Məhkəmə qərarları › İş №e-2(009)-141/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-141/2025

16.07.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-141/2025 16.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi E.Ə.Əlitahirlinin iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinə birləşən Bibiheybət Dş-300 mm-lik yerüstü kəmərinin 0,6-cı km-də, (39T 400355; 4466454) kəmərə paralel 1-ci sırada kəmərinin mühafizə zonasında Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, G.Əliyev (Buxtin) ünvanında Cavabdeh məxsus 3 ədəd fərdi yaşayış evi faktları aşkar edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı SOCAR-ın İddiaçı istismarında olan Şirvan- Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinə birləşən Bibiheybət Dş-300 mm-lik yerüstü kəmərinin 0,6-cı km-də, (39T 400355; 4466454) kəmərə paralel 1-ci sırada kəmərinin mühafizə zonasında Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, G.Əliyev (Buxtin) ünvanında Cavabdeh məxsus 3 ədəd fərdi yaşayış evlərinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank, Xətai filialı: VÖEN: **********1, H/h: AZ33AİİB********************, KOD: 200071, M/h: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə SOCAR Təhlükəsizlik İdarəsinin 3 saylı komandasının müavini X2, qarovul rəisi X4 və NKİ QİB NBKXS-nin rəisi X3 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə 4 saylı qarovulun 1-ci iş növbəsində saat 11:00-da 4-5 saylı postların (NKİ Şirvan-Böyükşor neft kəməri 92-115,2 km və kəmərə birləşən Bibiheybət xətti, avtomobildə səyyar) ərazisində ünvan 1 ünvanında, “Azneft” İB-nin “Bibiheybət” NQÇİ-nin Neft çənlər parkından çıxan Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinə birləşən, Bibiheybət Dş-300 mm-lik yerüstu neft kəmərinin 0,6 km-də (39T 400355; ******* koordinatında) kəmərin təqribən 37 metrliyində, yaşayış evləri inşa etmək məqsədi ilə 2 ədəd 10 metr uzunluğunda, 8 metr enində və 1 ədəd 14 metr uzunluğunda 8 metr enində tikinti işlərinin aparıldığı əməkdaşları tərəfindən aşkarlanmışdır. Sözügedən işlərlə məşğul olan fəhlələr və onların üzərində iş icraçısı kimi özünü təqdim edib adını söyləməkdən imtina edən vətəndaşa mühafizə zonası daxilində gördükləri işlərin qanunazidd olması izah edilsə də, işləri davam etdirəcəklərini bildirmişdirlər. Bundan sonra tədbir görülməsi üçün DİN-nin 102 xidmətinə və Səbail rayon icra hakimiyyətinə məlumat verilmişdir. Faktla bağlı NKİ QİB-nə və Tİ-nin XTŞ-nin növbəti rəisinə ətraflı məlumat verilmişdir. Məlumat üçün bildirirlər ki, yaşayış olmadığı üçün evin heç bir sayğacı yoxdur. İş üzrə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 10/8837 saylı rəyinə əsasən ünvan 3 ünvanında Cavabdeh Arif oğlu tərəfindən inşa edilmiş tikililərin SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinə birləşən, Bibiheybət DŞ-300 mm-lik yerüstü neft kəmərinin 0,6-cı km-də, kəmərdən 39 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında inşa edildiyi müəyyən edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan- Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinə birləşən Bibiheybət Dş-300 mm-lik yerüstü kəmərinin 0,6-cı km-də, (39T 400355; 4466454) kəmərə paralel 1-ci sırada kəmərinin mühafizə zonasında Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, G.Əliyev (Buxtin) ünvanında Cavabdeh tərəfindən özbaşına tikinti işləri aparılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh tərəfindən özbaşına olaraq iddiaçıya ayrılmış torpaq sahəsində tikinti aparılmışdır və həmin tikintinin aparılması üçün qanunda nəzərdə tutulmuş hər hansı icazə alınmamışdır. Digər tərəfdən həmin tikili İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinə birləşən Bibiheybət Dş-300 mm-lik yerüstü kəmərinin 0,6-cı km-də, kəmərə paralel 1-ci sırada kəmərinin mühafizə ərazisində yerləşir. Bu səbəbdən iddiaçı həmin tikintinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təyin edilmiş ekspertiza ilə müəyyən edilmişdir ki, ünvan 3ndə Cavabdeh Arif oğlu tərəfindən inşa edilmiş tikililərin SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ- 500 mm-lik yerüstü neft kəmərinə birləşən, Bibiheybət DŞ-300 mm-lik yerüstü neft kəmərinin 0,6-cı km-də, kəmərdən 39 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında inşa edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən həmin tikinti iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində aparıldığı üçün və həmin tikili statusuna görə özbaşına olduğu üçün, eyni zamanda həmin tikili yerüstü neft kəmərinin mühafizə zonasında yerləşdiyi üçün, iddiaçı mübahisəli tikilinin sökülməsi tələbi ilə məhkəmədə çıxış etməkdə tam haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göstərilən Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmçinin həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəyə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən isə özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmçinin həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən mühafihə zonası boru kəmərləri oxunun hər tərəfidən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. Beləliklə məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, mübahisəli özbaşına tikili “Neft Kəmərlər” İdarəsinin istismarında olan neft kəmərin mühafizə zonasında kəmərdən 39 metr aralı məsafədə inşa olunduğundan və həmin tikili həm İddiaçı razılığı, həm qanunla nəzərdə tutulmuş icazələr alınmadan inşa edildiyindən və statusuna görə özbaşına hesab olunduğundan, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğundan, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul tutulmalı, iş üzrə keçirilmiş ekspertiza xərci də cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia təmin edilsin. ünvan 4 ünvanında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinə birləşən Bibiheybət Dş- 300 mm-lik yerüstü kəmərinin 0,6-cı km-də, (39T 400355; 4466454) kəmərə paralel 1-ci sırada kəmərinin mühafizə zonasında kəmərdən 39 metr aralı məsafədə Cavabdeh tərəfindən inşa edilən bütün qanunsuz tikililər (3 ədəd fərdi yaşayış evi) Cavabdeh vəsaiti hesabına sökülsün, cavabdeh həmin ərazidən çıxarılsın. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı xeyrinə (SOCAR-ın İddiaçı bank hesabı: (Kapitalbank, Xətai filialı: VÖEN: **********1, H/h: AZ33AİİB********************, KOD: 200071, M/h: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pul tutulsun. Cavabdeh dövlət nəfinə keçirilmiş ekspertiza xərci – 50 (əlli) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar