xx.2021-ci il tarixdə 1800 manat zərərçəkmiş şəxsə X3 ödəmişdir. İş üzrə "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 06.00 radələrində Bakı şəhəri, Bül-bül prospekti ilə Ş.Bədəlbəyli küçəsinin kəsişməsində idarə etdiyiniz və tərəflərindən PXA ********** sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “X5 Prado” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil «Mercedes Benz 190» markalı ** ZS *** dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonunuya ziyan vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərə görə sığorta şirkəti tərəfindən 1800 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yuxarıda qeyd olunanlara əsasən və hadisə zamanı hadisəni törədən şəxsin hadusə yerindən yayınmağını nəzərə alaraq ödənilmiş 1800 manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında zərər məbləğini məktubu aldıqdan sonra 7 təqvim günü ərzində "xxxx" ASC-yə ödənilməsi xahiş olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi icbari sığorta üzrə "xxxx" ASC-də sığortalanmış “X5 Prado” markalı, **-EC-*** dövlət nömrə nişanlı avtomaşınla xx.xx.2021ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 190” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçı sığorta təşkilatı tərəfindən “Mercedes Benz 190” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1800 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə tərəfindən eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsilə yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerini tərk edərək getmiş və onun yolnəqliyyat hadisəsinin törədilməsində təqsirli olması və hadisə yerindən yayınma səbəbi ilə AR İXMnın 327.1-ci və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb olunması qərara alınmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 190” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1800 manat məbləğində ziyan sığortaçı tərəfindən ödənilmişdir. Yolnəqliyyat hadisəsi törətmiş təqsirkar sürücü hadisə zamanı hadisə yerindən yayındığından, iddiaçının vurulmuş ziyanın ödənilməsi ilə bağlı subroqasiya hüququ yaranmışdır. Bu səbəbdən iddiaçı ödənilmiş cəmi 1800 manat sığorta ödənişinin tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. İş materiallarında olan sənədlərdən məlum olur ki, Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin baş təhqiqatçısı polis mayoru Orxan Qurbanov tərəfindən qəbul edilmiş cinayət işinin başlanması haqqında xx.xx.2021-ci il tarixli qərarına Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsində təqsirli olması və hadisə yerindən yayınması tam təsdiq olunmuşdur. Məhkəmə qeyd edir ki, sürücü Cavabdeh yol-nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayındığından iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. “İcbari sığortalar haqqında” AR Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı, verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. AR Mülki Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortaçıya ödəmiş olsun. Əgər sığortalı üçüncü şəxs barəsində tələbindən və ya tələbinin yerinə yetirilməsi hüququndan imtina edərsə, sığortaçı öz xərclərinin əvəzinin ödənilməsi hüququnun həyata keçirilməsi nəticəsində və ya tələbin irəli sürülməsi ilə əlaqədar əldə edə biləcəyi həcmdə zərərin əvəzini ödəmək vəzifəsindən azad edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləinin 936.1-ci maddəsinə görə subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göstərilən Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 1114-cü maddəsinə (zərər vurmuş şəxsə reqress hüququ) əsasən başqa şəxsin (qulluq,mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Beləliklə məhkəmə hesab edir ki, idda tələbi təmin edilməli və sığorta ödənişi kimi zərərçəkənə ödənilmiş 1800 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi ödənilmiş 31,50 manat dövlət rüsumunun tutulması hissəsində təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə zərərçəkmiş şəxsə ödənilmiş sığorta ödənişinin əvəzi kimi 1800 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 38 manat, cəmi 1838 (bir min səkkiz yüz otuz səkkiz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar