Məhkəmə qərarları › İş №e-2(009)-143/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-143/2024

12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-143/2024 12.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı Bayramov Məcı̇ d Zalımxan oğlunun cavabdeh Əkbərova Nı̇ gar Nı̇ zamı̇ qızına qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Bayramov Məcı̇ d Zalımxan oğlunun cavabdeh Əkbərova Nı̇ gar Nı̇ zamı̇ qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 228 saylı müqavilə üzrə 4196 (dörd min yüz doxsan altı) manat əsas borc, 1258 (bir min iki yüz əlli səkkiz) manat dəbbə pulu və 75 (yetmiş beş) manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 5529 (beş min beş yüz iyirmi doqquz) manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: ********** №-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton” mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 31 yanvar 2020-ci il tarixində “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Cavabdeh 31 yanvar 2020-ci il tarixli 228 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 11276 (on bir min iki yüz yetmiş altı) manat olan 1 ədəd “Masa Nərmin", 6 ədəd “Stul Tacmahal”, 1 ədəd “Qorka Nərmin’", 1 ədəd “Kamod Nərmin”, 1 ədəd “Jurnalni Titanik”, 1 ədəd “X1” və 1 ədəd “Roma” Yataq dəsti almış, ilkin ödəniş olaraq 1430 (bir min dörd yüz otuz) manat ödəniş etmiş, nəticədə 9846 (doqquz min səkkiz yüz qırx altı) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 31 yanvar 2020-ci il tarixli 228 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2023-ci il tarixdə 150 (bir yüz əlli) manat ödəniş edilmişdir. Bugünədək cavabdehə etdiyi yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və alqı-satqı qiyməti 228 saylı müqavilə üzrə 11276 (on bir min iki yüz yetmiş altı) manat olan 1 ədəd “Masa Nərmin”, 6 ədəd “Stul Tacmahal”, 1 ədəd “Qorka Nərmin”, 1 ədəd “KamodNərmin”, 1 ədəd “Jurnalni Titanik”, 1 ədəd “X1” və 1 ədəd “Roma” yataq dəsti üçün ümumilikdə 4196 (dörd min yüz doxsan altı) manat ödənilməmiş hissə, 1258 (bir min iki yüz əlli səkkiz) manat dəbbə pulu yaranmışdır. Qeyd edilən müqaviləyə əsasən göstərilən məbləğin ödənilməmiş hissəsi, “Alıcı” tərəfindən və ya “Alıcı”nın müvəkkil etdiyi şəxs tərəfindən, birmənalı şəkildə “Müqavilə”nin ayrılmaz tərkib hissəsi olan Ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilir; 2.4 “Alıcı”, ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% həcmində “Satıcı”nın xeyrinə gecikmə faizi ödəyir. 3.1. Bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki hüquqi məsuliyyət daşıyırlar. 4.1. Bu müqavilənin icrası ilə əlaqədar Tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll ediləcəkdir. Qanunvericiliyə uyğun olaraq aşağıdakı hüquqi əsaslara görə ərizə təmin olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı Bayramov Məcı̇ d Zalımxan oğlu məhkəməyə ərizə ünvanlayaraq səhhətində olan problemlərlə əlaqədar olaraq məhkəmə hazırlıq və baxış iclaslarında iştirakının mümkün olmayacağını, iddia ərizəsini müdafiə edərək bütün məhkəmə hazırlıq və baxış iclaslarının iştirakı olmadan keçirilməsini və Cavabdeh cəmi 5529 manat pulun onun xeyrinə tutulması haqqında yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh Əkbərova Nı̇ gar Nı̇ zamı̇ qızı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Əkbərova Nı̇ gar Nı̇ zamı̇ qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “Satıcı” İddiaçı ilə “Alıcı” Cavabdeh arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli, 228 saylı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, 1.1. "Satıcı" ümumi dəyəri 11276 (on bir min iki yüz yetmiş altı) manat (1 ədəd) Masa Nərmin, (6 ədəd) Stul Tacmahal, (1 ədəd) Qorka Nərmin, (1 ədəd) Kamod Nərmin, (1 ədəd) Jurnalni Titanik, (1 ədəd) X1, (1 ədəd) Yataq dəsti Roma (Dolabsız) modelini satmağı, "Alıcı" isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə "Satıcı"ya ödəməyi öhdəsinə götürür. 2.1. "Alıcı" Malın satış qiymətinin dəyəri 11276 (on bir min iki yüz yetmiş altı) manatın 1430 (min dörd yüz otuz) manatı ilkin ödəniş qismində "Satıcı"ya ödəyir. Müqavilə bağlandıqdan və ilkin ödəniş edildikdən sonra bu müqavilənin 1.1-ci bəndində göstərilmiş mal "Alıcı"ya təhvil verilir. 2.2. "Alıcı" Malın satış qiymətindən ilkin ödəniş çıxıldıqdan sonra qalan 9846 (doqquz min səkkiz yüz qırx altı) manatı 18 ay müddətinə ayda 547 (beş yüz qırx yeddi) manat olmaqla hər ayın 30-dək ödəməlidir. 2.3. Ödəniş "Satıcı"nın razılığı əsasında nağd və ya köçürmə formasında həyata keçirilə bilər. 2.4. "Alıcı" ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i (bir faizi) həcmində "Satıcı"nın xeyrinə cərimə ödəyir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, 31 yanvar 2020-ci il tarixli, 228 saylı alqı-satqı müqaviləsinə əsasən malın dəyəri 11276 manat, ilkin ödəniş 1430 manat, borc 9846 manat, müqavilə müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək-18 ay olmaqla ayıq ödənişin məbləği 547 manat olmuşdur. İş materiallarına əlavə olunmuş 31 yanvar 2020-ci il tarixli, 228 saylı qaimədən görünür ki, 1 ədəd Masa Nərmin qiyməti 980 manat, 6 ədəd Stul Tacmahal 1500 manat, 1 ədəd Qorka Nərmin 1346 manat, 1 ədəd Kamod Nərmin 1250 manat, 1 ədəd Jurnalni Titanik 750 manat, 1 ədəd X1 2150 manat, 1 ədəd yataq dəsti Roma dolabsız 330 manat olmaqla, cəmi məbləğ 11276 manat olmuşdur. İş materiallarına əlavə olunmuş Əkbərova Nı̇ gar Nı̇ zamı̇ qızına ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziyanın məktubunun surətindən görünür ki, müqavilənin müddəti K0228 saylı müqavilə üzrə xx.xx.2021-ci il tarixdə bitmiş və müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə K0228 saylı müqavilə üzrə 4196 manat əsas, 1258 manat dəbbə pulu (cərimə) olmaqla, 5454 manat borc yaranmışdır. 31 yanvar 2020-ci il tarixli, K0228 saylı Nisyə alqı-satqı müqavilələri üzrə cəmi 5454 manat pulun 5 təqvim günü müddətində hesabına ödənilməsini təmin etməyi, əks təqdirdə ona qarşı “pul” tələbinə dair ərizə ilə müvafiq məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 228 nömrəli, 31 yanvar 2020-ci il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən borclu Cavabdeh xx.xx.2023-cü il tarixə olan qalıq borcu 4196 manat əsas, 1258 manat dəbbə pulu və 75 manat tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5529 manat, 00 qəpikdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 228 nömrəli, 31 yanvar 2020-ci il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən borclu Cavabdeh xx.xx.2023-cü il tarixə olan qalıq borcu 3896 manat əsas, 1258 manat dəbbə pulu və 75 manat tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5229 manat, 00 qəpikdir. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh Əkbərova Nı̇ gar Nı̇ zamı̇ qızı 31 yanvar 2020-ci il tarixli, 228 saylı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinə əsasən Bayramov Məcı̇ d Zalımxan oğlundan ümumi dəyəri 11276 (on bir min iki yüz yetmiş altı) manat olan 1 ədəd Masa Nərmin, 6 ədəd Stul Tacmahal, 1 ədəd Qorka Nərmin, 1 ədəd Kamod Nərmin, 1 ədəd Jurnalni Titanik, 1 ədəd X1, 1 ədəd Yataq dəsti Roma Dolabsız modeli satın almış, ilkin ödəniş olaraq 1430 manat pul ödəmiş, qalıq borc 9846 manatın isə 18 ay müddətinə ayda 547 (beş yüz qırx yeddi) manat olmaqla hər ayın 30-dək ödəməsi barədə razılıq əldə edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh Əkbərova Nı̇ gar Nı̇ zamı̇ qızı müqavilə üzrə öhdəliklər lazımi qaydada icra etməmiş və nəticədə 228 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixə 3896 manat əsas, 1258 manat dəbbə pulu (cərimə) olmaqla, 5154 manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə işin faktiki hallarını, məhkəmə iclasında tədqiq edilmiş sübutları və iş materiallarını nəzərə alaraq tərəflər arasında yaranmış münasibətləri nisyə alqı-satqı müqaviləsi kimi qiymətləndirir və hesab edir ki, tərəflər arasında müqavilə bağlanmaqla mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından həmin müqavilədən irəli gələn öhdəliklər yaranmış, iddiaçı malları cavabdehə verməklə öhdəliyini icra etmiş, cavabdeh Əkbərova Nı̇ gar Nı̇ zamı̇ qızı isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Odur ki, iddiaçının 3896 manat məbləğində pulu cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə iddia ərizəsinin “1258 manat dəbbə pulu (cərimə)” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən irəli gələn 3896 manat məbləğində əsas borcunun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 1258 manat dəbbə pulu (cərimə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 300 (üç yüz) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 75 (yetmiş beş) manat məbləğində dövlət rüsumunun 65 (altmış beş) manat hissəsi cavabdeh Əkbərova Nı̇ gar Nı̇ zamı̇ qızından tutularaq iddiaçıya ödənilməli, 10 (on) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Əkbərova Nı̇ gar Nı̇ zamı̇ qızından 3896 (üç min səkkiz yüz doxsan altı) manat əsas borc və 300 (üç yüz) manat dəbbə pulu (cərimə) olmaqla, cəmi 4196 (dörd min yüz doxsan altı) manat məbləğində pul və ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumunun 61.96 (altmış bir manat doxsan altı qəpik) manat hissəsi tutularaq iddiaçı Bayramov Məcı̇ d Zalımxan oğluna ödənilməli, ödənilmiş dövlət rüsumunun 13.04 (on üç manat dörd qəpik) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Əkbərova Nı̇ gar Nı̇ zamı̇ qızından 3896 (üç min səkkiz yüz doxsan altı) manat əsas borc və 300 (üç yüz) manat dəbbə pulu (cərimə) olmaqla, cəmi 4196 (dörd min yüz doxsan altı) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 61.96 (altmış bir manat doxsan altı qəpik) manat hissəsi tutularaq iddiaçı Bayramov Məcı̇ d Zalımxan oğluna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar