Məhkəmə qərarları › İş №e-2(009)-1445/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1445/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1445/2024 28.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi İlkin Şahin oğlu Rüstəmli, İddiaçı - Cavabdeh QSC və digərlərinə qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh QSC və digərlərinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyi üçün iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.1-ci bəndinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında olmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən onun xeyrinə 31108.12 ( otuz bir min yüz səkkiz avro on iki sent) avro iddiaçı tərəfindən ödənilmiş 262.65 ( iki yüz altmış iki manat altmış beş qəpik) manat, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixindən iddiaçıya məxsus 100.000 avro məbləğinin qanunsuz özündə saxlamaqla, Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsinə uyğun olaraq illik 5 % tutulmasını xahiş edir. İddiaçının cavabdehdən tələb etdiyi məbləğin ümumi məbləği: 31108.12 ( otuz bir min yüz səkkiz avro on iki sent) avro hazırki valyuta mübadilə məzənnəsi ilə 56,794 manat, xx.xx.2021-ci il tarixindən 100.000 avronun bugünədək illik 5 faizi kimi 27385,5 manat olmaqla, cəmi 84.179,5 manat təşkil edir. Belə olan halda ödənilməli olan dövlət rüsumunun məbləği 342,54 (üç yüz qırx iki manat əlli dörd qəpik) təşkil edir. İddia ərizəsinə isə 262,65 (iki yüz altmış iki manat altmış beş qəpik) manat dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmişdir (qəbzin nömrəsi:**********). Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nın 152.4.-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması üzrə nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı - Cavabdeh QSC və digərlərinə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar